Günahı ikiqat artıran əməllər hansıdır? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Cümə axşamı, 2016-12-08, 6:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Günahı ikiqat artıran əməllər hansıdır?
2013-08-15, 4:49 AM
Günahı ikiqat artıran əməllər hansıdır?

  Günahdan ləzzət almaq və günah işlədən zaman sevinmək o işlərdəndir ki, günahı böyüdər və daha çox günah qazanmağa səbəb olar. Bəzən vəsvəsə zamanı insan o yerə çatır ki, öz yanlış rəftarı ilə fəxr edir. Halbuki, insan ancaq layiqli və bəyənilmiş iş görən zaman bu əməli ilə fəxr etməlidir, çirkin əməli ilə deyil.
Günah əhli, müşriklər bəzən öz günah işlərini azad ruhları ilə bağlayırlar və bu əməli şücaət hesab edirlər. Allaha imanı mövhumat, gözəl əxlaqı nəfsin zəifliyi və çarəsizlik hesab eidrlər. Gözəl və bəyənilmiş əməlləri və ibadəti ağlın zəifliyi hesab edirlər. Özləri isə həmin azad ruhun vasitəsilə Allaha və dinə etinasızlığı tərifə layiq bir əməl hesab edirlər. Çirkin əməllər onların qəlbində kök salmışdır. Gözləri və qulaqları onunla dolmuşdur. Şeytan bu əməlləri onlar üçün zinətləndirmişdir. "Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən (bilən) bir kəs, (həqiqəti görən mömin kimidirmi? Əsla belə deyildir) çünki, Allah (bəşəri dəvət edib dəlilləri təqdim etdikdən sonra) istədiyini azğınlıqda buraxar və istədiyini doğru yola yönəldər, belə isə məbada onlara görə olan təəssüflər və kədərlər üzündən canın əldən gedə! Allah onların nə etdiklərini biləndir”. (”Fatir” 8).
"(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?» Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir. Onlar öz Rəbblərinin (tovhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq”. ("Kəhf” 103-105).
Quran ayələrinin buyurduğu kimi, bu insanlar cahil insanlardır və onlar özlərini alim və bilikli hesab edirlər. Onlar ən çarəsiz və bədbəxt insanlardırlar. Onların nəfsini sağaltmaq mümkün deyildir. Dəvət və nəsihət onlara təsir etmir. Bəzən əks nəticə də verir.
Onlar bürhana qulaq asmırlar. Gözlərini və qulaqlarını peyğəmbərlərə (ə), alimlərin moizəsinə bağlamışdılar.
Onlar nəinki Həzrət Haqqın məqamını görməməzliyə vurur, müxtəlif fəsadlara baş vururlar, hətta öz rəftarlarından ləzzət alır və şadlanırlar. Onların qəlbində peşmançılıq yoxdur. Günah onları o qədər əhatə etmişdir ki, peşmançılıq yerinə onlar bu günahları ilə fəxr edirlər. Onların bu rəftarı başqalarına da təsir edir. Günahı qəbahətli sayan insanlar bu cür rəftarlardan sonra günahı qəbahətli saymırlar. Başqalarını da günah işlətməyə dəvət edirlər.
Hədislərin birində oxuyuruq: "Xeyr əməl əgər gizli olarsa, onda riya olmaz və təkəbbürə gətirib çıxartmaz. Pis iş və günah da gərək gizli saxlanılsın ki, həm abır-həya hifz edilsin və həm də yayılmasın”.
 
İmam Rza (ə) buyurur: "Həsənəni və yaxşı işi gizli yerinə yetirmək 70 həsənəyə bərabərdir. Günahı aşkar etmək xarlığa və alçaqlığa səbəb olar. Günahı və xatanı ört-basdır etmək onun bağışlanmasına səbəb olar”.
 
İmam Əli (ə) buyurur: "Pislərin ən pisi o insandır ki, etdiyi pisliyə görə sevinər”. Həzrət (ə) başqa yerdə buyurur: "O kəs ki, işlətdiyi günahdan ləzzət alar, Allah ləzzətin yerinə zilləti ona çatdırar”.
 
İmam Səccad (ə) buyurur: "Günah işlədən zaman sevinməkdən çəkin. Bu sevinc həmin günahı işlətməkdən daha böyükdür”. İmam (ə) başqa yerdə buyurur: "Günahın ağrılı əzabı onun şirinliyini aradan aparar”. İmam Səccad (ə) buyurur: "O ləzzət ki, ondan sonra cəhənnəm atəşi var, ondan xeyir gəlməz”.
 
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, günah işlədər və o zaman gülərüz olarsa, ağlayan halda cəhənnəm atəşinə daxil olar”.
 
(Tebyan/Deyerler.org)


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 191 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]