Cümə axşamı, 2024-04-18, 10:40 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İlahi tərbiyə: Qurani əxlaq
2013-07-16, 9:55 AM
İlahi tərbiyə: Qurani əxlaq
    Sevdiklərimizi necə tərbiyyə etməliyik?
    Bəs tərbiyyə verdikdən sonra onlara necə təlim verməliyik? Onları ayr-ayrı mərhələlərdə aparmalıyıq, yoxsa bir yerdə?
    Quranda təlim-tərbiyyənin sevgi və mərhəmətdən qaynaqlanmalı olduğundan xəbər verilir.
    Rəhman" surəsinin ilk iki ayəsinə diqqət yetirək:" Rəhman! (Mərhəmətli olan Allah!), (Öz peyğmbərinə) Quranı öyrətdi". Demək, hər şeydən əvvəl, tərəf müqabilimizə sevgi və mərhəmət göstərməli, onun könlünü ələ almalı və artıq bundan sonra təlim-tərbiyə mərhələsinə başlamaq lazımdır. Yəni nəyisə öyrənmək istəyiriksə, hər seydən əvvəl, sevgi və mərhəmətin qaynağı olmalı və artıq bundan sonra əzizlərimizə istədiklərimizi  öyrədə bilərik. Quranı oxuduqca təlim0-tərbiyyənin nə qədər asanlaşdığını görür, lakin yaşadıqca onu nə qədər çətinləşdiyimizin şahidi oluruq. Peyğəmbərlərimizin timsalında təlim-tərbiyyə üsulundan söz açan Allah onun iki mərhələdən ibarət olduğunu xəbər verir: "...onları (günahlardan, şirk və çirkablardan)  təmizləyər, onlara kitabı və hikməti (Quranı və şəriəti) öyrədər" Yəni kütləyə təlim-tərbiyə vermək üçün, ilk növbədə, onun mənəvi təmizliyinə nail olmalı və artıq bundan sonra təlim vermək istiqamətində lazımi addımlar atmaq lazımdır.  Lakin bir çox hallarda təlim-tərbiyyənin mahiyyətini dərk edə bilməməyimiz onun hardan və necə başlamalı və bitməli olduğumuzu da bilmirik.  Çünki hər şeyə maddi gözlə baxır və hər şey barədə rasional hesablamalar aparırıq. Bir çox həqiqətlərin mahiyyəti məna aləmində dərk olunur və onun hesabı da məna aləmində (Allahın nəzərində) aparılır. Təlim də, tərbiyyə də həqiqətin dərk olunması ilə müyəssər olur və bunun üçün heç də kağız-qələmə dəftər-kitaba ehtiyac yoxdur. Həqiqəti dərk edə biləcək könül olsa yetər. Həqiqəti dərk edən elə bir könül ki, Kəhf əshabı məktəb görmədən, kimsədən dərs almaq onu boş mağarada dərk etdi.
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 673 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]