Cümə günü, 2024-04-19, 10:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Danışıq ədəbi barədə Müqəddəs Kitabımız nə buyurur?
2013-08-04, 4:55 AM

Danışıq ədəbi barədə Müqəddəs Kitabımız nə buyurur?

 

Quran bizə həmişə həyat dərsi vermiş  və nəyin düz və nəyin yanlış olduğunu bəyan etmişdir. Eyni zamanda Müqəddəs Kitabımız biz müsəlmanlara danışmaq ədəbini öyrədir. Quranın bizə verdiyi tövsiyələrə nəzər salaq:

 

1. Salam vermək.

"Salam(un əleyk), səlam(un əleyk)dən başqa!” ("Vaqiə” 26). Biz gərək elə danışaq ki, qarşı tərəf əziyyət çəkməsin. Danışıq növü həyat bəxş etməlidir. Qarşı tərəfə zərbə vurmamalıdır.

 

2. Yersiz sözlərdən çəkinmək.

"Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər”. ("Vaqiə” 25). Danışığımızda yersiz sözlərdən çəkinək və maddi və mənəvi fayda verəcək sözlərdən istifadə etməyə çalışaq. Bəzi vaxtlar çox danışmaq belə yersiz əməl sayılır.

 

3. Bir-birinə qarşı günah işlətməkdən çəkinmək.

"Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər”. ("Vaqiə” 25). Danışan zaman qarşı tərəfi incidib günah qazanmayaq.

 

4. Danışıqda qəti olaq.

"Ey iman gətirənlər, Allahdan qorxun, doğru və möhkəm söz danışın!” ("Əhzab” 70).

 

5. Danışıqda hissləri bəyan etmək.

"Bir dəstə cin (bu Qur’ana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Qur’an eşitdik. O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq»”. ("Cinn” 1-2).

 

6. Əziyyət verən sözlərdən çəkinmək.

"İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. ("Huməzə” 1).

İnsan elə danışmalıdır ki, həm sözlərini çatdırsın və həm də eşidən əziyyət çəkməsin. Yəni qaşrı tərəfi sancmasın.

 

7. Oxşatmalardan çəkinmək.

«Şübhəsiz, alış-veriş də sələm kimidir» ("Bəqərə” 275). Danışıqda bənzətmə bir hünərdir. Əgər bənzətmədən istifadə ediriksə, düzgün bənzətmə olmalıdır. Münasib olmayan bənzətmə isə münasib olmayan rəftara gətirib çıxardar.

 

8. Başqaları təhqir etməkdən çəkinmək.

"Və (yada sal) o zaman(ı) ki, münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi) olanlar deyirdilər: «Allah və Rəsulu bizə aldadıcı vəddən başqa bir şey verməmişdir»”. ("Əhzab” 12).

 

9. Danışıqdakı cümlələr gözəl olsun.

"İnsanlarla xoş dillə danışın”. ("Bəqərə” 83).

 

10. Danışan zaman qarışıq söz işlətməyin.

"Dilimdən (məqsədin çatdırılmasına mane olan) düyünü aç ki, sözümü başa düşsünlər”. ("Taha” 27-28).

 

11. Danışıq rəvan olmalıdır.

"Onlara yumşaq bir söz de”. ("İsra” 28).

 

12. Münasib olmayan sözlərdən çəkinmək.

"Ey iman gətirənlər! (Peyğəmbərə xitab edərkən) «raina» (bizi riayət elə) deməyin, «unzurna» (bizə nəzər sal) deyin (- çünki, birinci ifadə yəhudilərin yanında nifrin mənasınadır -) və (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı bir əzab vardır”. ("Bəqərə” 104).

 

13. Şikayətdən çəkinmək.

"Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı»-deyər”. ("Fəcr” 16).

 

14. Danışıq yükünüz müsbət olmalıdır.

"Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur’ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən)”. ("Zuha” 11).

 

Allah Təala bizləri müqəddəs dinimizin buyuruşlarına əməl edənlərdən qərar versin.

 

Hazırladı: Məşhədi Xanım,

(Tebyan saytına istinadən/deyerler)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 663 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]