Şənbə günü, 2024-04-20, 4:42 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

ƏDƏB NƏDİR?
2013-07-17, 5:27 AM
ƏDƏB NƏDİR?
 
 


 
*  Ədəb, söz mənası ilə, qanuni bir davranışda əks olunması lazım olan gözəl görünüşdür. Bu gözəllik, ya dindən qaynaqlanar və ya ağıllı insanların cəmiyyətləri nəzərində var olar. Dua edərkən və ya bir yoldaşla qarşılaşıldığında güdüləcək ədəb qaydaları kimi. Buna davranışın zərifliyi də deyilə bilər. Ədəb mütləq qanuni olan, qadağan olmayan mövzularda söz mövzusu ola bilər. Buna görə zülmün, xəyanətin, yalanın, çirkin və iyrənc işlərin ədəbi olmaz. Ayrıca ancaq iradə nəticəsni olan və birdən çox alternativi olan hərəkətlərdə reallaşa bilər.
Çünki ancaq o təqdirdə bu hərəkətin bəzi növləri ədəbli və digər bəziləri ədəbə zidd ola bilər. Məsələn İslamda yemək yemə ədəbi kimi. Bu ədəbin ən əhəmiyyətli qaydalarına görə, yeməyə bəsmələ ilə başlayıb Allaha həmd edərək son verməli və tam doymadan əvvəl süfrədən qalxmalıdır. Başqa bir nümunə, namazda oturma ədəbidir. Bunun üçün bədəni tarazlıqda tutacaq şəkildə sol yan üzərinə oturub, sağ ayağın üstünü sol ayağın iç qisimi üzərinə qoymalı, əlləri düz qapaqlarının üzərinə qoymalı və gözləri qucağına doğru baxmalıdır.
O halda ədəb, iradəyə bağlı davranışlardakı gözəl görünüş deməkdir. Gözəllik də əsl mənasnı ilə həyatın məqsədinə uyğun olma mənasını daşıyar. Bu mənasnı ilə gözəllik, dəyişik cəmiyyətlərin baxışlarına görə fərqlilik göstərməz. Lakin praktikada nümunələri baxımından çox böyük fərqliliklər göstərər. Qövmlərin, millətlərin, dinlərin, məzhəblərin, hətta ailə kimi kiçik ictimai vahidlərin dəyişməsiylə, ədəblə əlaqədar davranışların gözəl və ya çirkin olaraq təyin olunmasında fərqlilik görülər.
Bir qövmdə elə ədəb qaydaları etibarlı olar ki, bunlar digər qövmlər tərəfindən naməlum. Bir qövm tərəfindən xoş qarşılanan elə ədəb qaydaları ola bilər ki, bunlar digər qövmlər tərəfindən çirkin görülərək qınanar. Məsələn insanların bir-birləri ilə qarşılaşdıqlarındakı salamlaşma ənənəsi kimi. Bu ənənə İslamda salam vermək şəklindədir. Allahdan gələn, mübarək və təmiz bir yaxşılıq xahişi olaraq tətbiq olunar. Bəzi qövmlərdə şapka çıxararaq, bəzilərində əli baş xəttinə qədər qaldıraraq, başqa bəzilərində başı əyərək, rüku edərək (diyarın əyilərək) və ya başı yelləyərək yerinə yetirilər. Necə ki qadınlarla qarşılaşıldığında qərblilərin etdikləri elə tətbiqlər var ki, İslam bunları çirkin görərək qınamaqdadır. Cəmiyyətdən cəmiyyətə dəyişən belə tətbiqlərin nümunələri çoxdur.
Tək bütün bu fərqliliklər, nümunələrin təyin olunması mərhələsində görülər. Yoxsa gərək davranışlara əks olunması lazım olan gözəl görünüş mənasındakı ədəbin təməlində və gərəksə ədəbə uyğun davranışların təqdir edilməsi barəsində bütün ağılı başında insanlar görüş birliyi halındadır. Belə ki, bu mövzuda fərqli fikirdə olan iki adama belə rast gəlinməz.
*  Yuxarıda söylədiyimiz kimi gözəllik, ədəbin dayaqlarındandır və dəyişik cəmiyyətlərin özlərinə xas məqsədlərinə görə fərqlilik göstərər. Bundan, cəmiyyətlərin ədəb qaydalarının bir-birindən fərqli meydana gəlinin zəruri olduğu nəticəsi çıxar. Buna görə ədəb hər cəmiyyətin aynası kimidir; o cəmiyyətin ümumi əxlaq xüsusiyyətlərini əks etdirər. Bu əxlaq xüsusiyyətlərini isə, o cəmiyyətlərin həyatdakı məqsədləri nizamlar və onları cəmiyyətlərindəki faktorlarla, bir hissəsi təbii və bir hissəsi təsadüfü olan dəyişik faktorlar içlərinə, vicdanlarına yerləşdirər.
Buna da diqqət yetirmək lazımdır ki, ədəb qaydaları ilə əxlaq qaydaları eyni şey deyil. Çünki əxlaq qaydaları, nəfslərdə yerləşən köklü ruhi bacarıqlar ikən; ədəb qaydaları, əks olunmalarını insanın dəyişik nəfsi sifətlərdən qaynaqlanan davranışlarında göstərən gözəl görünüşlərdir. Bu ikisi arasında da böyük fərq vardır. Buna görə ədəb qaydaları, əxlaq qaydalarından qaynaqlanar və əxlaq qaydaları da cəmiyyətin xüsusi məqsədiylə uyğunlaşma içində olan gərəklərindəndir. Bu vəziyyətdə insanın davranışlarında güdəcəyi ədəb qaydalarını təyin edən faktor, həyatında arxasından qaçdığı məqsəddir. Bu məqsəd insanın nəfsi üçün bir xətt çəkər və insan həyatı boyunca və məqsədinə yaxınlaşma müddətində hər hansı bir davranışda olarkən o xəttin xaricinə çıxmaz.

tebyan
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 793 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]