Şənbə günü, 2024-04-20, 5:26 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İman Eqoist Kəmalatın Təməlidir
2013-08-16, 5:06 AM
İman Eqoist Kəmalatın Təməlidir


    İman və bacarıq eqoist kamallara çatmanın və Allaha yaxınlığa doğru hərəkət etmənin təməlidir. Süluk edən kimsə hərəkət etmədən əvvəl hərəkətinin məqsəd və bitmə nöqtəsini ifadə etməli, hara getdiyini və hansı yoldan getməsi lazım olduğunu bilməlidir; əks halda hədəf və məqsədə çata bilməyəcək. Allaha iman insanın hərəkət və səyinə istiqamət verər və məqsədini açıqlığa qovuşdurar. İmanı olmayan kəslər təkamülün doğru yolunda irəliləməkdən acizdirlər.
     Allahu Təala Qurani Kərimdə belə buyurur:
"  Axirətə inanmayanlar isə doğru yoldan sapanlardır!" [ Mu'minun /74. ]
    Həmçinin buyurur ki: " Xeyr, axirətə inanmayanlar özləri əzab içində, (haqdan) uzaq bir zəlalət içindədirlər.  "["Səba" 8]
   Allaha və Axirətə inanmayan kafir bir adam kamal aləmindən qopmuş və   heyvani istəkləri təmin etməyə yönəlmişdir. Bu səbəbdən, onun məqsədi və hərəkətinin hədəfi də maddə aləmini əldə etməkdən başqa bir şey olmayacaq. O, kamal istiqamətində olmadığı üçün Allaha yaxın olması qeyri-mümkündür. Onun hərəkət istiqaməti dünya olub davamlı insaniyyətin doğru yolundan uzaqlaşmaqdadır. Kafir, yaxşı əməl etsə də bu onun nəfsi mükəmməlliyinə və Allaha yaxınlığına vəsilə olmaz; çünki bu işi Allah üçün və qurbet (aləmlərin rəbbinə yaxınlıq) qəsdiylə etməmişdir; bu səbəbdən bunun ona faydası olmaz. Əksinə bunu dünya üçün etmişdir və nəticəsini də dünyada görəcək; artıq onun Axirət üçün bir təsiri yoxdur.  
     Allahu Təala Qurani Kərimdə belə buyurub:
"  Rəbbini inkar edənlərin məsəli – onların əməlləri, qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur. " ["İbrahim" 18]
    Hər vəziyyətdə, iman əməllərin təməli olub onlara dəyər qazandırmaqdadır. Möminin ruhu iman və tövhidlə qarışsa nurlu olar və Allaha doğru yüksələr, yaxşı əməl də ona kömək edər, dəstək olar.
    Allahu Təala Qurani Kərimdə belə buyurur:
"  Kim qüdrət (sahibi olmaq) istəsə, (bilsin ki,) qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. " ["Fatir" 10]
    Saleh əməl insanın ruhunu yüksəldər, Allaha yaxınlıq mövqesinə çatdırar və insan üçün yaxşı və gözəl bir həyat hazırlayar, ancaq bütün bunlar üçün iman şərtdir. İmansız ruh qaranlıq olub onun Allaha yaxınlığa və gözəl həyata ləyaqəti yoxdur.
    Allahu Təala Qurani Kərimdə belə buyurur:
"  Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.  "["Nəhl" 97]
   Qısacası, süluk edən bir insan hər şeydən əvvəl imanını gücləndirmək üçün  çalışmalıdır. Çünki imanı hər nə qədər çox və güclü olsa kamalın daha uca mərtəbələrinə yüksələr.
    Allahu Təala Qurani Kərimdə buyurur ki:
"    Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır. " ["Mücadilə" 11]
 
tebyan


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 658 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]