Allah insanı heç zaman azdırmaz - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-03, 2:40 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Allah insanı heç zaman azdırmaz
2013-10-22, 8:33 AM
Allah insanı heç zaman azdırmaz
 
Əgər insan zəlalət yolunu seçərsə, şübhəsiz ki, ona uyğun nəticələr də görəcəkdir. Başqa sözlə desək, hər kim fəsad yolunu seçərsə, Allah onu bu yolda qərar verər. "(Allah) onunla ancaq fasiqləri azdırır”. ("Bəqərə” 26).
«Şübhəsiz, Allah (möcüzəni hikmət və məsləhət əsasında göndərir, buna görə də haqqı qəbul etməyənlərdən) istədiyi şəxsi azğınlıqda boşlayır və Ona tərəf qayıtmış şəxsi hidayət edir». ("Rəd” 27).
"Allah (iman gətirib) Onun razılığına tabe olanları o (nur və kitabın) vasitəsilə (üsulid-din və füruid-dinin yolu olan) salamatlıq yollarına hidayət edir, onları Öz köməyi ilə qaranlıqlardan (küfr, nifaq və itaətsizlik zülmətlərindən) nura tərəf çıxardır və doğru yola hidayət edir”. ("Maidə” 16).
"Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. ("Ənkəbut” 69).
Bəzi ayələrin zahirindən nadan insanlar belə bir nəticə çıxardırlar ki, Allah insanları yolundan azdırır. Məgər bu, mümkündürmü? Allah insanı hidayət etməsi üçün bu qədər peyğəmbər və səma kitabları göndərmişdir. Belə olan halda Özü insanları yolundan azdıra bilərmi?! (Tebyan)
Ona görə də bu ayələrin mənası belədir ki, insan öz ixtiyarı ilə bu yolu seçər və Allah da onun üçün hidayət və nicat qapılarını bağlayar.
Belə bir misala nəzər salaq: Evə bir oğru girir və oğurluq üçün zirzəminə gedir. Ancaq ev sahibi başa düşür və qapını üzünə bağlayır. Polisə xəbər verir. Ev sahibi onu giriftar edir və yolu üzünə bağlayır. Ancaq bu əməl oğrunun öz hərəkətinin cəzasıdır.
Bəli, insan özü pis yolu seçir və Allah da onu həmin yolda həbs edir. "Bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edənlər Allahın və iman gətirmiş kəslərin yanında böyük qəzəbə və nifrətə düçardırlar. Allah zorakı təkəbbür sahibinin qəlbinə beləcə bütünlüklə (bədbəxtlik) möhür(ü) basır”. ("Ğafir” 36). "Allah ona (onların qəlblərinə) küfrlərinə görə (bədbəxtlik) möhür(ü) vurmuşdur”. ("Nisa” 155). "Dedilər: «Nəsihət etsən də,öyüd verənlərdən olmasan da bizim üçün birdir»”. ("Şüəra” 136).
İmam Rza (ə) buyurur: "Allah məkr və istehza əhli deyildir. Ancaq məkrin və istehzanın cəzasını verər”.
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 219 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]