Çərşənbə günü, 2024-04-24, 0:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Allahın insana simvolik məktubu
2013-07-17, 5:45 AM

Allahın insana simvolik məktubu

 

  Bilirəm ki, dəfələrlə qəlbin sıxılmışdır. O qəlb ki, Mən orada qərar tutmuşam. O qədər sıxılır ki, hətta Mənim varlığımı belə unudursan. Ürəyinin sıxılmasının səbəbini özündən soruş. Mən hələ ki, varam və sənin Allahınam. Ruhun Məndəndir. Ancaq Mən istəmirəm ki, sən bu cür qalasan. İstəyirəm ki, dəyişib yaxşı olasan.

 

Qəlbinin sınmasına görə nigaran olma. Şüşə ona görə şüşədir ki, sınar, cinsi dəyişər. Ancaq Mən onu bilirəm ki, Mən - sınmazam.

 

Nigaran olma. Mehriban əlim sənin qəlbini sığallayır.

 

Sənin üçün Mən varam və həmişəlik. Nə zaman ağlasan, mehriban əllərim sənin üstündədir.

 

Biz yuxunu sizə rahatlıq vasitəsi kimi göndərmişik. Sən yatan zaman Mən sənin ruhunu elə qoruyuram ki, təzə qalsın. O gecələri ki, yata bilmirsən, gözlərini oxşayıram. Belə fikirləşirsən ki, tənhasan. Nə zaman tək olsan, Məni xatırlayarsan.

 

Düzdür, sən Məni unutmusan, ancaq Mən sənin hətta barmaqlarının ucunu belə unutmamışam.

 

Mən istəyirəm ki, sən şad olasan. Yəqin ki, sən də bunu istəyə bilərsən. Yəni Mənim razı və şad olmağımı. Ürəyim istəmir ki, səni qəmgin görəm.

 

Ona görə sadəcə Mənə qulaq asmağın kifayətdir.

 

 

(Tebyan/deyerler)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 582 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]