Cümə axşamı, 2024-04-25, 5:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İblisə qələbə çalmaq fürsəti
2013-10-22, 8:24 AM
İblisə qələbə çalmaq fürsəti

 Allahın tövbə edənə qarşı mərhəməti çox genişdir. İmam Əli (ə) Həzrət Haqqın bəndələri ilə rəftarı haqqında buyurur: "Günaha batan zaman tövbə qapısını bağlamır. Sənə əzab verməkdə tələsmir, tövbə zamanı sənə eyb tutmaz. O yerdə ki, rüsvay sənə layiqdir, rüsvay etmədi. Özünə (tövbə üçün) qayıtmaq üçün çətin şərait qoymamışdır. Günahlara görə səni mühakimə etməmişdir. Öz rəhmətindən ümidsiz etməmişdir. Bəlkə sənin günahdan qayıtmağını yaxşı bir iş hesab etmişdir. Hər bir günahını bir hesab etmiş və hər bir yaxşı işini on hesab etmişdir. Qayıtmaq və tövbə yolunu üzünə açıq qoymuşdur. Nə zaman Onu çağırsan, səsini eşidər. Əgər Ona sirrini desən, sirrini bilər. Ona hacətini de, qəlbində olanları Onunla bölüş. Qəm və qüssəni dərgahında açıqla. Qəmlərini aradan qaldırsın və çətinliklərdə sənə yardım etsin”. (Tebyan)
İmam Əlinin (ə) bu qiymətli sözləri onu bəyan edir ki, Varlıq aləminin Xaliqi həmişə tövbə qapılarını bəndələrinin üzünə açıq qoymuşdur. Bəndəsini xataya və səhvə düçar olduğu üçün heç bir zaman mehr və məhəbbətindən məhrum etməmişdir. Bəli, bizim bu dünyadakı ən qiymətli himayədarımız - Allahdır. Günah və xata işlədən zaman bizi cəzalandırmaq yerinə onların üzərinə əfv qələmini çəkir və günahlarımızı bağışlayır. Tövbəyə çağıraraq, bizi əfv süfrəsinin başında əyləşdirir.
Allah Təala bu sözləri dəfələrlə nurani kəlamlarında bəyan etmişdir: "Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. ("Nur” 31). Tövbə mövzusunda diqqəti cəlb edən nöqtə odur ki, Allah dəfələrlə günahkarları tövbə etməyə dəvət etmişdir, deməli ondan sonra da onları bağışlayacaq və əfv edəcəkdir.
Çünki bu Allahın şənindən uzaqdır ki, əməl etmədiyi şeyi vəd etsin. Ona görə də əgər günahkar Allahın əmrini yerinə yetirərək, tövbəni bütün şəraiti ilə edərsə, şübhəsiz Allah onun tövbəsini qəbul edəcəkdir. Günahlarının üzərindən də xətt çəkəcəkdir. Belə ki, Allah Təala bu haqda buyurur: "Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur”. ("Şura” 25).
Dini mənbələrdə gəlir ki, o zaman ki, İblis Allahın lənətinə düçar oldu, Allahdan Qiyamət gününə qədər qalması üçün möhlət istədi. Ona möhlət verildi. Ondan sual olundu ki, bu uzun möhləti nə üçün istəyir?
Cavab verdi: "Allahım! İzzətinə and olsun ki, bəndənin canı bədənindən çıxmayınca yanından getməyəcəyəm”. Xitab gəlir: "İzzət və Cəlalıma and olsun ki, Mən də tövbə qapısını ölümü çatmayanacan bəndəmin üzünə bağlamayacağam”.
Beləliklə, bu hədisə əsasən demək olar ki, insanın bu dünyadakı ən qiymətli fürsəti - tövbə etmək fürsətidir. Bu yolla şeytana qələbə çalıb, Allahın ən sevimli bəndəsi ola bilər.
Təvəssül - tövbənin qəbul olma rəmzidir.
Allah Təbarəkə və Təala daima Özü ilə bəndələri arasında bir vasitə qərar vermişdir. Bu mübarək vasitələr həm peyğəmbərlər (ə) olmuşdur, sonra da Məsum İmamlara (ə) bu vəzifə verilmişdir. Bəndələr bu Məsumlarla rabitə quraraq, haqq, ibadət və bəndəlik yoluna hidayət olunar və ruhlarını, canlarını günahdan paklayarlar. Bu haqda İmam Musa (ə) buyurur: "Bu dünyada xeyir yoxdur, məgər iki nəfər üçün. Biri o kəsdir ki, hər gün yaxşı rəftarlarını artırar. O birisi isə günhlarını tövbə vasitəsilə aradan qaldırar. Bəs tövbə haradadır? Allaha and olsun ki, əgər bəndə Peyğəmbərin (s) Əhli-beytinin (ə) vilayətini və dostluğunu qəbul etmədən boynu sınana qədər səcdə etsə də, tövbəsi qəbul olmaz. Agah olun ki, hər kəs bizim haqqımızı tanıyar və bizə görə savab qazanmağına ümidvar olarsa, ruzisinə razı olarsa, bizimlə dostluğuna görə Allaha yaxınlaşarsa, Qiyamət günü amanda olar”.
İmam Sadiq (ə) buyurur: "Allahın hərəmində İbrahim məqamının yanında əyləşmişdim. Bir qoca kişi gəldi və bütün ömrünü günahla keçirtmişdi. Mənə nəzər salıb, dedi: "Günah əhli üçün Allah yanında yaxşı şəfaət istəyənsən!”. Bu zaman Kəbənin pərdəsini götürdü və bir şeir zümzümə etdi: "Ey mehriban Allah! Altıncı İmamın cəddinə xatir, Qurana xatir, Əliyə xatir, Həsən və Hüseynə xatir, Zəhraya xatir, İmamlara xatir, Məhdiyə xatir, günahkar bəndənin xatalarından keç”. Eşidir ki, xəbər gətirən mələk deyir: "Ey qoca! Baxmayaraq ki, günahların böyükdür, ancaq onların hamısını Mənə and verdiklərinə görə bağışlayıram. Əgər bütün yer üzərindəki günahkarların əfv olunmasını istəsəydin, bağışlayardım. Peyğəmbərlərin (ə) və İmamların (ə) qatillərindən başqa”.
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 705 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]