Cümə axşamı, 2024-04-25, 6:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Düz danışmaq; Şəxsiyyətin bariz nişanəsi-1
2012-11-20, 10:13 AM
Düz danışmaq; Şəxsiyyətin bariz nişanəsi-1

 Şübhəsiz, doğruluq və düz danışmaq (sözdə sadiqliq və əmanətdarlıq) sifətləri insan şəxsiyyətinin ən bariz nişanələridir. Bu iki sifətsiz heç kimə həqiqi insan adını vermək olmaz və hər ikisi də müştərək bir kökdən qaynaqlanır. Çünki düz danışmaq sözdə əmanətdarlıqdan başqa bir şey deyil və doğruluq da əməldə sədaqət deməkdir. Sonra qeyd edəcəyik ki, onların ictimai təsirləri də bir-birinə yaxındır. İslam rəhbərlərinin kəlamlarında "sidqul-hədis” (düz danışmaq) və "ədaul-əmanət” (əmanətdarlıq və doğruluq) birgə qeyd edilib. İnsanlar da adi söhbətlərində düz danışmaqla doğruluğu eyni mənada işlədirlər.



Qeyd etdiyimiz kimi, düz danışmaq və doğruluq insan şəxsiyyətinin səciyyəvi xassəsi kimi, onun təfəkkür yüksəkliyi və ruh saflığını büruzə verir. Düz danışanlar, adətən, şücaətli, arxayın, ixlaslı, tamahsız, yanlış təəssüblərdən, dostluq və düşmənçilikdə ifratdan uzaqdırlar. Çünki bunlar düz danışığın meyarı və onlarsız düzlüyü müəyyənləşdirmək çətindir. Yalan danışanlar isə, adətən, qorxaq, riyakar, tamahkar, inadkar, təəssübkeş olub, dostluq və ədavətdə ifarata varırlar.

Düz danışanlar həyatda qayda-qanunları pozmur, şəxsi mənafe güdmür, hiylə və ikiüzlülükdən uzaq olurlar. Çünki sədaqət və doğruluq bunların heç biri ilə uyğun gəlmir. Gələcək bəhslərdə (yalanın səbəblərində) qeyd edəcəyik ki, yalan həmin çirkin xislət və rəzilətlərin mənşəyidir. Bu baxımdan düz danışmağı bir sıra batini hisslərin kəşfində açara bənzətmək olar. Əhli-beytdən (ə) nəql olunan bəzi hədislərdə də düz danışmaq və doğruluq insanları tanımaq üçün meyar sayılmışdır. İmam Sadiq (ə) buyurmuşdur:

لا تَنْظُرُوا اِلى طُولِ رُكُوعِ الرَّجُلِ وَ سُجُودِهِ فَاِنَّ ذالِكَ شَيْءٌ قَدِ اعْتادَهُ فَلَوْ تَرَكَهُ اسْتَوْحَشَ لِذالِكَ، وَ لاكِنِ انْظُرُوا اِلى صِدْقِ حَدِيثِهِ وَ اَداءِ اَمانَتِهِ

"İnsanı səcdə və rükusunun uzunluğu ilə qiymətləndirmə! Ola bilər, bunu adət üzrə görsün və əgər onu tərk etsə, narahat olar. (Əksinə) onun düz danışığı və əmanətdarlığına bax!”

Qurani-Kərimdə buyurulur:

وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ

"Həqiqətən, onları (münafiqləri) danışıqlarından tanıyacaqsan.”



Ardı var ...
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 752 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]