Çərşənbə axşamı, 2024-04-16, 8:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bəyənilən və bəyənilməyən zarafatlar
2013-11-19, 10:56 PM

Bəyənilən və bəyənilməyən zarafatlar

Zarafat etmək - gülüş gətirən amillərdən biridir. Zarafat edən zaman istəyirik ki, quru və soyuq mühitdə bir canlılıq yaradaq, sevinc yaradaq. Bəzən də bəziləri insanları təhqir etmək üçün zarafat edərlər. Ona görə də bu zarafat bəzən göz yaşına çevrilir. Zarafat öz simasını itirir. (Tebyan)
Zarafatın əsl siması - tövazökarlıqdır. İmam Əlinin (ə) mübarək dodaqları həmişə gülümsəyərdi. Onu şux təbiətli bir insan kimi tanıyardılar. Həzrət Peyğəmbər (s) də fürsət olan kimi səhabələrini gülümsədərdi. Onları sevincli və yaxşı əhvalda saxlamağa çalışardı.
Bir gün Peyğəmbərimiz (s) İmam Əli (ə) ilə bir məclisdə xurma yeyirdi, xurmanın çəyirdəyini İmam Əlinin (ə) qarşısına qoyurdu. Əgər kimsə bu mənzərəni görsə, fikirləşərdi ki, xurmaları Əli (ə) yemişdir. Ancaq İmam (ə) heç bir dənə də xurma yeməmişdi. İmam Əliyə (ə) xitab edərək, buyurur: "Siz çoxlu xurma yemisiniz?”. İmam (ə) cavab verir: "Xurmanı dənəsi ilə yeyən kəs çox yeyibdir”. Həzrət Peyğəmbərimizin (s) mübarək dodaqları gülümsəyir.
Həzrət Peyğəmbər (s) səhabələrindən birini qəmli görən kimi, zarafat etməklə onun əhvalını düzəldərdi.
İmam Əli (ə) "Nəhcül-bəlağə”nin 84-cü xütbəsində buyurur: "Əmr Asa görə təəcüblənirəm ki, Şam əhlinə mənim zarafat əhli olduğumu söyləyibdir. Guya xoş güzəran keçirir və ömrümü boş keçirirəm. Bu sözü - batildir. Şamlılar arasında günahı yaymışdır. Agah olun, Allaha and olsun ki, ölümü yada salmaq məni zarafatdan və yersiz işlərdən saxlamışdır. Ancaq Əmr Ası axirəti yaddan çıxartdığı üçün haqq sözdən saxlamışdır”.
Bu xütbədə yersiz zarafatın axirəti yaddan çıxartmağın nəticəsi olduğunu görmək olar. Yəni, o kəs ki, yersiz zarafatlar edir, axirəti yaddan çıxartmış deməkdir. Həzrət Əli (ə) bu haqda buyurur: "Heç bir zaman yersiz zarafat etməyin”.
Bir gün İmamın (ə) tərəfdaşlarından biri halva hazırlayır, Həzrətdən (ə) istəyir ki, onu yesin. İmam (ə) soruşur ki, nə münasibətlədir? Deyir: "Bu gün Novruzdur”. Həzrət (ə) o halvadan yeyir və buyurur: "Əgər bacarsan, bütün günləri Novruz qərar ver”. İmamın (ə) bu sözlərindən belə başa düşmək olur ki, mömin üçün o gün bayramdır ki, günah işlətməsin. Həzrət (ə) burada həmin şəxsə qeyri-müstəqim şəkildə xitab edərək, buyurur ki, elə iş gör ki, hər gün günah işlətməyəsən.
İmamın (ə) xoş üzü və gülümsəyən dodaqları düşmənləri qıcıqlandırırdı. Müaviyyə Qeys ibni Sədə deyir: "Allah Əbəl Həsənə rəhmət etsin, o, zarafatcıl və məclisi fərəhləndirən idi”. Qeys cavabında dedi: "Bəli, Allahın Rəsulu (s) da öz tərəfdaşları ilə zarafat edər və təbəssüm edərdi. Ancaq sən Müaviyyə bu danışığınla ona itaət etmirsən. Məqsədin onun üçün eyb tutmaqdır. Allaha and olsun ki, o, xoş üzü ilə ac şirdən də heybətli idi. Onun heybəti - təqvası idi. Şamlı alçaqlar üçün sənin heybətin kimi deyil”.
Bunu demək olar ki, zarafat - bəyənilməyən bir əməl deyildir, Peyğəmbərimiz (s), İmamlarımız (ə) da insanları sevindirmək və güldürmək üçün zarafat edərdilər. Zarafatın da başqa əxlaqi üsullar kimi öz qayda və qanunları vardır. Bu qanun odur ki, insanı zarafat vasitəsilə şəxsiyyətini alçaldıb, təhqir etmək olmaz. Zarafat elə bir şeydir ki, onun vasitəsilə qəm qəlbdən çıxar. Bir müddət yaddan çıxar. Ona görə də zarafatı edən zaman onun qanunlarına riayət edək ki, günaha çevrilməsin.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 678 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]