Cümə axşamı, 2024-04-18, 8:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

“Dünya işlərində tənbəl olanlara nifrət edirəm.
2012-12-21, 3:56 AM

"Dünya işlərində tənbəl olanlara nifrət edirəm...”

İmam Baqir (ə) buyurur: "Mən o kişiyə ki, dünya işlərində tənbəl olar, nifrət edirəm. O kəs ki, dünya işlərində tənbəl olar, axirət işlərində daha tənbəldir”.



Müvəffəqiyyət qalasına çatmaq üçün lazımlı şəraitləri hazırlamaqla yanaşı, maneləri də aradan qaldırmaq lazımdır. Çünki onların hər biri öz növbəsində bizim nailiyyət qazanmağımıza böyük səd çəkər.



Müvəffəqiyyət qazanmağa mane olan amillərdən biri də tənbəllikdir. Müasir zamanda bu xəstəliyə çoxları düçar olublar. Onlar min bir bəhanə ilə işdən boyun qaçırdır və böyük fürsətləri əldən verirlər. Bu yolla da müvəffəqiyyət yolunu özləri üçün uzaq edirlər. Ancaq əksinə, insan bu maneələri aradan qaldırsa, daha tez məqsədinə çata bilər.



Tənbəl həqiqətdə o kəsdir ki, həqiqi məsuliyyətlərindən, ictimai və fərdi rolundan qaçır. Çalışır ki, iş görmədən həyatın başqa ləzzətlərini əldə etsin. O tələbə ki, dərs oxumur, futbola, kompyuter oyunlarına daha çox maraq göstərir, həqiqətdə tələbə olmağın həqiqi mənasını dərk etmir. Onun nəzərinə görə həkim və ya mühəndis olmaq - bir xəyaldır. O, ani ləzzətlərin yerini verə bilməz.



Allah Təala buyurur: "Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik edirlər, halbuki, Allah onları aldadır (onların hiylələrinin cəzasını özlərinə qaytarır). Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir və Allahı çox az yada salırlar”. ("Nisa” 142). Münafiqlər həyatın başqa işlərində zirək və fəaldır. Ancaq ibadətə gələn zaman, xüsusilə də namazda süstlük və tənbəllik göstərirlər. Allahın onların həyatında xüsusi yeri yoxdur.



Hədislərdə oxuyuruq ki, tənbəl insanları heç də rahat bir həyat gözləmir. İmam Əli (ə) bu haqda belə buyurur: "Müvəffəqiyyət və qələbənin bəlası - tənbəllikdir”.



Bu xüsusiyyət o qədər məzəmmət edilmişdir ki, bəzi hədislərdə tənbəl insana nifrət belə edilmişdir. Bu cür insan həyatda heç bir zaman öz arzularına çata bilməz. Ona görə bir ömür həsrətlə yaşamağa məcburdir. İmam Əli (ə) bu haqda buyurur: "O kəsin ki, tənbəlliyi davamlı olar, arzusuna çatmaz”.

Müvəffəqiyyət qazanmış insanın həyatda ən böyük arzusu: "«Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (Cəhənnəm) odun(un) əzabından qoru». ("Bəqərə” 201).



İmam Kazım (ə) buyurur: "Atam övladlarından birinə tövsiyə verən zaman belə buyurur: "Tənbəllikdən və darıxmaqdan çəkin! Çünki bu ikisi səni dünya və axirətdən bəhrələnməkdən saxlayar”.



Nəhayət onu demək olar ki, mömin nə dünya işlərində və nə də ibadətində tənbəl olmalıdır. Çünki bu zaman müvəffəqiyyət əldə edə bilməyəcək və arzularına çata bilməyəcəkdir. Həm dünya və həm də axirətdən bəhrələnə bilməyəcəkdir



(Tebyan/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 752 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]