İlahi rəhmət qapılarını açan şah açar - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Çərşənbə axşamı, 2016-12-06, 1:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İlahi rəhmət qapılarını açan şah açar
2013-10-13, 6:08 AM
İlahi rəhmət qapılarını açan şah açar

Yerin və göyün bütün xəzinələri Onun əlindədir. O, sənə dua etməyə icazə vermişdir. Onu yerinə yetirməyi də Öz öhdəsinə götürmüşdür. Səndən istəmişdir ki, Ondan istəyəsən və O da sənə əta etsin. O zaman ki, dostun və ya əzizin səni rədd edir, əgər sənin üçün çox əzizdirsə və əgər onu çox istəyirsənsə, onun yanına qayıtmağa can atırsan. Ürəyin istəyir ki, qayıdasan və ondan xahiş edəsən. (Tebyan)
Dua - həmin qayıtmaq hissidir ki, Allah Özü buna icazə vermişdir. Ondan xahiş edək və O, da bizim sözlərimizə qulaq assın. Dualarımızı da yerinə yetirsin. Ona görə də fürsəti qənimət bilib, əllərimizi dua üçün göyə qaldıraq. İmam Əli (ə) buyurur: "Elə indi əməl edin və əməl fürsətini qənimət bilin ki, əməl Allaha tərəf yuxarı gedər. Tövbə fayda verər və dua eşidilmiş olar. İşlərdə öndə gedənlərdən olun. Ömrünüz sona çatmamış, ya xəstəlik mane olmamış, ya da ölüm sizi oğurlamamış”.
Fürsəti qənimət bilmək lazımdır. Çünki tövbə etmək və dua etmək üçün həmişə fürsət olmur. Dua həmişə Allah tərəfindən qəbul edilmir. Ancaq eyni zamanda yaddan çıxartmaq lazım deyildir ki, Allah Özü bəndələrinə bu icazəni vermişdir ki, Onunla sirlərini bölüşsünlər. İmam Əli (ə) buyurur: "Allah xəzinəsinin (rəhmətinin) açarını sənin əllərində qərar vermişdir. Sənə icazə vermişdir ki, nə vaxt istəsən nemətlərinin qapılarını dua ilə açmağını Ondan istəyəsən və rəhmət yağışının yağmasını istəyəsən. Əgər duaların yerinə yetməsi təxirə düşərsə, bu təxir səni ümidsiz etməsin”.
Səadət, xeyirli aqibət, saleh övladlar, çoxlu ruzi, xeyir və bərəkət, itaət tofiqi və günahı tərk etmək - ən dəyərli xəzinələr sayılır. Onlara çatmağın açarı da duadır. Hər kim üzünü Allah dərgahına çevirərək, dua edərsə, bu xəzinələrin qapısı da onun üzünə açılar.
Ondan rəhmət istə ki, sənə rəhm etsin. Səninlə Özü arasında heç kimi vasitə qoymamışdır. Səni başqa vasitələrə də həvalə etməmişdir. Əgər pis bir iş görsən, tövbənə mane olmaz. Cəza verməkdə də tələsməz. Ona qayıdan zamanı səni danlamaz. O yerdə ki, rüsvay olmalısan, səni rüsvay etməz. Tövbənin qəbul olmasında səni incitməz. Rəhmətindən ümidsüz etməz. Günahdan əl çəkməyini həsənə hesab edər. Hər həsənəni 10 qat hesab edər. Tövbə qapısını da həmişə açıq qoyar. O zaman ki, Onu səsləyərsən, səni eşidər. Sən ondan ehtiyacını istəyirsən, Ona şikayət edirsən, Ondan əziyyətlərinə son qoymasını dua edirsən ki, sənə yardım etsin.
Dua bəlalara qalxandır.
Sədd çəkməkdə məqsəd həmişə üsyan və tüğyan edən suların qarşısını almaq üçün olmuşdur. Dua da bəlaların qarşısını alan bir sədd və qalxandır. O əzaba, xəstəliyə, yoxsulluğa, rüsvayçılığa düçar olmağa mane olar. İmam (ə) buyurur: "Bəla dalğasını dua vasitəsilə dəf edin”. Dua ancaq müşkilə düşənlər üçün deyildir. Əslində bütün insanlar bəla və müsibətlərə düçar ola bilərlər. Ona görə də hamı dua etməlidir.
Qafil insan bəla və müsibətlər qarşısında təhlükəsizlik hiss edir. Ancaq diqqət etmək lazımdır ki, Allah dərgahında dua etmək və bəlaların aradan qaldırımasını istəmək, bəlanı tanıyan və onların ancaq dua vasitəsilə aradan qalxacağını bilən insanların xüsusiyyətidir. Çünki onlar Allahın bu qüdrətini yaxşı tanıyırlar.
İmam Əli (ə) İmam Həsənə (ə) yazdığı məktubda belə buyurur: "(Dua ilə) qüssələrini Onun dərgahına şikayət edirsən və müşkillərini aradan qaldırmaq üçün Ondan xahiş edirsən. İşlər üçün Ondan yardım istəyirsən”.
Duanın vasitəsilə xəzana bürünmnüş qəlbi bahar təravətinə çevirmək olar. Can və qəlbin fəzasını səfalı gülüstana çevirmək olar. Bəlaların hücumundan qorxmayın. Çünki duanı qalxan edərək, bəla oxlarından Allaha sığına bilərik.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 298 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]