Cümə axşamı, 2024-04-25, 7:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Fironun tövbəsi niyə qəbul olunmadı?
2013-08-20, 11:46 AM
Fironun tövbəsi niyə qəbul olunmadı?

Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, Firon ölməmişdən bir qədər əvvəl tövbə edir, Allahın təkliyini etiraf edir. Ancaq tövbəsi Allah tərəfindən qəbul olunmur.
Əbəlhəsən Əli ibni Abdullah ibni Əhməd Əsaviri deyir: "Abdullah ibni Ömər nəql edir: Fironun zamanında Nil çayı çəkilir. Bu çay susuz qalır. İnsanlar Fironun yanına gəlir və deyirlər: "Ey sultanımız, bizim üçün su axıt”. Firon da deyir: "Mən sizdən razı deyiləm ki, istəyinizi yerinə yetirəm”. İnsanlar gedir və bir müddətdən sonra yenə gəlirlər. Deyirlər: "Ey padşah! Dördayaqlılar susuzluqdan ölürlər. Əgər çayda bizim üçün su axıtmasan, səndən başqa məbuda üz çevirəcəyik”. İnsanlar yolda toplaşır və gözləyirlər. Firon onlardan aralanır və elə bir yerə gedir ki, insanlar nə onun səsini eşidirlər və nə də özünü görürlər. O zaman ki, gizlində olduğunu yəqin edir, üzünü torpağa qoyur və Allaha ərz edir: "Allahım! Zəlil bir bəndə kimi Sənə tərəf gəlmişəm. Bilirəm ki, Səndən qeyrisi bu çaya su axıda bilməz. Ona görə də Səndən xahiş edirəm ki, bu çaya su axıt”.
 
Fiorunun naləsindən sonra əvvəlkindən də çoxlu su bu çaya axmağa başlayır. Sonra insanların yanına gəlir və deyir: "Çayın suyunu sizin üçün axıtdım”. İnsanlar qarşısında səcdə edirlər. Bu zaman Cəbrayil (ə) insan cildində nazil olur və deyir: "Ey sultan, mənə kömək et ki, quluma qalib gəlim”. Firon deyir: Sənin məsələn nədir? Cəbrayil (ə) deyir: "Bir neçə qulum var və onlardan birinə evimin bütün açarlarını vermişəm. O, mənimlə düşmənçilik etdi və düşmənlərimlə dost oldu. Dostlarımla isə düşmən oldu”. Firon dedi: "Çox pis qulun var. Əgər mənim belə bir qulum olsaydı, dənizdə batırardım”. Cəbrayil (ə) deyir: "Ey sultan! Bu dediklərinizi təsdiqləyən bir kağız yazıb verin”. Firon səsləndi ki, ona vərəq və qələm versinlər. Yazır: "O qul ki, ağası ilə müxalifətlik edir, düşmənlərini dost və dostlarını da düşmən bilirsə, cəzası budur ki, dənizdə qərq olsun”. Cəbrayil (ə) deyir: "Ey sultan! Bu yazdıqlarınızı imzalayın və möhür vurun”. Firon da imzalayıb möhürünü vurur və sonra Cəbrayilə (ə) verir. Günlər keçir və Fironun dənizdə qərq olması zamanı gəlib çatır. Cəbrayil (ə) onun yanına gəlir və deyir: "Bu məktubu al. Orada layiq olduğunu özün yazmısan və ona hökm etmisən”. Bəli, Firon öz ölüm kağızını yazır və möh2rünü də vurur.
Firon ölümün son anlarında Allahın vahid olduğunu etiraf edir və deyir: «İsrail övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim və mən təslim olanlardanam». ("Yunus” 90).
Ancaq Cəbrayil (ə) onun ağzına gil töküb buyurur: "Sənin imanının indi faydası yoxdur”. "(Ona deyildi): «İndimi (ki, tövbənin vaxtı keçmişdir)?! Halbuki, bundan qabaq itaətsizlik etdin və fəsad törədənlərdən idin»”. ("Yunus” 91).
 
Nəql edilənə görə Fironla olanların hamısı qərq olur və heç birindən bir əsər qalmır. Ancaq Fironun cəsədini Allah sahilə çıxardır, çünki Bəni-İsrayil onun öldüyünə inanmırdı. "Beləliklə, bu gün səni cansız bədəninlə birgə qurtarıb dəniz sahilinin uca bir yerinə atacağıq ki, səndən sonra gələnlərə (Allahın qüdrəti və batil qüdrətlərin zilləti barədə) bir nişanə olasan. Doğrudan da insanların çoxu bizim nişanələrimizdən qafildirlər”. ("Yunus” 92). Beləliklə, Quran ayələrindən görmək olur ki, Firon son anlarında tövbə edir və Allahın təkliyini qəbul edir.
 
Bəs Fironun tövbəsi niyə qəbul olmur?
İbrahim Həmədani İmam Rzaya (ə) bu haqda sual verir və Həzrət (ə) cavabında buyurur: "Onun imanı hər bir çarədən ümidsizliyinə görə olmuşdu. Bu cür iman qəbul olmaz. Çünki insanın iradəsindən qanyaqlanmamışdır”.
 
"Bizim əzabımızı görəndə dedilər: «Tək olan Allaha iman gətirdik və (Allaha) qoşduğumuz şəriklərə kafir olduq». Lakin əzabımızı gördükləri zaman imanlarının onlara xeyir verməsi mümkün deyildi. (Bu,) Allahın (qədim zamanlardan) bəndələri barəsində (həyata) keçmiş qanunudur. Kafirlər orada ziyana uğradılar”. ("Ğafir” 84-85).
 
Allah Fironun bu qədər günahına baxmayaraq, dənizin dibinə aparmır, onu sahilə çıxardır ki, başqaları üçün ibrət olsun. Nəql edilir ki, Firon qərq olan zaman Həzrət Musadan (ə) yardım istəyir və Allah ona vəhy edir: "Ey Musa! Ona kömək etmədin, çünki sən onu xəlq etməmisən. Ancaq əgər Məndən yardım istəsəydi, kömək edərdim”.
 
Ona görə də tövbə gərək sırf Xaliq üçün olsun. Bundan başqa, Fironun tövbəsi xalis deyildi, o, həmin ağır şəraitdən xilas olmaq üçün tövbə etmişdi, öz səhvinə görə peşman olduğu üçün deyil.
Allah çarəsiz halda edilən tövbələri qəbul etməz. Hələ ki, fürsət var, Fironun tövbəsi kimi tövbə etməyək. Xalis və həqiqi tövbə etməyə çalışaq.
 
(Tebyan/Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 711 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]