Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Hamı tərəfindən sevilmək mümkündürmü?
2013-07-16, 9:48 AM | |
Bu
dünyada elə bir insan yoxdur ki, hamı tərəfindən sevilməsini istəməsin.
İnsan bu hədəfinə çatmaq üçün çox yolları imtahandan keçirir. Məsələn,
diqqəti cəlb etmək üçün çoxlu pul xərcləyir. Ya da saatlarla aynanın
qarşısında əyləşir və özünüi gözəlləşdirməklə məşğul olur. Əgər
bu hədəfə çatmaq qeyri-mümkün olsaydı, Allah bu hissi batinimizdə
qoymazdı. Bu hiss əgər bizdə varsa, deməli ona çatmaq üçün yollar da
vardır. Ancaq bunun sirri nədir? Bu barədə Qurani-Kərimdə buyurulur:
"Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə
(dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və
məhəbbət yaradacaqdır”. ("Məryəm” 96). Allah bu ayədə imanı və saleh
əməli iki mühüm amil kimi göstərmişdir. Bu iki amil həm bu dünyada və
həm də axirətdə Allahın və möminlərin məhəbbətini cəlb etməyə səbəb
olar. "Təfsiril-mizan” bu ayəni belə şərh edir: "Bu ayədə İlahi
vədələrdən biri deyilir. Bu odur ki, əgər insanların imanı olsa, saleh
əməl etsələr, Allah onların məhəbbətini heç bir şərt olmadan
başqalarının qəlbinə salar”. "Təfsiri-nümunə”də
isə oxuyuruq: "İman və saleh əməlin fövqəladə cazibə qüvvəsi vardır.
Çünki bu ikisi insanın ruhunda, rəftarında və fikrində təcəlli edər. Bu
da səbəb olar ki, insanı ali sifətlərə tərəf gətirsin. Bu da güclü bir
maqnit kimi insanların qəlbini, hətta napak insanların qəlbini belə
özünə tərəf cəzb edər”. İmam Əli (ə) buyurur: "Hər kim özü ilə Allah arasındakı rabitəni islah edər, Allah onunla insanların arasını islah edər”. Cəmiyyətin sevimlisi olmaq üçün bir neçə tövsiyəyə diqqət etmək lazımdır: 1. İlk növbədə insan çalışmalıdır ki, Allahın sevimlisi olsun. Bunun nəticəsində Allah onu başlqalarının sevimlisi edər. 2. İmam Sadiq (ə) buyurur: "Üç şey məhəbbəti ardınca gətirir: dindarlıq, təvazökarlıq, əlin və ürəyin açıq olması”. 3. İmam Əli (ə) buyurur: "Üç şey məhəbbətə səbəb olar: gözəl əxlaq, yaxşı rəfiq və yol yoldaşı olmaq, təvazökarlıq”. 4.
Bir nəfər Peyğəmbərdən (s) soruşur: "İnsanlar arasında sevimli olmağa
nə səbəb olur?” Buyurur: "İnsanların malik olduqlarında gözün olmasın
ki, onların sevimlisi olasan”. Yəni, insanlar görəndə ki, sənin onların
malında gözün yoxdur, səninlə səmimi və dost olarlar. 5.
İnsanların sevimlisi olmağın ən mühüm amillərindən biri də onlara sevgi
göstərməkdir. Hədisdə deyilir ki, əgər kimisə sevirsənsə, ona de və ya
hədiyyə al. Yəni, məhəbbəti etiraf etmək qəlblərə mehr və sevgi toxumu
səpər. İmam Əli (ə) bu haqda buyurur: "Mehribançılığı aşkar etməklə
məhəbbət formalaşıb, yaranar”. 6.
İnsanların sevimlisi olmağın yollarını Peyğəmbərdən (s) öyrənmək
lazımdır. Həzrət (s) buyurardı: "Sizlərdən heç biriniz mömin deyildir,
məgər o halda ki, özü üçün istədiyini başqası üçün də istəsin”. Başqa
yerdə buyurur: "Əlini kimin istəyirsə başına qoy və onun üçün özün üçün
istədiyini istə”. Beləliklə
deyə bilərik ki, insan ilk növbədə Xaliqin sevimlisi olmağa çalışmalı
və bu yolda səylər göstərməlidir. Sonra isə xəlq olunmuşların
məhəbbətini cəlb etməyə çalışmalıdır. Bunun üçün də Məsumların (ə) əxlaq
və rəftarı bizim üçün əvəzsiz bir nümunə və örnəkdir. Onların rəftar və
əxlaqını təlqin edərək, biz də həm Xaliqin və həm də xəlqin sevimlisi
olarıq. (Tebyan/ Deyerler.org) | |
Views: 589 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |