Cümə günü, 2024-03-29, 8:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Allah Təala necə dua etməyimizi istəyir?
2013-08-15, 4:50 AM
Allah Təala necə dua etməyimizi istəyir?


  İslamın böyük Peyğəmbəri (s) Həzrət Muhəmməd (s) Cəbrayildən (ə) və Cəbrayil (ə) də Allah Təaladan nəql edir: "Ey mənim bəndələrim! Hamınız yolunuzu azmısınız, məgər o kəslərdən başqa ki, onlara yol göstərmişəm. Ona görə Məndən hidayət istəyin ki, sizi hidayət edəm. Hamınız ehtiyaclısınız, məgər o kəs ki, onu ehtiyacsız etmişəm. Ona görə Məndən ehtiyacsızlıq istəyin ki, onu sizin ruziniz edəm. Hamınız günahkarsınız, məgər o kəs ki, aqibətini vermiş olam. Ona görə Məndən bağışlanma istəyin ki, sizi bağışlayım”.
Beləliklə Allah Təala buyurur ki, o kəs Mənim bağışlamağa qadir olduğumu bilirsə və Məndən bağışlanma istəyərsə, onu bağışlayaram.
Əgər sizlərdən birincisi və axırıncısı, sizin ölmüş və diri, quru və tərliləriniz bir yerə toplaşarlarsa, bəndənin qəlbini bədbəxtliyə tərəf çəkərsə, Mənim mülkümdən ağcaqanadın qanadı qədər azaltmaz. Əgər bəndənin qəlbini təqva əhli edərsə, Mənim mülkümdə ağcaqanadın qanadı qədər çoxaltmaz. Əgər bu insanlar bir yerə toplaşıb, hər biri arzularını cümlə şəkilidə bəyan edərsə, mülkümdən heç bir şey gözə görünməz. Bu ona bənzəyir ki, sizlərdən biriniz dənizdən keçən zaman ora bir iynə atarsa, bu zaman dənizdən heç bir şey azalmaz. Mən bağışlayan və Qadirəm. O zaman ki, bir şeyi iradə edirəm, ancaq deyirəm ki: Ol! Bu zaman olar. Bu qüdsi hədis İlahi dəvətnamə hesab edilər ki, bəşəri İlahi nemət və Allah rəhmətinə tərəf çəkər.
"İnsan (nəfsinin istəkləri müqabilində) zəif və aciz yaradılmışdır”. ("Nisa” 28).
Zəiflik insanın təbiətində vardır. İnsan öz ehtiyaclarının heç ən azını belə təmin edə bilmir. Onun olan hər bir nemət də Allahdandır. Ancaq insan bunu səmimi qəlbdən etiraf edirmi?
İnsanların əksəriyyəti bu məsələni dərindən dərk edə bilmirlər. Onlar bunu dərk etmirlər ki, insanın sağlamlığı, biliyi, təhlükəsizliyinin hamısı İlahi nemətdir. Çünki insan bu dünyaya gəlməmişdən qabaq bir heç idi. "İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın? (Bəli, onun ilk maddəsinin formalaşmağa başladığı zamandan insan şəklinə düşdüyü və ruhun ona üfürüldüyü zamanadək, müxtəlif dövrlər olmuşdur. Bu, dövrdə o insan adlandırılacaq şəkildə olmamışdır). Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək. Nəhayət onu eşidən və görən bir varlıq etdik”. ("İnsan” 1-2).
İnsan başdan-başa ehtiyac və günah içindədir. Allahı çağırmaqdan və Ondan istəməkdən başqa çarəsi yoxdur. İnsan heç bir zaman iddia edə bilməz ki, övladları, mal-dövləti, sağlamlığı ancaq onun özünün əldə etdiyi şeylərdir. Bu nemətləri verən Sübhan Allahdır və istəyən zaman da bu nemətləri geri alır. İnsan Allahın ona verdiklərinə görə sevinməməlidir. Əlindən gedənlərə görə qəmgin olmamalıdır. Allahdan ümidini üzməməlidir. İnsan dua vasitəsilə bu nemətləri Allahdan istəyə bilər. Allah da bizim istədiklərinimizi bizə verməyə qadirdir.
Bizim əllərimiz həmişə Allaha tərəf uzanmalıdır. Ona görə də ixtiyarımızda olanlarla iftixar etməyək. Çünki Allah hər dəqiqə onu bizdən geri ala bilər. O şey ki, bizdə yoxdur ona görə ümidsiz olmayaq və Allah hər dəqiqə onu bizə verə bilər. Bir şeyi əldən verən zaman ümidsiz olmamışdan qabaq səbir etməliyik. O zaman ki, bir şey əldə edirik məğrur olmaq yerinə şükür etməliyik. "(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. ("Hədid” 23).
Bizim bu dünyada malik olduqlarımızın hamısı Allahın əmanətidir. Eləcə də bədən üzvlərimiz. O zaman ki, bu həqiqəti dərk etdik qəlbimiz Allaha tərəf üz çevirər. Ondan daha çox fəzl və nemət istəyər.
Bəzi imanlı insanlar Allahı çağırırlar, ancaq duaları yerinə yetməz. Allahın sonsuz rəhmətindən dəyərsiz şeylər istəyərlər. Ona görə də Allah onların bu dualarını dünyada yerinə yetirməyəcəkdir. Ancaq əvəzini axirətdə bir neçə bərabər verəcəkdir.
İmam Cəfər Sadiq (ə) buyurur: "Dua edin ki, dua kimisi yoxdur. Onun vasitəsilə yaxınlaşın. Kiçik hacəti kiçikliyinə görə boş buraxmayın. Onu da istəyin, çünki o kəsin ki, kiçik hacəti var, böyük hacəti də vardır”.
Allah insana böyük nemətlər əta edər. Kiçik nemətlər də verər.
Duanın şərtləri vardır:
1. Dua ictimai və ailə rabitələrinə mənfi təsir etməməlidir. İnsan məsələn, dua etsə ki, Allah filankəsdən intiqam alsın, bu duası yerinə yetməz. Bu, ailə rabitələrinin kəsilməyinə səbəb olar.
2. Etdiyin dua günah olmasın. Məsələn insan Allahdan ona yalan danışmağa imkan verməyi istəməməlidir. Ya da hansısa günaha səbəb olacaq şey istəməməlidir. Aydındır ki, bu dua yerinə yetməyəcəkdir. Beləliklə, insan hər etdiyi duasına görə zərər görməz. Nə baş verirsə, onun xeyrinədir. Ancaq insanların əksəriyyəti duaya etina etmirlər. Hətta namazlarını qıldıqlarıan zaman belə dua etmirlər, sanki heç bir duaları yoxmuş kimi.
Biz gərək Allahı həmişə çağıraq. Dua əllərimizi həmişə Ona tərəf çevirək və Ondan bəla və müsibəti bizdən uzaqlaşdırmasını istəyək.
Biz nəinki özümüz dua etməli və həm də mömin bacı və qardaşlarımızdan bizim üçün dua etmələrini istəməliyik. Çünki möminin qardaşı üçün etdiyi duaları qəbul olar.
İmam Əli (ə) buyurur: "Kiminsə duasını kiçik hesab etməyin. Çünki yəhudinin sizin üçün etdiyi dua qəbul olar. Özü üçün etdiyi dua qəbul olmaz”. Bu hədisdən görmək olur ki, hətta yəhudinin müsəlmana görə etdiyi dua belə qəbul olar. Halbuki, yəhudinin özü üçün etdiyi dua qəbul olmur.
Beləliklə, Allahın rəhmət qapısının daima üzümüzə açıq olduğunu öyrəndik və bildik ki, bizim bu dünyada malik olduğumuz hər şey Allahdandır və Onun nemətidir. Əgər bu dünyada və ya axirətdə nəyisə istəyiriksə, ancaq Allahdan istəməliyik və Ona dua etməliyik. Çünki, dualarımıza tək cavab verəcək varlıq - Böyük və Qadir Allahdır.
tebyan

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 760 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]