Həzrət Peyğəmbər (s) meraca niyə getmişdi? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 11:25 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həzrət Peyğəmbər (s) meraca niyə getmişdi?
2014-02-28, 11:41 AM
Həzrət Peyğəmbər (s) meraca niyə getmişdi?

 Əziz İslam Peyğəmbərinin (s) başqa peyğəmbələrdən üstün cəhətlərindən biri də bu idi ki, meraca getmiş və Allah Təala ilə vasitəsiz söhbət etmişdi. Allah Təala Öz qüdrətini və ayətlərini nişan vermək üçün Həzrət Peyəmbəri (s) səmaya qaldırır və bir çox həqiqətləri Həzrətə (s) vasitəsiz çatdırır. Bəs bu xəbərlər nə idi ki, Allah onu Qurandan da üstün bilib, Həzrətə Özü çatdırmaq istəmişdi? Bu, nə xəbər idi ki, ondan heç Cəbrayilin (ə) belə xəbəri yox idi?
Həzrət (s) meraca getməyini bu cür nəql edir: "O zaman ki, meraca getdim, dünya səmasında ağ rəngli gümüş bir saray gördüm ki, qapısında iki mələk dayanmışdı. O iki mələkdən soruşdum ki, bu saray kimindir? Dedilər: "Bəni-Haşimdən olan cavanın”. İkinci səmaya çatan zaman qırmızı qızıldan başqa bir saray gördüm ki, əvvəlkindən də gözəl idi. İki mələkdən soruşdum ki, bu saray kimindir? Dedilər: "Bəni-Haşimdən olan cavanın”. Üçüncü səmada yaqutdan olan qırmızı saray gördüm və iki mələkdən soruşdum ki, bu saray kimindir? Dedilər: "Bəni-Haşimdən olan cavanın”. Dördüncü səmada ağ dürdən və beşinci səmada sarı dürdən, altıncı səmada luludan və yeddinci səmada Allah Təalanın ərşinin nurundan saraylar gördüm və onların hamısı da Bəni-Haşimdən olan cavanın idi.
Davamlı olaraq nurdan zülmətə və zülmətdən nura gedirdik. Nəhayət mən Cəbrayillə (ə) Sədrəl-muntəhaya çatdıq. Bu zaman Cəbrayil (ə) qayıtdı və mən dedim ki, məni tək qoyursan? Cəbrayil (ə) dedi: "Ey məni həbibim! And olsun o Kəsə ki, səni nəbi məbus etmişdir. Bu, o yoldur ki, heç bir mursəl nəbi və heç bir yaxın mələk onu getməmişdir. Səni izzətli Pərvərdigara tapşırıram”.
Nurla dolu olan dənizə düşdüm. Dalğalar məni nurdan zülmətə və zülmətdən nura tərəf aparırdı. Nəhayət Həzrət Pərvərdigarın mələkutuna çatdım. Bu zaman Allah buyurdu: "Ey Əhməd, dayan!”. Mən titrəyən halda dayandım. Allah mənə ilham etdi: "Ey Əhməd!”. Cavab verdim: "Ləbbeyk!”, Allah buyurdu: "Allah sənə salam verir!”. Mən dedim:
هو السلام و الیه یعود السلام Allah tərəfindən nida gəldi: "Kimi yer üzündə xəlifə qərar vermisən?”. Dedim: "Ən yaxşı məxluqu, əmim oğlunu”. Nida gəldi: "Sənin əmin oğlun kimdir?”. Dedim: "Sən - Əlasan və onun adı Əli ibn Əbutalibdir (ə)”. Allah tərəfindən yeddi dəfə nida gəldi: "Ey Əhməd! Əmin oğlu Əli ibn Əbutalibə (ə) xeyir tövsiyə et”. Sonra yeddinci səmaya qayıtdım. Cəbrayil (ə) hər bir səmadakı mələkdən soruşdu ki, Bəni-Haşim cavanı kimdir. Hamısı dedi: "Əli ibn Əbutalib (ə)”. (Tebyan)
Allah Təala bizi o Həzrətin (ə) layiqli davamçılarından qərar versin.
 
/Deyerler.org/



Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 568 | Downloads: 0 | Comments: 1 | Rating: 3.7/3
Total comments: 1
0   Spam
1 ali91   (2015-02-22 11:53 PM)
ELHEMDULILLAH

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]