Çərşənbə günü, 2024-04-24, 12:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Hər zərrə Qiyamət günü hesab olunar
2014-02-17, 1:06 AM
Hər zərrə Qiyamət günü hesab olunar

  Həzrət Peyğəmbərin (s) zamanında bir ərəb məscidə daxil olur və deyir: "Ey Rəsulallah, mənə Quranı öyrədin”. Həzrət (s) onu səhabələrindən birinə tapşırır. Səhabə bu ərəbin əlindən tutur və məscidin bir küncünə aparır. Ona "Zəlzələ” surəsini öyrədir və bu ayəyə gəlib çatan zaman "Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (7-8) fikirə gedir. Sonra üzünü səhabəyə çevirib deyir: "Bu cümlə Allah tərəfindəndir?”. Səhabə deyir: "Bəli”. Ərəb deyir: "Bəsdir, mən dərsimi aldım. Bizim bu dünyadakı aşkar və gizli işlərimizin hesabı vardır. Vəzifəm aydın oldu. Bu cümlə həyatım üçün kifayətdir”. Bu sözləri deyib getdi. Səhabə təəccüblü halda Peyğəmbərin (s) yanına qayıdır. Deyir: "Ey Allahın Rəsulu! Bu ərəb çox tez yoruldu. Hətta səbir etmədi ki, ona başqa kiçik surə öyrədim. Dedi ki, mən dərsimi aldım və sonra da getdi”. Həztət Peyğəmbər (s) buyurur: "O, çatmalı olduğu dərin ruhani alim məqamına çatdı”.
Cəbir Məkkə kafirlərindən idi Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra müsəlman olmuşdu. Onun müsəlman olmasına isə bir ayə səbəb olmuşdu.
 Bədr döyüşündə çox sayda kafir qətl edilmişdi. Bir dəstə isə müsəlmanların əsiri olmuşdu. Onlar da Peyğəmbərin (s) əmri ilə fidyə verib azad olmuşdular. Cəbir Bədr döyüşündən sonra Mədinəyə gəlir. Sübh namazı vaxtı Mədinəyə çatır. Bu zaman Peyğəmbər (s) məsciddə namaz qılırdı. Cəbir kafir olduğu üçün məscidə girə bilmirdi. Səbir edir ki, Həzrət (s) namazını bitirsin. O, məscidin bayırında namazın və Quranın səsini eşidirdi. Həzrət (s) birinci rükətdə "Həmd”dən sonra "Tur” surəsini oxuyur. Bu ayəyə gəlib çatır: "Bütün bunlara and olsun) ki, şübhəsiz, sənin Rəbbinin (axirətdə kafirlər üçün) əzabı sabit və qətidir. Onu əsla heç kəs dəf edə bilməz”. ("Tur” 7-8). Cəbir bu ayəni eşidən zaman titrəyir və yerə oturur. Qiyamətin bu əzabından nicat tapmaq üçün yol axtarır və icazə alıb, Həzrətin (s) yanına gedir. Həzrətlə (s) söhbət edir və Peyğəmbərin (s) məsləhəti ilə İslam dinini qəbul edir. Səhabələrinin sırasına qoşulur. (Tebyan)
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1135 | Downloads: 0 | Comments: 2 | Rating: 3.0/2
Total comments: 2
0  
2 leyl   (2014-05-09 9:13 AM) [Daxil et]
Nə xoş o səhabənin halına

0  
1 imanli   (2014-02-23 8:02 PM) [Daxil et]
ER RESID OLAN ALLAHIMA HEMD OLSUN NE SUKUR MUSULMANAM ALLAHIM BIZIM BUTUN KECMIS VE GELECEK GUNAHLARIMIZI AFF ET NE OLAR YA REBBI

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]