Cümə axşamı, 2024-03-28, 4:37 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Evə daxil olmağın, evdən çıxmağın qayda-qanunu. Evdə ibadət
2014-01-27, 3:28 PM
Evə daxil olmağın, evdən çıxmağın qayda-qanunu. Evdə ibadət

 Quran ayələrində və hədislərdə qeyb zamanının şəraitləri tədqiq edilmişdir. Qeyb zamanında ən çox diqqət etməli olduğumuz məsələlərdən biri - kitab oxumaq və kitab yazmaqdır. (Tebyan)
İmam Sadiq (ə) buyurur: "Yazdıqlarınızı saxlayın, çünki tezliklə onlara ehtiyacınız olacaqdır”.
Həzrət (ə) yenə də buyurur: "Elmini yaz və qardaşların arasında yay və özündən sonra kitablarını övladların üçün miras qoy. Çünki səs-küylü bir zaman gələcəkdir ki, insanlar kitabdan başqası ilə ünisyyət bağlamayacaqlar”.
Qeyb zamanında diqqət etməli olduğumuz məsələlərdən biri - ailə məsələsidir. İmam Sadiq (ə) buyurur: "Qeyb dövründə dillərinizi saxlayın, ailənizin yanında olun”.
Həzrət Cavad (ə) buyurur: "Zühur gəlib çatmamışdan əvvəl fitnələr meydana gələcəkdir ki, onda insan gündüzü imanla başa vurar və səhəri kafir olar. Səhər mömindir, gecə kafir olar. Həm kim bu zamanı dərk edərsə, gərək təqvaya riayət etsin və evinin kilimi olsun”.
İmam Sadiq (ə) buyurur: "O zaman ki, belə zaman gəlib çatar, evinizin kilimi olun. O zamana qədər ki, qeybdə olan pak İmam zahir olar”.
İmam Əli (ə) buyurur: "Qeyb dövründə evlənizi ibadət yeri qərar verin. Allahı çoxlu yada salın”.
Bu hədislərdən iki cür nəticə çıxartmaq olar:
1. Qeyb zamanında cəmiyyətdən qaçın, inzivaya çəkilin və dövrün hadisələrinə qarşı laqeyd olun.
2. Qeyb zamanında baş verən hadislərə qarşı ayıq olun və bu dövrdə ailənizə xüsusi diqqqət edin.
Aydındır ki, birinci nəticə möminə və Əhli-beyt (ə) davamçısına yaraşmayan bir haldır, çünki bir Əhli-beyt (ə) davamçısı inzivaya çəkilməz. Əksinə günün hadisələrini izləyərək, hər bir şeyə qarşı ayıq olmalıdır.
İmam Baqir (ə) buyurur: "Evlənizdə bir-birinizn görüşünə gedin ki, bu iş bizim əmrimizin həyat tapmasına bais olan işdir. Bizim əmrimizi dirçəldən hər bir bəndəyə Allahın rəhməti olsun”.
Ona görə də Əhli-beytin (ə) əmrini dirçəltmək və ailələr arasında rabitələr yaratmaq - bu müqəddəs sünnətin güclənməsinə səbəb olar. Bəli, İslam dininin nəzirinə görə ev nəinki istirahət və yatmaq yeridir, bəlkə ibadət, tədqiq və İlahi Övliyalar haqqında təfəkkür yeridir.
Quran və Əhli-beytin (ə) nəzərinə görə ailə müqəddəs ocaqdır. İnsan tərbiyəsi də xüsusi əhəmiyyətə malikdir. Ailənin əhəmiyyətli olmasına görə din ev inşa etmək, ona daxil olmaq və ondan xaric olmağa dair xüsusi qanun tənzim etmişdir. Necə ki, yer üzündə olan Allahın evləri üçün qanunlar müəyyən edilmişdi.
Ev inşa edən zaman nəyə diqqət edək?
Belə ki, Quran buyurur: "Musaya və onun qardaşına (Haruna) vəhy etdik ki, qövmünüz üçün (səhrada yaşamaq əvəzinə) Misirdə (Fironun hökümətinin mərkəzində) evlər hazırlayın, öz evlərinizi üz-üzə tikin və namaz qılın”. (Yunus” 87). Hər bir müsəlman ev tikən zaman qibləni nəzərə almalıdır, yəni evin memarlığı İslam memarlığına uyğun olmalıdır. Evlərimizi elə tikməliyik ki, dini mərasimləri keçirtmək və namaz qılmaq üçün münasib olsun. Bundan başqa yatmaq, oturmaq üçün də münasib olsun. Bütün bunlar dinimizin tənzim etdiyi qanunlardır.
Evə daxil olmaq və xaric olmaq qanunları.
"Həmçinin yaxşılıq evlərə (cahiliyyət dövründə olduğu kimi) onların arxa tərəfindən daxil olmağınız deyil (cahiliyyət dövründə adət belə idi və ehram geyimində olan şəxs öz evinə giriş qapısından deyil, divarın üstündən daxil olurdu) və lakin yaxşılıq (günahdan) çəkinən şəxs(in əməli)dir. Evlərə onların qapısından daxil olun və Allahdan qorxun, bəlkə nicat tapasınız”. ("Bəqərə” 189).
İmam Rza (ə) buyurur: "Evindən çıxan zaman de: "Bismilləh. Aməntu billəh. Təvəkkəltu aləlləh. Məşəallah lə həvlə və lə quvvətə illə billəh””.
 Quran buyurur: "Evlərə daxil olan zaman özünüzə (qohum və dindaşlarınıza) salam – Allah tərəfindən olan bərəkətli və pak bir salam verin”. ("Nur” 61).
İmam Əli (ə) buyurur: "Hər kim evə daxil olarsa, onun əhlinə salam versin. "Əssəlamu aleykum”. Əgər evdə kimsə olmasa gərək desin: "Əssəlamu aleyna min Rabbəna”. Allah tərəfindən bizə salam olsun. Evə daxil olan zaman "İxlas” surəsini oxuyun ki, yoxsulluğu aradan aparar”.
Beləliklə, deyə bilərik ki, qeyb zamanında diqqət etməli olduğumuz məsələlərdən biri - ev və ailə məsələsidir. Buna qarşı səhlənkarlıq etməyək. Qeyb zamanında edə biləcəyimiz ən fəzilətli əməllərdən biri - evimizin otaqlarından birini namaz və ibadət üçün ayırmaqdır. Belə ki, İmam Sadiq (ə) Misməyə buyurur: "Mən istəyirəm ki, mənzilinin otaqlarından birini məscid qərar verəsən”.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 993 | Downloads: 0 | Comments: 1 | Rating: 4.5/4
Total comments: 1
0  
1 imanli   (2014-02-24 12:19 PM) [Daxil et]
SALAM OLSUN BUTUN MUSULMANLARA

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]