Çərşənbə günü, 2024-04-24, 11:49 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həyatın çətinliklərindən Allahı zikr edərək, xilas olaq
2013-10-03, 6:43 AM
Həyatın çətinliklərindən Allahı zikr edərək, xilas olaq

Dünya fanidir və keçicidir. İnsan heç bir zaman dünyada kamil şəkildə əzab görməmiş və savaba çatmamışdır. O kəslər xoşbəxt sayılır ki, axirəti üçün daha çox azuqə toplayıblar. Bəs həyatın çətinlikləri ilə nə edək?
Allah Təala möminləri və sevdiyi bəndələrini həmişə imtahana çəkmiş və onları yoxsulluq, çətinlik və bəla ilə yoxlamışdır. Bu mövzunu peyğəmbərlərin (ə) və İlahi övliyaların (ə) həyatında da müşahidə etmək olar. Bu çətinliklər və bəlalar bəzən mömini günahlardan təmizləmək üçün gələr. Bəzən də mənəvi məqamını yüksəltmək üçün olar.
 
Həzrət Peyğəmbər (s) buyurur: "Peyğəmbərlər (ə) ən ağır çətinliklərə məruz qalarlar. Onlardan sonra möminlərdir ki, imanları qədər düçar olarlar”.
İmam Sadiq (ə) buyurur: "Mömin üçün 40 gecə keçsin və onu qəmgin edəcək heç bir çətinliyin yaranmaması qeyri-mümkündür. Bu çətinliklər onun təzəkkür mənbəyidir”.
 
İmam (ə) başqa yerdə buyurur: "Behiştdə elə bir dərəcə vardır ki, bəndə xəstəliyə düçar olmamış ona çata bilməz”.
İmanın yarısı şükür və o biri yarısı isə səbirdir. O şeyin qarşısında səbir etməkdir ki, Allah insana əta etmişdir. Mömin müsibət, xəstəlik və çətinliklərə səbir edər.
Quranın buyurduğuna görə, Həzrət Əyyub (ə) ən çox səbiredən olmuşdur. Həzrət Əyyub (ə) 80 il nemətə qərq olur və şükür edən bəndə idi. O zaman ki, 80 yaşına çatır, lənətlənmiş şeytan sorağına gəlir. Şeytan Allaha deyir ki, ona 80 ildir ki, nemət verirsən və o, buna görə şükür edir. Ancaq indi bu nemətləri ondan al və onu imtahana çək. Allah onu imtahana çəkir və o, ağır xəstəliyə düçar olur.
Bu Quran əhvalatından belə nəticə çıxartmaq olar ki, Allah bəzən bizləri imtahana çəkmək üçün xəstəliyə və bəlalara düçar edir.
Həzrət Əyyubun (ə) tərəfdaşları onu bu halda görən zaman elə güman edirlər ki, peyğəmbərləri günah işlətmişdir. Ona görə də bəzən insanlara gələn bəlanın ancaq günahdan ola biləcəyi fikrini özümüzdən uzaqlaşdıraq. Bəzən şeytan çətinliyə düçar olan insanları vilayət, tövhid yolundan azdıra bilir. Ancaq o kəslər ki, Allaha üz tutur və Ondan yardım istəyirlər, bu imtahanlardan başıuca çıxa bilərlər.
Əllamə Lahicani bir gün Ayətullah Qazidən soruşur ki, istər dünya və istərsə də axirət işlərində çətinliklə üzləşən zaman nə etməli? Alim cavab verir: "5 dəfə salavat dedikdən və "Ayətül-kürsü” oxuduqdan sonra çoxlu deyin: "Allahummə əcəlni fi dəəkəl həsinətəl-ləti təcələ fiha min təşa” – "Allahım! Məni Öz pənahında, möhkəm zirehində qərar ver ki, orada kimi istəyirsənsə qərar verirsən””.
İstiğfar zikri qəm və qüssəni aradan qaldırmaq üçün ən yaxşı zikrdir. Bunu nəzərə almaq lazımdır ki, zikr o zaman təsir edər ki, davamlı olar.
Allahı yada salmaq və zikr etmək ona görə tövsiyə edilib ki, biz Allaha lazım olan qədər aşiq deyilik. Bəlkə ədəbimizi göstərmək üçün Onu zikr edirik. Bu ədəbin nəticəsində isə yavaş-yavaş İlahi məhəbbətə çatacağıq. O kəs ki, İlahi sevgini dadar, çalışar ki, tez bir zamanda Ona çatsın. Onunla görüş gününün intizarında olar.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 608 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]