Cümə axşamı, 2024-04-25, 7:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Arzularımızı necə həqiqətə çevirək?
2013-07-23, 5:18 AM

Arzularımızı necə həqiqətə çevirək?

 

  Bütün insanlar fikri və ağlı həddi-büluğa çatdığı gündən bəri özləri üçün hədəf və arzular müəyyən edirlər. Hər biri də bunun üçün səy edir.

Ancaq burada acı bir həqiqət vardır. Çox az insan öz arzu və hədəfinə çata bilər. Qalanları isə ancaq xəyallarında gündüzləri gecə edərlər. Həqiqət budur ki, hər bir insan arzu və istəyinə çatmaq üçün xüsusi qayda və qanunlara riayət etməlidir. Heç kim bu qaydalara əməl etmədən arzusuna çatmamışdır. Və o da aydındır ki, şeytanın hədəfləri qalıcı deyil və fənadır.

 

Həzrət Peyğəmbərdən (s) bizə gələn hədislərdə arzu və hədəfə çatmağın dəyərli yolları tövsiyə edilir. Əgər bu tövsiyələrə əməl etsək, tez bir zamanda öz istəklərimizə çata bilərik.

 

Bu tövsiyələrdən biri təvəkküldür. Allaha təvəkkül hər bir bağlı qapının açarıdır. Bununla yanaşı, mühüm amillər də vardır:

1. Proqramlaşdırma.

2. Səy və çalışma.

3. Təcrübə.

 

Bu üç amil mühüm ola bilər. Ancaq əgər təvəkküldən qafil olarsa, heç bir nəticəyə çıxmaz. Tarixdə bir çox insanların həyatına rast gəlmək olur ki, çətinlik və müşkillərə baxmayaraq, bu qızıl tövsiyəni unutmurlar. Bu müvəffəqiyyət açarının köməyi ilə səadət yolunda irəliləmişdilər.

 

Həzrət Nuh (ə) qəbiləsinin əziyyətləri ilə qarşılaşan zaman ancaq bir cümlə deyir: «Ey mənim qövmüm, əgər mənim (sizin aranızda) qalmağım (və ya peyğəmbərlik işləri ilə məşğul olmağım) və Allahın nişanələrini yada salmağım sizə ağır gəlirsə, (buna görə də məni öldürmək, ya sürgün etmək istəyirsinizsə) mən Allaha təvəkkül etdim. Buna görə də, siz şəriklərinizlə (sizə kömək edəcəklərini sandığınız bütlərlə) birgə öz işinizdə bir qərara gəlin ki, işiniz sizə məchul və örtülü qalmasın. O zaman mənim işimi bitirin və mənə heç bir möhlət verməyin». ("Yunus” 71).

 

Həzrət Yəqub (ə) oğlanlarını Misirə göndərən zaman öz hədəfinə çatmaq üçün deyir: «Ey mənim oğullarım, hamınız bir qapıdan (şəhər darvazalarından və ya Əzizin sarayının qapılarından) daxil olmayın. Müxtəlif qapılardan daxil olun (ki, həsəd edənlərin həsədinə, ya bədnəzərlilərin xətərinə, yaxud saray adamlarının bədgümanlığına düçar olmayasınız). Mən heç vaxt Allah tərəfindən olan bir şeyi sizdən dəf edə bilmərəm. Mütləq hökm və (varlıq aləmi üzərində) hakimiyyət yalnız Allaha məxsusdur. Mən Ona təvəkkül etdim və təvəkkül edənlər gərək yalnız Ona təvəkkül etsinlər». ("Yusif” 67).

 

Peyğəmbərlərin (ə) bir çoxu və İlahi Övliyalar öz hədəflərinə çatmaq üçün həmişə Allaha təvəkkül etmişdilər. Heç bir zaman Onu unutmamışdılar. Quran ayələri və hədislər həyatda qələbə çalmağın mühüm yolunun Allaha təvəkkül olduğunu vurğulayır. Bu, elə bir rəmzdir ki, onunla bütün çətinliklər həll olar.

 

"Həmin o kəslər (üçün) ki, camaat onlara «(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun» dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir»”. ("Ali-İmran” 173).

 

Bəli, həyatda əgər Allaha təvəkkül etsək, nəinki insan hər çətinlikdən qorxmarıq, bəlkə bu çətinliklərlə mübarizə aparmağa qalxarıq. Yəqinliyimiz olar ki, bu mübarizədə qələbə çalacağıq.

 

Çətinliklərin üstünə getmək - qələbə çalmağın mühüm yollarındandır. Loğman oğluna buyurur: "Əziz övladım, Allaha etimad et. İnsanların arasında bir sorgu-sual et və gör ki, kimsə Allaha etimad etmiş və Allah da ona nicat verməmişdir? Əziz övladım! Allaha təvəkkül et və insanların arasında sorgu-sual et və gör ki, kim Allaha təvəkkül etmiş və Allah da yerinə yetirməmişdir”.

 

İmam Əli (ə) buyurur: "Hər kim Allaha təvəkkül edər, çətinliklər ona asan olar”.

Ona görə də bu müqəddəs ayda əllərimizi dua üçün qaldıraq və Allaha təvəkkül edək.

 

(Tebyan/deyerler)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 671 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]