Çərşənbə günü, 2024-04-24, 10:12 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bir ayədə cəmlənən xeyir və şər çatdırışı
2013-08-20, 11:49 AM
Bir ayədə cəmlənən xeyir və şər çatdırışı

Quran bütün ayələri ilə qəlbləri fəth edən İlahi kitabdır. Ayərlərinin məzmunları çox cazibəlidir. Bəzi ayələri xüsusilə İslam dininin əvvəllərində çox sayda insanların qəlbini özünə cəzb etmişdir. Bu ayələrdən biri də "Nəhl” surəsinin 90-cı ayəsidir. "Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz”.
 
Bu, elə bir ayədir ki, xeyir və şər barədə məlumat orada cəm olmuşdur. Həzrət Peyğəmbər (s) buyurur: "Bütün təqva Allahın bu kəlamındadır”. Bu ayə bizlərlə 3 şeyi əmr edir və 3 şeyi qadağan edir.
O zaman ki, müsəlmanlar azlıq və düşmənlər çoxluq təşkil edirdilər, bəzi müsəlmanlar Peyğəmbərlə (s) bağladıqları beyətlərini sındıra bilərdillər, ona görə də bu ayə nazil olur və onlara bu işi görməmək üçün xəbərdarlıq edir.
 
Ayənin bizə buyurduqları:
 
1. Ədalət. Ədalətdən daha geniş bir qanun təsəvvür etmək olarmı? Yer və göy ədalətlə bərpa edilmişdir. Bütün insan cəmiyyəti də insan bədəni kimidir. Ədalət olmadan xəstələnə bilər. Ədalət o qanundur ki, bütün varlıq aləmi onun mehvərində dayanır. Yəni, hər bir şey öz yerində olmalıdır. Hər cür ifrat və təfrit, həddi aşmaq ədalətin əksinə olan şeylərdir. İmam Əli (ə) bu haqda buyurur: "Ədalət o şeydir ki, insanların haqqını onlara çatdırasan. Ehsan o şeydir ki, onlara alicənablıq edəsən”. Ədalət tək halda cəmiyyəti böhrandan çıxartmaz, ona görə də Həzrət (ə) ardınca ehsanın adını çəkir ki, ədalət ehsanla bir yerdə olmalıdır.
 
2. Ehsan. İnsanın həyatında bəzi həssas vaxtlar olur ki, fədakarlığa, güzəştə ehtiyac duyur. Ədaləti bərpa etmək üçün də ehsan etmək zəruridir.
 
3. Yaxınlarına yaxşılıq etmək. Yaxınlarına yaxşılıq etmək - ehsanın bir növüdür. Bu fərqlə ki, ehsan bütün cəmiyyətə aid bir mövzudur. Ancaq ayənin bu hissəsində buyurduğu ehsan yaxınlarına edilən yaxşılıqdır, yəni kiçik cəmiyyətə. Böyük cəmiyyət kiçik cəmiyyətlərdən təşkil edildiyi üçün kiçik cəmiyyət hər nə qədər möhkəm olarsa, böyük cəmiyyət də möhkəm olar.
 
Bizə qadağan etdiyi şeylər: əxlaqsızlıqdan, münkərdən və zülmdən uzaq olmaq. Bəzi təfsirçilər ayənin bu hissəsini belə təfsir edirlər: "Əxlaqsızlıq - gizli günahlara, münkər - aşkar günahlara, zülm - hər cür zülm və özünü başqalarından üstün bilməyə işarə edir”.
 
Beləliklə deyə bilərik ki, bu ayə zahirdə kiçik görünsə də, məna və məzmun cəhətdən çox genişdir. Bizi üç xeyrə dəvət edir: ədalətə, ehsana və yaxınlarımıza yaxşılıq etməyə və üç şərdən uzaqlaşdırır: əxlaqsızlıqdan, münkərdən və zülmdən.
 
Bu ayə yuxarıda saydıqlarımız cəhətlərinə görə Quranın xeyir və şər çatdırışını əhatə edən ən geniş ayəsidir.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 861 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]