Cümə axşamı, 2024-04-18, 5:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün
2014-05-21, 6:35 AM

Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün

  İmam Əli (ə) cümə günlərinin birində xütbə deyərkən, əvvəl Allaha həmd etmiş və sonra da Peyğəmbərə (s) salavat göndərmişdir. Sonra buyurmuşdur: “Allah bəndələri! Sizlərə nəfsinizi tərbiyə etməyi və təqvaya riayət etməyi tövsiyə edirəm. Allahın itaətini qənimət bilin. Bacardığınız və gücünüz çatan qədər ömrünüzün keçən günlərində Allaha itaəti və əmrinin ardınca getməyi qənimət bilin. Bacardığınız qədər ölümün sizin üçün gətirə biləcəyi müsibətlərlə mübarizə aparmaq üçün saleh əməl hazırlayın. Ölümü o qədər böyük hesab edin ki, övliyalar və böyük alimlər ölümə mübarizədə titrəyirdilər. Ölümdən sonra bərzəx aləminin başlanğıcında baş verən hadisələr o qədər əzəmətli, çətin və dözülməzdir ki, bundan xəbərdar olan Allah bəndələri belə, titrəyərlər. Bu müşküllərlə mübarizə aparmaq üçün bir yol mövcuddur. Bu da saleh əməl və Allah yolunda iş görməkdir. Orada insanın dadına çatacaq tək şey - saleh əməldir. Mən sizə əmr edirəm. Mən - Əmirəl-mömininəm. Mənəvi və maddi əmir, zahiri və batini əmir, cisim və canın əmiriyəm. Maddiyyatın fikrində bu qədər olmayın. Çünki bunların hamısı, hamısı məhv olacaqdır.
 
Baxmayaraq ki, siz bu malın, bu eyşin, bu vəzifənin sizi buraxmasını istəmirsiniz, ancaq o, sizi buraxacaqdır. Bu dünya cisimlərinizi cürüdər və torpaq edər. Baxmayaraq ki, siz istəyirsiniz ki, o, sağ olsun - bu dünya sizi qocaldar. Sizi zəiflədər və gücünüzü məhv edər. Baxmayaraq ki, siz istəyirsiniz ki, bu güc həmişə sizdə qalsın və günü-gündən təzələnsin. Küçədə sürətlə yol gedərkən, uzaqda olan nişanəni görürsünüz. Ancaq istəsəniz də, istəməsəniz də, yol gedərək ona çatacaqsınız. Bu küçə - həmin dünyadır. O nişanə - daş və o elm - əcəldir.
 
Zahiri cah-cəlala görə, izzət və ad üçün bir-birinizlə rəqabət etməyin, həsəd aparmayın. Dünyanın zinətinə və nemətinə görə heyrətlənməyin. Dünyanın qısa həyatının çətinliklərinə görə qüssə yeməyin. Bu zinət və izzət məhv olmağa üz tutub. Cavanlıq və gözəllik öz yerini qocalığa və iztiraba vermişdir. Çətinliklər tamam olar və aradan gedər. Bütün zamanlarda bu aləm və bu həyat sona tərəf hərəkət edər. Bütün canlılar cürüməyə tərəf gedər”.
 
Bəli, Əmirəl-möminin (ə) bizə məsləhət görür ki, fani olan bu dünyaya bel bağlamayaq və bir neçə günlük dünyada şöhrət və ad-san qazanmaq üçün bir-birimizə həsəd aparmayaq və rəqabət etməyək. Əksinə saleh əməl görək ki, qəbir evində dadımıza çatsın. (Tebyan)
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 2352 | Downloads: 0 | Comments: 1 | Rating: 4.0/3
Total comments: 1
0  
1 GADİR   (2014-05-22 10:43 PM) [Daxil et]
ALLAH RAZI OLSUN

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]