İbadətlə necə fəxr etmək düzgündür? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 11:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İbadətlə necə fəxr etmək düzgündür?
2013-12-22, 2:15 PM
İbadətlə necə fəxr etmək düzgündür?

İmam Əli (ə) buyurur: "Xeyir, yaxşılıq və saədət ondan asılı deyildir ki, zəhmət çəkəsən, əziyyət çəkəsən, tər tökəsən, sərvətini və övladını artırasan. Övlad və mal dalınca getməmişdən qabaq mərifət, elm, agahlıq və bilik yükünü artır. Əziyyət çək və təmrin et. Hövsələni, səbrini, dözümünü artır. Allaha ibadət etməklə fəxr et. Heç bir şeylə - heç bir geyimlə, nə dünya, nə nəslinlə fəxr etmə, ancaq Allaha ibadətlə fəxr et. O da öz yanında, nəinki başqalarının gözünə soxasan. Ancaq Allaha ibadətlə, başqa bir şeylə deyil. Çünki heç bir şeyin dəyəri yoxdur ki, onunla fəxr edəsən. Mən - Əli ibni Əbu Talib (ə) - bu aləmdə xoşbəxtlik, səadət və xeyri iki  nəfər üçün bilirəm, üçüncüsü yoxdur”. (Erfan)
O kəs ki, bir ömür boyu günaha düçar olubdur, ancaq bu günahını davam etdirməyibdir, həqiqi tövbə etsin və Allahla hesabını saflaşdırsın.
Mən bu cür işdə xeyir görürəm.
Mübarək "Taha” surəsində Fironun zamanındakı cadugərlər haqqında oxuyuruq. Firon onlara hüququ, ev, torpaq, saray əhli olmağı bəxş etmişdi. Hətta sözlərini belə satın alırdılar. Ancaq gün gəlir və Həzrət Musa (ə) zühur edir. Firon da əmr edir ki, məktub yazsınlar və cadugərlərə göndərsinlər.
Cadugərlər haqqında İmam Hüseyn (ə) "Ərəfə” duasında buyurur:"İllər boyu duz-çörəyini yeyiblər və səninlə düşmənlik edirlər”.
Hamı toplaşır və Firon deyir: "Mən istəyirəm ki, Musa (ə) ilə mübarizə aparasınız”. Onlar soruşdular: "Bizə nə verəcəksən?”. Dedi: "Hər nə istəsəniz”. Dedilər: "Yüz faiz rahat ola bilərsən”. Bu, Quran mətnidir.
Həmin gün gəlir və Həzrət Musa (ə) öz əsası ilə gəlir. Cadugərlər bir-birinə  baxıb, dedilər: "Ona görə Firon ondan qorxur. Bu, bizim bir cadumuzla məğlub olub, gedəcəkdir”. Onlar Musa (ə) ilə üz-üzə gəldilər və ona dedilər: "Əvvəl işini nümayiş etdirirsən, yoxsa biz göstərək?”. Həzrət Musa (ə) deyir: "Siz göstərin”. Qurani-Məcid buyurur ki, onlar bütün sehrlərini insanlara nümayiş etdirdilər. Başqalarının, hətta Musanın (ə) qəlbini qorxu bürüdü. Musaya (ə) xitab edildi: "Əsanı yerə at”. O, nəhəng bir ilana çevrildi. Cadugərlərin bütün işlərini bir nəfəsə uddu. Bəzilərinin ürəyi getdi və bəziləri də qaçmağa başladılar. Musaya (ə) əmr edilir ki, bu əjdahanı tutsun və o, gedib, əjdahanı tutur. O, elə həmin çubuğa çevrilir, hətta qalınlaşmır belə.
Quran buyurur ki: "Beləliklə sehrbazlar səcdə halında üzü üstə yerə düşüb "Musanın və Harunun Rəbbinə iman gətirdik” dedilər. Firon dedi: "Mən sizə icazə verməmiş ona iman gətirdiniz? Şübhəsiz, o, sizə sehr öyrətmiş böyüyünüz və başçınızdır. Buna görə də sizin əl və  ayaqlarınızı çarpaz kəsəcək və sizi xurma ağacının gövdələrindən asacağam. Və (onda) bizlərdən hansı birimizin (mənim yoxsa Musanın Allahının) əzabının ağır və davamlı olmasını başa düşəcəksiniz”.  ("Taha” 70-71).
Ancaq onlar dedilər ki, biz Allahı tapmışıq, Onu əldən verməyə hazır deyilik. Onların hamısını dara çəkdilər, əl-ayaqlarını kəsdilər. Allah onların hamısını qəbul etdi və günahlarını bağışladı. Ruhlarını da darın yuxarısında behiştə daxil etdi.
İmam Əli (ə) buyurur: "Bu günahkar insan həqiqi tövbə etdi və xeyir onun üçündür”.
O kəsin üzünə xeyir qapısı açıq olar ki, o insan hər xeyrin dalınca qaçar, sakit deyildir, sakitçiliyi yoxdur. Vay olsun o kəsə ki, səhər-axşam olsun, ancaq görməyə bir xeyir iş olmasın. Bir nəfər görür ki, Həzrət Əli (ə) bir küncdə əyləşib, dizlərini qucaqlamış və ağlayır. Deyir: "Əlican! Atam-anam sənə fəda olsun, niyə ağlayırsan?”. Dedi: "Bir həftədir ki, evimizə qonaq gəlmir. Qorxuram ki, Allah məndən üz döndərər”. Sonra Həzrət (ə) buyurdu: "Təqva əhlinin əməlləri az deyildir. Allahın qəbul etdiyi əməli necə qəbul etmək olar ki, azdır?”.
İmam Əlinin (ə) yuxarıdakı mübarək kəlamında üç nöqtəyə işarə edilmişdir. Mal və sərvət dalınca getməmişdən qabaq elmi, həlimliyi ibadət kəlməsi ilə işlət. Əvvəl get, qəlbini İlahi məsələlərlə doldur ki, başa düşəsən ki, nə iş görmüsən. Sonra da hövsələni artır ki, arvad-uşaqların və başqaları ilə düzgün ünsiyyət bağlaya biləsən. Sonra o elm və həlimliyini evdən bayıra çıxart ki, İlahi ibadət olsun. Sonra da qəlbində iftixar et, eybi yoxdur ki, özündən xoşun gəlsin.
 Bir vaxt insan namaz qılır və başını qaldırıb, deyir: "Ya Allah, bu, bizik ki, namaz qılırıq”. Bununla da namazı xarab edər. Bir vaxt ibadət edirəm, sonra da bir kənarda oturub, fikirləşirəm ki, Müqəddəs Məhbubum mənə namaz qılmaq və xeyir iş görmək tofiqi vermişdir. Belə  xoşhal olmağın maneəsi yoxdur. Allah yanında belə iftixar etməyin eybi yoxdur.
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 237 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]