Çərşənbə günü, 2024-04-24, 1:17 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Allahın adını tələffüz etmək insanı stresdən qoruyur
2013-11-02, 11:02 AM

Allahın adını tələffüz etmək insanı stresdən qoruyur


 

 "Musa (öz qövmünə) dedi: «Əgər siz və yer üzündə olanların hamısı Allaha kafir olsanız, yaxud Onun nemətlərinə qarşı nankorluq etsəniz (Ona bir zərər vurmazsınız, çünki) həqiqətən Allah ehtiyacsızdır və sifət və işləri mədh olunandır (ki, mələklər və möminlər Onu dilləri ilə, yaratdıqlarının kamilliyi isə Onu öz halları ilə mədh edirlər)»”. ("İbrahim” 8).

Ariflərdən olan Hacı Abdullah Ənsari deyir: "Əgər varındırsa – ləzzət al. Əgər yoxundursa – istə. Əgər gəlsən - qapı açıqdır, əgər gəlməsən - Allah ehtiyacsızdır”.

İslam dini sonuncu peyğəmbərin dini olduğu üçün daha ətraflı və daha kamil bir dindir. Elm inkişaf etdikcə onun hikmətlərini bir-biri dərk etmək olur. (Tebyan)

Quran bizlərə qəlb rahatlığına çatmaq üçün Allahı daima zikr etməyimizi tövsiyə edir. "O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. ("Rəd” 28).

Allahı müxtəlif yollarla zikr etmək olar ki, bunlardan biri də müqəddəs adlarını dildə zikr etməkdir.

Tədqiqatlar göstərir ki, "Allah” kəlməsini zikr etmək və təkrar etmək ruhu sakitləşdirər. Stress və nigarançılığı insandan uzaq edər. Tədqiqatşı professor bu haqda deyir: "Üç ildir ki, Quran oxuyan müsəlmanların üzərində tədqiqat aparıram və bu nəticəyə gəlmişəm ki, "Allah” kəlməsini zikr etmək, təkrar etmək, hətta eşitmək belə ruhu sakitləşdirər. Stressi insandan uzaqlaşdırar. Eyni zamanda insanın tənəffüsünü nizama salar. Üzərində tədqiq apardığım müsəlmanların bir çoxu psixoloji baxımdan əziyyət çəkirdilər. Mən öz tədqiqatlarımda qeyri-müsəlmanlardan da istifadə etdim və onları Quranı oxumağa vadar etdim. Nəticə yenə də eyni oldu. Gördüm ki, bu kəlmə psixoloji problemləri olan insanlara əlamətdar təsir qoyur. Özüm də təəccübləndim. Tibbi yolla sabit etdim ki, "Allah” kəlməsinin ilk hərfi olan əlif hərfi insanın sinəsinin yuxarısından xaric olar. Bu zaman tənəffüsü tənzim edər. Əgər təkrar olunarsa, tənəffüs daha yaxşı tənzim olar. "Allah” kəlməsinin ikinci hərfi olan lam dilin damağa dəyməsinə səbəb olar. Bu hərf də tənəffüsə təsir qoyar. Ancaq h hərfi ağciyərləri hərəkətə gətirər. Beləliklə ürəyə təsir qoyar. Bu da ürək döyüntülərini tənzim edər”.

 

/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 854 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]