Çərşənbə axşamı, 2024-04-23, 9:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin təfsiri

“Fatihə” surəsinin təfsirlərindən biri
2012-12-06, 5:43 PM
"Fatihə” surəsinin təfsirlərindən biri

"Fatihə" surəsinin bütün ayələri iki mənaya qayıdır. ( الْحَمْدُ لِلَّهِ‏]: Həmd iki həmddir. Biri İlahi səfətlərə və o birisi isə nemətlərə. Biri vasitəyə və o biri isə vasitəsizə aid həmddir.
[رَبِّ الْعالَمِينَ‏]: Aləm iki aləmdir. Biri bəqa aləmi və o birisi isə fəna aləmi.

[الرَّحْمنِ الرَّحِيمِ‏]: Rəhmət iki rəhmətdir. Biri dünyada və o birisi isə axirətdə. Biri bütün xəlqlərə aiddir və o birisi isə xüsusi möminlərə.

[مالِكِ يَوْمِ الدِّينِ‏]: Cəzadır və cəza iki şeydir. Biri vəfada və o birisi isə ricada. Ya biri suğra rəcətində və o birisi isə kübra rəcətində.

إِيَّاكَ نَعْبُدُ]: İbadət iki ibadətdir. Biri gizli və o birisi aşkar. Ya biri icra edilən ibadətdir və o biri isə müxlislərin ibadətidir.

[إِيَّاكَ نَسْتَعِينُ‏]: Kömək iki mərhələdə olur: biri dünya işlərinə kömək etməkdir və o birisi isə cəza günü üçün kömək diləməkdir.

[اهْدِنَا]: Hidayət iki mərhələdə olur: biri zahiri hidayətdir və o birisi isə mənəvi hidayətdir.

[الصِّراطَ]: İki sirat vardır: biri səadət əhlinin siratıdır və o birisi isə bədbəxtlərin yoludur.

[الْمُسْتَقِيمَ‏]: Müstəqim düz yoldur, düz yol da iki yoldur: biri din əhlinin yoludur və o birisi isə təriqət əhlinin. Biri qısa yoldur və o birisi isə uzun.

[أَنْعَمْتَ عَلَيْهِمْ‏]: İki firqədir: biri peyğəmbərlərdir və o birisi isə övliylardır.

[غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَ لَا الضَّالِّينَ‏]: Zalımlardır və onlar da iki qrupdur: biri bəni-israil ümməti və o birisi isə nəsranilərdir.

Ya biri zalım alimlərdir və o birisi isə ona tabe olan dinsizlərdir.



(Erfan/ Deyerler.org)
Category: Surələrin təfsiri | Added by: Ənfal
Views: 1420 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/1
Total comments: 3
0  
3 EHLI-BEYT_ASIQI   (2012-12-22 3:09 PM) [Daxil et]
[الرَّحْمنِ الرَّحِيمِ‏]: Rəhmət iki rəhmətdir. Biri dünyada və o birisi isə axirətdə. Biri bütün xəlqlərə aiddir və o birisi isə xüsusi möminlərə.
ALLAH RAZI OLSUN.TWK.....

0  
2 GADİR   (2012-12-10 12:03 PM) [Daxil et]
Salam aleykum. Qur`an möcüzəsi
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
"HƏQİQƏTƏN BU QUR`ANİ BİZ NAZİL ETDİK VƏ ŞÜBHƏSİZ ONU BİZ QORUYARİQ!
http://video.day.az/view=7q3mfpyk

0  
1 GADİR   (2012-12-07 8:25 AM) [Daxil et]
Salam aleykum.Allah razi olsin Sizdən.
Hər zaman heyranam "Həmd" surəsinin sirlərinə, və bir hədis diqqətinizə şatdirmaq istərdim.
Bismillahir-Rəhmanir-Rəhim.
Perygəmbər(s.ə.s)buyurur;
-Allah-Təala buyurur:Mən fətihə surəsini özümlə bəndələrin arasinda bölüşdürmüşəm,onun yarsi mənim, yarsiisə bəndələrimindir və istədii şeylər onunçundur.
Bəndə, Bismillahir-Rəhmanir-Rəhim deyəndə,Allah buyurur,bəndə Mənim adimla bashladi,Mənə vacibdirki onun işlərini axira çatdirib tamamliyim
və onun işlərini bərəkətli edim.
Bəndə, Əlhəmdulillahi Rəbbil Aləmin deyəndə,Allah buyurar,bəndəm həmd eddi və bilirki ona verilən neymətlər Mənim tərəfimnəndir və ona baş verən bəlalarin aradan qalxmasi Mənim minnət və neymətimdir, siz mələkləri şahid tuturamki Mən bəndəmin axirət neymətlərini dünya neymətlərinə alavə edirəm və axirət bəlalarini ondan dəf etdiyim kimi dünya bəlalarinda ondan uzaq edirəm.
Bəndə, Ər-Rəhmanir-Rəhim cumləsini oxuyanda,Allah-Təala buyurur, bəndə Mənim rəhman və rəhim olmağima şahədəd verdi, Məndə sizi şahid tuturamki onun öz rəmətimdən olan payini artiram və öz atalarindan olan nəsibini əta edəm.
Bəndə, məliki-yauvmiddin deyəndə Allah-Təala buyurar, Mən sizi şahid tuturamki o mənim giyamət gününün sahibi olmağimi etiraf etdiyi kimi, Məndə onun hesab günü hesab kitabini hasand tutacağam onun yaxşi əməllərini qəbul edib günahlarindan keçəcəyəm.
Bəndə, İyyəkə`nə`budu cumləsini deyəndə, Allah buyurar,bəndəm düz deyir, o yalniz Mənə ibadəd edir, Mən sizi şahid tuturamki bu bəndəmin ibadəti üçün ogədər savab verəcəyəmki ibadədlə onunla müzalif olanlar onun savabina gibtə edsinlər.
Bəndə, və iyyəkə nəstə`in deyəndə, Allah buyurur,
bu bəndə Məndən kömək istəyib Mənə siğindi, Mən sizi şahid tuturamki işlərində ona kömək edəcəyəm və çətinliklərdə onu himayyəm altinda qərar verərəm və qiyamət günündə onun əlindən tutub behişdə daxil edəm.
Bəndə, İhdinas-siratəl-müstəqim, deyib "Həmd" surəsini axirə qədər oxuyanda.Allah-Təala buyurar,
bu Mənim bəndəmdir, onun istədiylərini ona əta edirəm onun dualarini qəbul edib arzu etdiklərini əta etdim və qorxduğu şeydən aman verirəm!

Salam aleykum və rəhmətullahi və bərəkətuh

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]