Şənbə günü, 2024-04-20, 6:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Dünyada bizə nəzarət edən 8 mübarək kamera
2013-08-03, 4:22 AM

Dünyada bizə nəzarət edən 8 mübarək kamera

 

Bilirikmi ki, bizi bu dünyada 8 kamera çəkməkdədir? Bir kamera deyil, iki deyil, məhz 8 kamera. Bəz özümüzü bu kameralara çəkilmək üçün hazırlamışıqmı?

 

Bu 8 mübarək kamera bunlardır:

 

1. İlahi nəzər.

"Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!” ("Ələq” 14).

 

2. Əziz Peyğəmbərimizin (s) nəzəri.

"Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və müjdəçi və qorxudan (kimi) göndərdik”. ("Əhzab” 45).

 

3. İmamlarımızın (ə) müqəddəs nəzəri.

"Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir». ("Tövbə” 105).

 

4. Yaxın mələklər.

"(Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar”. ("Mutəffifin” 21).

 

5. Şəhidlər.

"Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz”. ("Bəqərə” 154).

 

6. Yer.

"Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar)”. ("Zəlzələ” 4).

 

7. Zaman.

"Və and olsun vəd olunmuş günə (Qiyamət gününə) Və and olsun, müşahidə edənə və onların müşahidə etdiklərinə”. ("Buruc” 2-3).

 

8. Bədən üzvləri.

"Onlar öz (bədənlərinin günahda birbaşa iştirak etmiş) dərilərinə deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?» (Dəriləri) deyərlər: «Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı. Sizin hamınızı ilk dəfə O yaradıb və indi (də) Ona tərəf qaytarılırsınız»”. ("Fussilət” 21).

 

 Bilirsinizmi ki, bu kameraların texniki kameralarla fərqi nədir? Budur ki, bu kameralar hər şeyi azaltmadan və çoxaltmadan çəkərlər. Bunu bilək ki, həyatımızın hər anı və hər saniyəsi bu kameralar tərəfindən qeyd edilir. Ona görə çalışaq ki bu kameralara yaxşı şəkildə düşə bilək. Sabahı günü özümüzə baxan zaman xəcalət çəkməyək, əksinə çəkilən hər bir andan ləzzət alaq.

"Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: «Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!» Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir”. ("Kəhf” 49).

 

(Tebyan/deyerler)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 711 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2013-08-04 11:23 AM) [Daxil et]
ALLAH RAZI OLSUN !
HƏGƏTƏNDƏ  HƏYATİMİZ   BİZƏ,  KAMERAYA  BİZ  ÇƏKTİKLƏRİMİZƏ  NƏZARƏT  ƏTDİYİMİZ  KİMİ BİZİM  HƏYATİMİZİ VƏ ƏMƏLLƏRİMİZ BİZƏ TƏGDİM OLUNACAQ ! ALLAH SAXLASİN  BİZLƏRİ ƏYRİ YOLLARDAN   VƏ   MÖ`MİNLƏRİN   DÜŞMANLARİNDAN ! AMİN ! 
RƏBBİMİZİN MƏRHƏMƏTİ SONSUZDUR BİZƏ VACİB BUYURDUKLARİNİ ÖZÜDƏ BİZƏ SONSUZ GƏDƏR KÖMƏK EDİR - ŞUKRƏN İLLAH ! 
SALAMUN ALEYKUM VƏ RAHMƏTULLAH !

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]