Cümə günü, 2024-04-19, 5:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Dinimizin nəzərində yaxşı dostun xüsusiyyətləri
2012-12-24, 11:44 PM
Dinimizin nəzərində yaxşı dostun xüsusiyyətləri

(Tebyan saytına istinadən)

Mühüm ictimai məsələlərdən biri də insanların arasındakı rabitə və münasibətdir. İnsan elə bir varlıqdır ki, dosta ehtiyacı vardır, əslində dosta möhtacdır.

Dost insan şəxsiyyətinin formalşamasına birbaşa təsir edir. Quranda və hədislərdə də bu mövzuya çox işarə edilmişdir. Allah Təala "Furqan” surəsində bəzi zalımları bu cür bəyan edir:

«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım». ("Furqan” 28).

İmam Əli (ə) buyurur: "Əgər kimsə sizin üçün şübhəlidirsə və dinindən xəbəriniz yoxdursa, dostlarına nəzər salın. Əgər onlar din əhlidirlərsə, deməli o şəxs də Allahın dinindədir. Ancaq əgər dostları Allah dinində deyildirsə, bilin ki, onun da Allah dinindən heç bir bəhrəsi yoxdur”.

Quran bütün müsəlmanları bir-birinə dost və qardaş bilir. Və dinimizin gözləntisi budur ki, möminlər bir-birinə qardaş gözü ilə baxsınlar

."Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz”. ("Hucurat” 10).

Qiyamət səhnəsi peşmançılıq səhnəsidir, o günü insanlar yaxşı dosta malik olmadıqlarına görə təəsüflənəcəklər. Pis dost onu düz yoldan azdırmışdır. İnsan istəsə də istəməsə də təsir altına düşür. Əxlaqi sifətlərin və fikirlərinin bir çoxuna dostları tərəfindən yiyələnir.



Quranın nəzərində yaxşı dostun 7 xüsusiyyəti var:

1. İman. "Ey iman gətirənlər, Mənim düşmənimi və öz düşməninizi dost tutmayın! Siz onlarla dostluq əlaqəsi yaradırsınız, halbuki onlar həqiqətən, Haqqın tərəfindən sizə gələnə kafir olmuşlar”. ("Mumtəhənə” 1).

2. Dini məsələlərə hörmət etmək. "Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə, Allahdan qorxun. (İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu, ona görədir ki, onlar düşünməyən bir tayfadırlar”. ("Maidə” 57-58).

3. Düz danışmaq. "Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir)”. ("Tövbə” 119).

4. İkitərəfli dostluq. İnsan əgər bir nəfərlə dost olmaq istəyirsə, əvvəl baxsın görsün ki, o da həmin adamla dost olmaq istəyirmi?

"Baxmayaraq onları sevən (yenə də) sizsiniz və onlar sizi sevmirlər”. ("Ali-İmran” 119). Əgər dostluq birtərəfli olarsa, zillətə və xarlığa gətirib çıxardar. İnsan üçün faydalı olmaz.

5. İkiüzlü olmamaq. "Sizinlə görüşdükləri zaman «iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikləri zaman isə, sizə qarşı olan qəzəblərinin çoxluğundan barmaqlarının ucunu gəmirirlər”. ("Ali-İmran” 119).

6. Xeyirxah olmaq. "Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş, dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər”. ("Ali-İmran” 118).

7. Xoş əxlaqlı olmaq. İslam dini buyurur ki, başqaları ilə xoş əxlaqlı olun. Xoş əxlaq dostluğu davamlı edər, başqalarını özünə cəlb etməyə səbəb olar. "Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. ("Fussilət” 34). "Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar”. (”Ali-İmran” 159).

Allah bizlərə həm əxlaqında və həm də dinində möhkəm olan dostlar nəsib etsin.



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 759 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]