Düşmənçilik və söyüş - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Cümə axşamı, 2016-12-08, 6:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Düşmənçilik və söyüş
2013-07-17, 5:14 AM
Düşmənçilik və söyüş
   Ey əziz qardaş, düşmənçilikdən və kin-küdurətdən uzaq ol! Çünki bunların səmərəsi peşmançılıq, dünya və axirət açarı, izləri isə iztirab, lənət və təhqirdir. Bunların xəbis sifətlərdən olduğuna heç bir şebhə yoxdur. Xüsusilədə söyüş və təhqirin. ("Rəsulullah (s) buyurub:"Mömini söymək  fasiqlikdir, öldürmək küfrdür, qeybətini etmək günahdır və malının hörməti onun qanının hörmətidir")
    Rəsulullahdan (s) nəql edilən rəvayətdə deyilir:
    "Allah-Təala açıq-aşkar günah işlər görənlərə, həyası olmayana, sözlərinə və ona deyilən sözlərə məhəl qoymayana Cənnəti haram etmişdir. Belə insanlar Şeytanın şəriki olarlar" ("Səfinətul-bihar" c.2)
    Həmçinin, Rəsulullahdan (s) nəql edilən digər bir rəvayətdə deyilir:
    "Allah açıq-aşkar günah iş görənləri sevməz"
    "Allah açıq-aşkar günah iş görənlərə Cənnəti haram edər" ("Kənzul-ummal" 8078, 8085-ci hədis)
    İmam Sadiqdən (ə) nəql edilən hədisdə deyilir:
    "İnsanlara sizə deyilən ən gözəl sözləri deyin, Allah-Təala möminin tez-tez lənət oxumasına, söyüş söyməsinə və başqalarını təhqir etməsinə nifrət edər".
    "Açıq-aşkar günah iş görən şəxs, sanki murdar bir suya bənzər" ("Biharul-ənvar" c.78, səh.181, 79-cu cild, səh.111)
    Bil ki, açıq-aşkar günah işləmək və söyüş söymək sadəcə qəzəbdən irəli gəlir. Həmçinin, avara, fasiq, əhli-kef və axmaq insanların məclislərində tez-tez müşahidə olunur. Sonda isə bu əməl heç bir düşmənçilik və ya qəzəb olmadan adət halına çevrilir.
    Həmçinin, bəzi axmaq və avara insanların zarafat adıyla bir-birinin anasını və ya digər əziz insanlarını söyməsinin şahidi olmamısız?
    Şübhəsiz ki, belə kimsələr insanlıqdan uzaqdırlar.

GUNAHKAR-BENDE.UCOZ.NET
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 229 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]