Günah yükündən azad olmağa tələsək - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 1:47 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Günah yükündən azad olmağa tələsək
2014-01-13, 7:42 PM
Günah yükündən azad olmağa tələsək
 

"Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir”. ("Nisa” 17).
Əgər bu ayəyə daha dərindən nəzər salsaq, görərik ki, biz insanlar bəzi günahlarımızı cahillik üzündən, bəzilərini də bilərəkdən yerinə yetiririk. Ancaq əgər xatamızı dərk edən kimi tövbə etsək, həmin günahın şirinliyi qəlbimizə oturmaz. Ona görə də hər nə qədər tövbəni tez etsək, günahın təsiri qəlbimizə oturmadan fəsadını aradan aparmış olarıq. Ona görə də bu yolda peşmançılıq və tövbə etmək zəruridir. Bunu da nəzərə almalıyıq ki, tövbə ancaq dildə deyilən bir şey deyildir. Tövbə odur ki, həmin günaha qayıtmamaq üçün əzm göstərək. Ona görə də tövbəni hər nə qədər tez etsək, bu əzm daha güclü olar.
Bu haqda gələn hədisdə oxuyuruq: "Peyğəmbər (s) buyurur: "Bəndə yaxşı əməllərə diqqət edər ki, onu yerinə yetirsin. Əgər yerinə yetirməsə, Allah hüsni niyyətinə görə ona həsənə yazar. Əgər yaxşı əməli yerinə yetirsə, Allah ona on həsənə yazar. Bəndə günaha diqqət edər ki, onu yerinə yetirsin. Əgər günah etməsə, onun üçün heç bir şey yazılmaz. Əgər günah əməlini yerinə yetirsə, ona 7 saat möhlət verilər. Həsənə yazan mələk, pis əməlləri yazan mələyə deyər: Tələsmə, ola bilsin ki, həsənə və yaxşı iş görsün ki, onunla günah məhv olar. Çünki Allah buyurmuşdur: "Həqiqətən, həsənə pis işləri pak edər”. Ya da istiğfar və tövbə edər. Ona görə də əgər istiğfar edərsə, heç bir şey ona yazılmaz. Əgər 7 saat keçərsə, ardınca yaxşı iş görməz ya da istiğfar etməzsə, həsənə mələyi o biri mələyə deyər: "Allah rəhmətindən məhrum olmuş bu bədbəxt üçün onu yaz””.
"Günahı bağışlayan, tövbəni qəbul edən, cəzası ağır, firavan və daimi nemət sahibi (olan Allah tərəfindən)!”. ("Ğafir” 3).
"Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur”. ("Şura” 25).
"Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır”. ("Nisa” 18). Bu cür tövbənin qəbul olmamasının səbəbi budur ki, həyatdan əlini üzmək və qiyamət qorxusu bütün varlığını bürümüşdür və peşmançılıq onu məcbur etmişdir ki, tövbə etsin. Yəni, həqiqətdə bu əsl tövbə olmaz.
İnsan gərək ölüm anını gözləməsin və hələ ki, fürsəti var ki, tövbəni təxirə salmamalıdır. Çünki ölümün nə zaman gələcəyi məlum deyildir.
Tövbəni təxirə salmaq və günahları bir-birinin üzərində toplamaq çirkə bənzəyər ki, uzun zaman ərzində toplanmış olar. Asanlıqla onu aradan aparmaq olmaz. Tövbəni təxirə salmaq insan ruhunu çirkləndirdiyi kimi yeni günah işlətməyə zəminə hazırlayar. Ola bilsin ki, tövbə üçün başqa tofiq əldə edə bilməsinlər.
Həqiqi tövbə o tövbədir ki, insan qəlbində bu günaha görə peşman olsun. Sonra Allahdan bağışlanma və əfv istəsin.
"Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin”. ("Hud” 3).
Əgər tövbə etməyi qərara almışıqsa, ilk əvvəl bu günaha görə peşman olmalı və sonra da həmin günaha qayıtmamaq üçün əzm etməliyik. Ondan sonra isə dildə tövbə və istiğfar etməliyik. Çünki istiğfar tövbənin ruhudur. Tövbəni gecikdirməyək və onu ölüm anına qədər təxirə salmayaq. Çünki günah yükümüzdən hər nə qədər tez xilas olsaq, Allaha bir o qədər yaxınlaşmış olarıq. (Tebyan)
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 305 | Downloads: 0 | Rating: 3.5/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]