Cümə günü, 2024-03-29, 9:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bütün insanlar bərabər xəlq edilmişdir
2013-08-22, 6:53 PM
Bütün insanlar bərabər xəlq edilmişdir

 İmam Əli (ə) buyurur: "Hər bir ağır və yüngül, böyük və kiçik, güclü və zəif varlıqlar həyat üsulunda bərabərdirlər”.
Dinimizin nəzərinə görə insanların bərabər olduğuna inanmalı olan ilk insanlar - hakimlər və cəmiyyətin öndə gedənləri olmalıdır. Həzrət Əli (ə) Malik Əştərə yazdığı məktubda buyurur: "İnsanlarla mehriban olmağı öz qəlbinin geyimi qərar ver. Hamı ilə dost və merhiban ol. Məbada, heyvan ovlayanlar kimi olasan ki, onları yeməyi qənimət biləsən. İnsanlar iki dəstədir: bir dəstə sənin din qardaşlarındır və o biri dəstə isə yaradılışda sənin kimidirlər”.
Bütün insanlar bərabər xəlq edilmişdir. İrq, rəng və iqlim fərqi insanın mahiyyətinə heç bir təsir qoymaz. Allah insanı elə xəlq etmişdir ki, zati cəhətdən hamı bərabərdir. İrq, dil və ya dəri rəngi insanın fitrətinə heç cür təsir qoya bilməz.
İmam Əli (ə) ordu rəhbərlərindən birinə xitab edərək buyurur: "Haqqı hər yerdə, hər bir insanın barəsində – uzaq və yaxın – yerinə yetir”.
İmam Əlinin (ə) nəzərinə görə, hökumət məsuliyyətini qəbul etmə səbəbi bu idi ki, cəmiyyətdə iqtisadi bir ədalət bərqərar etsin. O, beytul-malı bərabər şəkildə bölür və qara və ağdərili, zəif və güclü arasında fərq qoymazdı. Həzrət (ə) buyurur: "Bəşərin atası Adəmdən heç bir övlad nökər və ya kəniz doğulmamışdır. Onun bütün övladları ilk gündən azad olmuşdular. İndi bir qədər mal mənim yanımdadır. Mən qara və ağ, qul və azad insanların arasında fərq qoymuram. Onu bərabər şəkildə bölürəm”.
Quran insan kəramətini hifz etmək üçün təbəqə yanaşmasını qadağan etmişdir. Onun insan kəramətinə uyğun gəlmədiyini vurğulamışdır. Həmişə insanlara tövsiyə etmişdir ki, insanlar təbəqə baxışını yığışdırsınlar. Çünki bu zaman insanın izzəti əzilmiş olur. Belə olan zaman bəzi insanlar özlərini bəzilərinin qarşısnda xar və alçaq hiss edirlər. Sərvət və məqam sahibi olan bir çox insanlar məhz buna görə Allahın bu müqəddəs dininə qarşı çıxırdılar. Din gəlir və insanların bərabər olduğunu bəyan edir. Ona görə də İlahi dinlərin ardıcılları ilk əvvəl məzlum təbəqəsi olurdu. Onlar insanlıq izzətinin tapdalandığına qarşı çıxır və haqlarının geri qaytarılmasını istəyirlər.
İmam Əli (ə) cəmiyyətin bu təbəqəsi haqqında belə buyurur: "Cəmiyyətin aşağı və məhrum təbəqəsinin heç bir çarəsi yoxdur. Onlar yoxsullar, giriftarlar, əziyyət çəkənlərdən ibarətdir. Həqiqətən bu məhrum təbəqədə bir dəstə təmkinli davaranır və bir dəstə isə dilənçilik üçün əlini açırlar. Ona görə də Allah üçün haqqın gözətçisi ol ki, Allah bu təbəqə üçün buyurmuşdur: İslam dini beytul-malın bir hissəsini, yerin üstündə olan qənimətlərin bir hissəsini hər bir şəhərdə aşağı təbəqə üçün qərar vermişdir. Ən uzaq müsəlmanlar üçün yaxında olan müsəlmanlar kimi bərabər pay qərar vermişdir. Sən ona riayət etməyə məsuliyyətlisən. Məbada, hökumət məstliyi səni onlara əl tutmaqdan saxlasın. Heç bir zaman mühüm işləri görən zaman kiçik məsuliyyətləri tərk etməyin üzrü ola bilməz. Həmişə onların çətinliklərini həll etməyə çalış. Onlardan üz döndərmə. Xüsusilə də o insanların işlərini həll et ki, kiçik olduqlarından gözə dəymirlər. Başqaları onları kiçik hesab edir. Bu insanlar üçün özünün inanılmış, Allahdan qorxan insanlarından seç ki, onların məsələlərini tədqiq edib sizə məlumat versinlər. Sonra çətinliklərini həll etmək üçün elə rəftar et ki, Allahın qarşısında üzrün ola bilsin. Çünki bu dəstə insanların ədalətə riayət etməkdə daha çox ehtiyacları vardır. Onların haqqını elə ver ki, Allahın qarşısında üzrlü olasan. Azyaşlı yetimləri, çarəsiz qocaları davamlı olaraq sakitləşdir və ürək-dirək ver. Çünki ən ağır məsuliyyət - hökmdarların məsuliyyətidir. Baxmayaraq ki, haqqın özü ağırdır. Ancaq Allah onu o kəslər üçün asan edər ki, axirət istəyindədirlər. Nəfslərini səbirə vadar edərlər. Allahın vədinə inanırlar. Ona görə də öz vaxtını elə insanlara ayır ki, sənə ehtiyacları vardır. Özün şəxsən onlarla məşğul ol. Ümumi məclislərdə onlarla oturub-dur. Sən xəlq edən Allahın qarşısında təvazökar ol. Onların qarşısını alan əsgərləri və gözətçiləri onlardan uzaq et ki, iztirab çəkmədən səninlə danışa bilsinlər”.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 706 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]