Cümə günü, 2024-04-19, 9:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Allah Təala hansı peşəni bəyənir?
2013-08-16, 5:16 AM
Allah Təala hansı peşəni bəyənir?

 İslam dinində peşə və sənət ən müqəddəs məsələlərdəndir və hətta ibadət belə sayılır. İslam dini həmişə ardıcıllarını iş görməyə, zəhmətə çəkmətə təşviq etmişdir.
Allah yerdə və göydə olan İlahi nemətlərdən halal ruzi qazanmaq üçün istifadə etməyi mədh edir və bəyənir. Bu insanları Allah yolunda cihad edənlərə bərabər tutar. Ancaq tənbəl və səhlənkar insanları həmişə məzəmmət etmişdir.
"Həqiqətən sizə yer üzündə imkan və (onun bəxşişlərindən istifadə) qüdrət(i) verdik və sizin üçün yaşayış vasitələri hazırladıq, amma siz çox az şükür edirsiniz”. ("Əraf” 10).
 
"Sizin və müsafirlər üçün bəhrələnmək vasitəsi olsun deyə, sizə (ehram halında olarkən) dənizdən ov ovlamaq və ondan yemək halal edildi”. ("Maidə” 96).
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, ailəsinin yaşayışını idarə etmək üçün çalışar, o kəs kimi olar ki, Allah yolunda cihad edər”.
 
İmam Əli (ə) çox zaman əkinçilik, bağbanlıq, quyu qazmaq, su daşımaq kimi ağır işlərlə məşğul olardı. Həzrətin (ə) əlləri çox zaman qabarlı olardı. Onun nəzərinə görə bir işdə müvəffəqiyyət qazanmaq üçün bir neçə şərt lazımdır.
 
1. İşin əhkamını öyrənmək. İmam (ə) buyurur: "Ey tacir, əvvəl ticarət əhkamını öyrən, sonra ticarət et”. "Hər kim elmi olmadan ticarət edərsə, sələm dərəsinə düşər ki, ondan çıxa bilməz”.
 
2. Namuslu və düzgün olmaq. İmam (ə) buyurur: "Allah namuslu sənətkarı sevər”.

3. Diqqət və keyfiyyət. İmam (ə) buyurur: "Heç bir zaman səy etmə ki, bir işi əcələ ilə sona çatdırasan. Bəlkə çalış ki, onu yaxşı şəkildə yerinə yetirəsən. İnsanlar soruşmaz ki, nə qədər vaxtda bu işi görmüsən? Bəlkə onun keyfiyyətinə görə sual verərlər”.
 
İmam Sadiq (ə) səhabələrindən birinin harada olduğunu soruşur deyirlər ki, evdə ibadətlə məşğuldur. Həyat xərcini isə bəzi müsəlmanlar təmin edirlər. Həzrət (ə) buyurur: "Allaha and olsun ki, o kəs ki, onun həyat ehtiyacını təmin edər, ondan ibadətkardır”.
 
O kəs ki, ibadət bəhanəsi və ya tənbəlliyinə görə başqalarına zəhmət verərsə, Peyğəmbərin (s) lənətinə tuş gələr. İmam Sadiq (ə) açıq şəkildə buyurur: "O kəs ki, ruzi qazanmağı tərk edər, dua üçün ağzını açar, deyər ki, "Allahım, mənim ruzimi çatdır”, mən ondan narazı və narahatam”.
Bir nəfər İmam Sadiqdən (ə) istəyir ki, Allaha dua etsin ki, onun ruzisini rahatlıqla çatdırsın. İmam (ə) onun bu istəyini rədd edir və buyurur: "Sizin üçün dua etmirəm. Necə ki, Allah Təala sənə əmr etmişdir ki, öz ruzini axtar!”.
 
Dua etmək iş görmək demək deyildir.
Dua etmək iş görmək demək deyildir, bəlkə onu təkmil edəndir. İmam Əli (ə) dəfələrlə buyurur ki, o kəsin ki, ixtiyarında su və torpaq vardır, ancaq yoxsuldursa, deməli Allahın rəhmətindən uzaq düşmüşdür.
Ona görə də peşəmiz və sənətimiz hər nə olursa-olsun, əsas olan odur ki, halal iş olsun, çalışaq və zəhmət çəkək, tənbəllik etməyək.
 
(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 623 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]