Behiştin dərəcələri Quran ayələrinin sayına görədir - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Bazar ertəsi, 2016-12-05, 3:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Behiştin dərəcələri Quran ayələrinin sayına görədir
2013-11-29, 10:29 PM
Behiştin dərəcələri Quran ayələrinin sayına görədir

 Məsum İmamlar (ə) Quranı hifz etməyi həmişə tövsiyə etmiş və onun gətirdiyi xüsusi mənəvi məqamdan söz açmışdılar.
İmam Sadiq (ə) buyurur: "Quranın hafizi ki, ona əməl edər, mələklərlə oturub-qalxacaqdır”. Çünki o zaman ki, bir Quran hafizi mələklərin etdiyi əməllərə oxşar əməllər edər, onlarla bir yerdə və eyni dərəcədə olar. (Tebyan)
İmam Əli (ə) buyurur: "Quranı tilavət edin və onu yadınızda saxlayın. Çünki Allah Təala Quranın olduğu qəlbə əzab verməz”.
Quranı hifz etmək insanı vəhyə əməl etməyə və onun mərifətindən bəhrələnməyə sövq edər. Nəticədə cəhənnəm atəşindən amanda qalar. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər Quran dəridə olarsa, atəş ona çatmaz”.
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Quranı əzbərdən oxuyar, və güman edər ki, Allah Təala onu bağışlamaz, İlahi ayələri məsxərə edənlərin sırasında yer tutar”.
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Quranı (o qədər ) oxuyar ki, onu hifz edər, Allah onu behiştə daxil edər. Ailəsinin on üzvünə ki, atəş onlara vacib buyurulmuşdu, Allah şəfaətini qəbul edər”.
Bəli, Quran möminləri şəfaət edər və onları behiştə tərəf hidayət edər. Quranı hifz edən də Quran kimi şəfaət etmək haqqına malik olar. Əlbəttə hafizlərin şəfaəti Quranın şəfaətindən fərqlidir. Quranın şəfaəti daha genişdir, ancaq hafizin şəfaəti məhduddur.
Həzrət Peyğəmbər (s) buyurur: "Behiştin dərəcələri Quran ayələrinin sayına görədir. Quran sahibi behiştə daxil olan zaman ona deyərlər ki, oxu və yuxarı qalx. Hər ayə bir dərəcədir. Ona görə də Quran hafizinin dərəcəsindən yüksək dərəcə yoxdur”.
Allah Təala bizi Quran hafizlərindən qərar versin.
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 221 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]