Cümə günü, 2024-03-29, 3:17 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Çörəyə niyə hörmət etməliyik?
2014-08-15, 9:45 AM

Çörəyə niyə hörmət etməliyik?
 

Elə bir dövrdə yaşayırıq ki, keçmiş adət və ənənələr get-gedə unudulmaqdadır. Çörəyə qoyulan hörmət də bu kimi adətlərdəndir. Əgər əvvəllər uşaqlar valideynləri ilə yol gedən zaman valideynlərinin yerə düşən çörəyi necə götürüb ehtiram göstərmələrinin şahid olurdularsa, bu gün elə bir mənzərə çox nadir hallarda görülür. (Tebyan)

Bəs bizim çörəyə bu qədər hörmət qoymağımızın səbəbi nədir? Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Hər kim bir tikə çörək tapsa və onu yesə, 700 həsənəsi olar. Hər kim onu çirkli yerdən tapar, yuyar və götürərsə, 70 həsənəsi olar”.

İmam Əli (ə) buyurur: “Yerə düşən tikəyə görə deyilir ki, hər kəs onu götürər və pak edib divar yarığına qoyarsa, Allah ona bir həsənə yazar. Əgər onu yesə, bu həsənə iki bərabər olar”.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, çörəyə qoyulan hörmət Məsumlardan (ə) gələn bir sünnətdir. Allahın bizə verdiyi bütün nemətlər ehtirama layiqdirlər. Çünki onların hər biri insana xidmət etmək və ehtiyacını aradan qaldırmaq üçün nazil olmuşdur. Ona görə nemətə qoyulan hörmət Allah tərəfindən təqdirə layiq görülər. Bu nemətlər içərisində çörəyin xüsusi yeri vardır.

Həzrət Peyğəmbər (s) buyurur: “Çörəyi əziz tutun ki, ərşdən tutmuş yerə qədər çox sayda xəlq onda iş görmüşdür. Sizlərdən əvvəl bir peyğəmbər olmuşdur ki, adı Danial idi. O, girdə şeyləri dostuna verir ki, onu sudan keçirtsin. O kəs ki, onları aparma vasitəsinə malik idi (qayıq), çörəyi kənara atır və deyir: “Mən bu çörəklə nə edim ki, çörək bizim yanımızda əziləcəkdir”. Danial bu mənzərəni görən zaman əlini göyə qaldırır və deyir: “Allahım, çörəyi əziz tut! Allahım, gördün bu bəndə nə etdi və nə dedi?”. Allah Təala yağışa vəhy edir ki, dayansın və yerə vəhy edir ki, bişmiş gil kimi olsun. Yağış yağmasın və iş o yerə gəlib çatsın ki, bir-birini yesinlər. İş o yerə gəlib çatır ki, bir qadın deyir: “Gəlin bu gün mənim uşağımı yeyək, sabah isə sənin uşağını yeyərik”. Sabah olan zaman həmin ikici qadın boyun qaçırdır və uşağını vermək istəmir. Birinci qadın ona deyir ki, gəl Danialın yanına gedək və o, hökm versin. Onun yanına gedirlər və Dainal deyir: “İş bu yerə gəlib çatıbdır?”. Deyirlər: “Bəli, ey Allahın peyğəmbəri, hətta bundan da ağırdır”. O, əlini göyə qaldırıb buyurur: “Allahım, fəzlini bizə qaytar və uşaqlarımıza və günahsızlara sənin nemətindən üz göndərənlərə görə işgəncə vermə”. Allah səmaya buyurur: “Yerə yağış yağ”. Torpağa buyurur: “Xəlqim üçün hər bir xeyirini cücərt ki, Mən onu kiçik yaşlı körpə üçün rəhmət qərar verdim””.
İmam Əli (ə) buyurur: “Çörəyi əziz tutun”. Soruşurlar ki, necə? Buyurur: “Çörəyi əziz tutmaq odur ki, ayaq altına atmayasanız”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Çörəyi əziz tutun ki, Allah Təala onu səma bərəkətindən göndərmişdir”. Soruşurlar ki, necə əziz tutaq? Buyurur: “O zaman ki, süfrəyə qoyular, başqa bir yeməyin intizarında olmayın”.

/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 2585 | Downloads: 0 | Rating: 4.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]