Cümə axşamı, 2024-03-28, 4:17 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 8:54 PM
NƏ ÜÇÜN ŞİƏLƏR TÜRBƏTƏ SƏCDƏ EDİRLƏR?

Cavab: Bəziləri belə təsəvvür edir ki, şəhidlərin türbətinə, yaxud da adi torpaqa səcdə etmək ona pərəstiş etmək mənasınadır və bir növ şirk sayılır.
Bu sualın cavabında qeyd etməliyik ki, "əs-sücudu lillah” və "əs-sücudu ələl-ərz” ifadələri arasında aydın fərqlər vardır. Qeyd olunan sual göstərir ki, bəziləri bu iki ifadə arasında heç bir fərq qoya bilməmişlər. Şübhəsiz, "əs-sücudu lillah” cümləsinin mənası "səcdə Allah üçündür” deməkdir, halbuki "əs-sücudu ələl-ərz”in mənası budur ki, səcdə yerə edilməlidir. Başqa sözlə desək, biz torpağa səcdə etməklə Allah qarşısında səcdə edirik və ümumiyyətlə bütün dünya müsəlmanları müəyyən bir şeyin üzərinə səcdə edirlər. Halbuki onların səcdələri Allah üçündür. Allah evinin bütün ziyarətçiləri Məscidul-Həramın daşlarına səcdə edirlər, onların əsas hədəfi də Allaha səcdə etməkdir.
Deməli torpağa, bitkiyə və s. kimi şeylərə səcdə etməyin mənası onlara pərəstiş etmək deyil, əksinə Allah üçün səcdə etmək və Allahın hüzurunda bəndəçilik izhar etməkdir. Eləcə də aydın olur ki, "türbətə səcdə etmək”, "türbət üçün səcdə etmək”dən başqadır. Digər tərəfdən Allah-Taala buyurur:
وَلِلّهِ يَسْجُدُ مَنْ فِي السَّمَاوَاتِ وَالاَرْض
 ""Göylərdə və yerdə olanların hamısı Allah üçün səcdə edir.” (Rəd” surəsi, ayə:15 )
Peyğəmbəri Əkrəm (s.ə.v.v) buyurur:
جُعِلَتْ لِيَ الآَرْضُ مَسْجَدًا وَ طَهُورًا
"Torpaq (yer) mənim üçün səcdəgah və pakizəlik vasitəsi qərar verilmişdir.” ("Səhihi Buxari”, Səlat kitabı, səh.91)
Deməli Allah üçün səcdənin türbətə və yerə səcdə ilə nəinki heç bir ziddiyyəti yoxdur, əksinə tamamilə uyğun bir işdir. Çünki torpağa və bitkiyə səcdə etmək Allah qarşısında bəndəçiliyin son həddini göstərir.
Şiənin nəzəriyyəsinin daha aydın olması məqsədilə imam Sadiq (ə)-ın dəyərli kəlamını qeyd edirik:
عَنْ هُشَامِ بْنِ الْحَكَمِ قَالَ قُلْتُ لِاَبِي عَبْدِ اللّهِ عليه السلام اَخْبِرْنِي عَمَّايَجُوزُ السُّجُودُ عَلَيْهِ وَ عَمَّا لَا يَجُوزُ؟ قَالَ اَلسُّجُودُ لَا يَجُوزُ اِلاَّ عَلَي الآَرْضِ اَوْ مَا اَنْبَتَتِ الآَرْضُ اِلاَّ مَا اُكِلَ وَ لُبِسَ فَقُلْتُ لَهُ جُعِلْتُ فِدَاكَ مَا الْعِلَّةُ فِي ذلِكَ؟ قَالَ لِاَنَّ السُّجُودَ هُوَ الْخُضُوعُ لِلّهِ عَزَّوَ جَلَّ فَلَا يَنْبَغِي اَنْ يَكُونَ عَلَي مَا يُؤْكَلُ وَ يُلْبَسُ لِاَنَّ اَبْنَاءَ الدُّنْيَا عَبِيدُ مَا يَاْكُلُونَ وَ يَلْبِسُونَ وَ السَّاجِدُ فِي سُجُودِهِ فِي عِبَادَةِ اللّهِ عَزَّ وَ جَلَّ فَلَا يَنْبَغِي اَنْ يَضَعَ جَبْهَتَهُ فِي سُجُودِهِ عَلَي مَعْبُودِ اَبْنَاءِ الدُّنْيَا الَّذِينَ اغْتَرُّوا بِغُرُورِهَاوَالسُّجُودُ عَلَي الآَرْضِ اَفْضَلُ لِاَنَّهُ اَبْلَغُ فِي التَّوَاضُعِ وَ الْخُضُوعِ لِلّهِ عَزَّوَجَلَّ
Hüşam ibni Həkəm deyir: imam Sadiq (ə)-dan üzərinə səcdə edilməsi səhih olan şeylər barəsində soruşduqda, buyurdu: "Səcdə yalnız yerə və ondan cücərənlərə – yeməlilərdən və geyməlilərdən başqa – edilməlidir.” Dedim: "Sənə fəda olum, bunun səbəbi nədir?” Buyurdu: "Səcdə Allah üçün itaət və bəndəçilik əlamətidir və yeməlilərin və içməlilərin üzərinə edilməsi layiq deyildir. Çünki dünyapərəstlər yemək və geymək qullarıdır, halbuki insan səcdə zamanı Allaha pərəstiş edir, deməli öz alnını dünyapərəstlərin məbudu olan, onların məftun olduqları şeylərin üzərinə qoyması yaxşı deyildir. Torpağa səcdə edilməsi daha yüksək və daha yaxşıdır, çünki böyük Allahın müqabilində bəndəçilik və xüzu etməklə daha münasibdir.” ( "Biharul-ənvar”, cild, 85 səh.147 "İləluş-şəraye”dən nəqlən )
Bu kəlam göstərir ki, səcdə yalnız ona görə torpağa edilməlidir ki, bu iş yeganə Allahın müqabilində bəndəçilik və xüzu ilə tam uyğundur.
Burada başqa bir sual yaranır ki, şiələr nə üçün yalnız torpağa və bəzi bitkilərə səcdə etməyi caiz bilir, amma hər bir şeyə səcdə etməyi caiz bilmirlər?
Cavabda deməliyik ki, bir ibadətin özü müqəddəs islam şəriətinin tərəfindən gəldiyi kimi, onun şərtləri, hissələri və yerinə yetirilmə qaydası da Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in tərəfindən, onun sözü və ya rəftarı ilə bəyan edilməlidir. Çünki Qurani-Kərimin hökmünə görə Peyğəmbər (s.ə.v.v) təqvalı insanların hamısına nümunədir. İndi Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in əməl və rəftarını göstərən hədislərdən bəzilərini qeyd edirik. Belə ki, onların hamısı Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in həm torpağa, həm də ondan cücərən şeylərə səcdə etməsini göstərir. Bu da eynilə şiələrin inancından ibarətdir:
İslam mühəddislərindən bir qrupu "Səhih” və "Müsnəd” kitablarında Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in, torpağı özü üçün səcdəgah təqdim etməsini göstərən sözünü bəyan etmişlər:
جُعِلَتْ لِيَ الآَرْضُ مَسْجَدًا وَ طَهُورًا
"Torpaq mənim üçün səcdəgah və paklıq səbəbi qərar verilmişdir.” ( 
"Sünəni Beyhəqi”, 1-ci cild, səh.212, "Səhihi Buxari”, 1-ci cild, kitabus-səlat, səh.91, "İqtizaus-siratul-mustəqim” (ibni Teymiyyə), səh.332  
)
Bu hədisdəki şəriət qanunu mənasını ifadə edən "cuilə” (qərar verilmək, qanun halına salınmaq) kəlməsindən aydın olur ki, bu, islam dini ardıcılları üçün ilahi bir hökmdür. Deməli səcdənin torpağa, daşa və yer səthini təşkil edən sair hissələrə səcdə edilməsinin qanuni bir iş olması sübuta yetir.
2-Rəvayətlərdən bir qrupu göstərir ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) müsəlmanlara, səcdə zamanı alınlarını torpağa qoymasını əmr etmişdir. Belə ki, Ümmü Sələmə (Peyğəmbər (s.ə.v.v)-in zövcəsi) o həzrətin belə buyurduğunu nəql edir:
تَرِّبْ وَجْهَكَ لِلّهِ
"Üzünü (səcdədə) Allah üçün torpağa qoy.” ("Kənzul-ummal”, 7-ci cild, Hələb çapı, səh.465, 19809-cu hədis)
Peyğəmbər (s.ə.v.v)-in kəlamındakı (əmr formasında olan) "tərrib” ifadəsindən iki məsələ aydın olur:
a) İnsan səcdə zamanı öz alnını türbətin üzərinə – torpağa qoymalıdır.
b) Bu əməl, ona əmr edildiyi üçün icra olunması vacib olan bir fərmandır, çünki tərrib kəlməsi "turab” kökündən alınmış və əmr formasında bəyan edilmişdir.
3-Bu barədə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in davranışı müsəlmanların yolunu açaq-aşkar bəyan edir. Vail ibni Həcər deyir:
رَاَيْتُ النَّبِيَّ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ اِذَاسَجَدَوَضَعَ جَبْهَتَهُ وَاَنْفَهُ عَلَي الآَرْضِ
"Peyğəmbəri Əkrəm (s.ə.v.v) səcdə edərkən alnını və burnunu torpağa qoyurdu.” ("Əhkamul-Quran” (Cəssas Hənəfi), 3-cü cild, səh.209, Beyrut çapı)
Ənəs ibni Malik, ibni Abbas, eləcə də Peyğəmbər (s.ə.v.v)-in həyat yoldaşlarından Ayişə və Ümmü Sələmə, həmçinin mühəddislərdən çoxu belə rəvayət etmişlər:
كَانَ رَسُولُ اللّهِ ¸ يُصَلِّي عَلَي الْخُمْرَةِ
"Peyğəmbər (bir növ həsir olan və xurma lifindən toxunan) xümrəyə səcdə edirdi.” ("Sünəni Beyhəqi”, 2-ci cild, səh.421, Kitabus-səlat)
Peyğəmbər (s.ə.v.v) səhabələrindən olan Əbu Səid deyir:
دَخَلْتُ عَلَي رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ وَ سَلَّم وَ هُوَ يُصَلِّي عَلَي حَصِيرٍ
"Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in hüzuruna getdim, halbuki o, həsirə namaz qılırdı.” ( 
"Sünəni Beyhəqi”, 2-ci cild, səh.421  
)
Bu söz şiənin səcdənin torpaqdan cücərən, amma yeməli və içməli olmayan şeylərə caiz olması ilə əlaqədar nəzəriyyəsinə aşkar bir dəlildir.
4-Peyğəmbər (s.ə.v.v)-in səhabə və tabeinlərinin əməl və rəftarı da o həzrətin sünnəsinə dəlalət edir. Cabir ibni Əbdüllah Ənsari deyir:
كُنْتُ اُصَلِّي الظُّهْرَ مَعَ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم فَآخُذُ قَبْضَةً مِنَ الْحِصَاءلِتَبْرُدَ فِي كَفِّي اَضَعُها لِجَبْهَتِي اَسْجُدُ عَلَيْها لِشِدَّةِ الْحَرِّ
Zöhr namazını Peyğəmbər (s.ə.v.v)-lə qılırdım. Bir ovuc çınqıl götürüb əlimdə saxladım ki, soyusun və səcdə zamanı alnımı onların üzərinə qoyum. Bu da kəskin isti olduğuna görə idi.”
Ravi sonra əlavə edir: "Əgər bədənində olan libasa səcdə etmək caiz olsaydı bu iş daş parçalarını götürüb soyutmaqdan daha asan olardı.” ( "Sünəni Beyhəqi”, 1-ci cild, səh.439, Kitabus-səlat, babu ma ruviyə fittəcili biha fişiddətil-hər )
İbni Səd (209-cu ildə vəfat edib) özünün "Ət-təbəqatul-kubra” adlı kitabında belə yazır:
كَانَ مَسْرُوقٌ اِذَا خَرَجَ يَخْرُجُ بِلبْنَةٍ يَسْجُدُ عَلَيْهَا فِي السَّفِينَةِ
"Məsruq ibni Əcdə səfər zamanı özü ilə bir kərpic aparırdı ki, gəmidə onun üzərinə səcdə etsin.” ( 
"Ət-təbəqatul-Kubra”, 6-cı cild, səh.79, Məsruq ibni Əcdəin həyatı.  
)
Qeyd olunmalıdır ki, Məsruq ibni Əcdə Peyğəmbər (s.ə.v.v)-in tabeinlərindən və ibni Məsudun səhabələrindən idi. "Təbəqatul-kubra” kitabının müəllifi onu Kufə əhlinin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən sonra birinci təbəqəsində, eləcə də Əbu Bəkr, Ömər, Osman, Əli və Əbdüllah ibni Məsuddan rəvayət edən şəxslər cərgəsində qeyd etmişdir.
Bu söz səcdə etmək üçün özü ilə birlikdə torpaq, türbət və daş parçası aparanların işini şirk və bidət hesab edənlərin sözlərinin əsassız olduğunu isbat edir və göstərir ki, islam tarixinin önündə gedən şəxslər də bu işi görmüşlər. (Digər şahidlərdən əlavə məlumat almaq üçün Əllamə Əmininin "Sirətuna” kitabına müraciət edə bilərsiniz.)
Nafe deyir:
اِنَّ ابْنَ عُمَرَ كَانَ اِذَا سَجَدَ وَ عَلَيْهِ الْعِمَامَةُ يَرْفَعُهَا حَتَّي يَضَعَ جَبْهَتَهُ بِالآَرْضِ
"Əbdüllah ibni Ömər səcdə edərkən alnındakı parçanı kənara çəkirdi ki, öz alnını torpağa qoysun.” ("Sünəni Beyhəqi”, 2-ci cild, səh.105)
Rəzin deyir:
كَتَبَ اِلَيَّ عَلِيُّ ابْنُ عَبْدِ اللّهِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللّهُ عَنْهُ اَنِ ابْعَثْ اِلَيَّ بِلَوْحٍ مِنْ اَحْجَارِ الْمَرْوَةِ اَسْجُدْ عَلَيْهِ
Əli ibni Əbdüllah ibni Abbas mənə yazdı: "Mərvə dağının daşlarından bir parçasını mənim üçün göndər ki, ona səcdə edim.” ( "Əxbaru Məkkə”, 3-cü cild, səh.151)
5-Digər tərəfdən, islam mühəddislərinin nəql etdikləri bəzi rəvayətlər Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in səcdə zamanı öz alınlarındakı parçanı alınları ilə yer arasında qoyan şəxslərin işini qadağan etməsini göstərir. Saleh Səbai deyir:
اِنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم رَاَي رَجُلاً يَسْجُدُ بِجَنْبِهِ وَ قَدِ اعْتَمَّ عَلَي جَبْهَتِهِ فَحَسَرَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم عَنْ جَبْهَتِهِ
"Peyğəmbər (s.ə.v.v) bir şəxsi öz yanında səcdə halında müşahidə etdiæ o, öz alnına əmmamə bağlamışdı. Peyğəmbər (s.ə.v.v) əmmaməni onun alnından kənara çəkdi.” ("Sünəni Beyhəqi”, 2-ci cild, səh.105)
Əyaz ibni Əbdüllah Qurəşi deyir:
رَاَي رَسُولُ اللّهِ ¸رَجُلاً يَسْجُدُ عَلَي كُورِ عِمَامَتِهِ فَاَوْمَاَ بِيَدِهِ اِرْفَعْ عِمَامَتَكَ وَ اَوْمَاَ اِلَي جَبْهَتِهِ
"Rəsuli Əkrəm (s.ə.v.v) bir kişini səcdə halında gördüæ o, öz əmmaməsinin küncünə səcdə edirdi. Ona işarə etdi ki, əmmaməni kənara çəksin və bu zaman onun alnına işarə etdi.” ("Sünəni Beyhəqi”, 2-ci cild, səh.105)
Bu rəvayətlərdən aydın olur ki, yerə, torpağa səcdə etmək Peyğəmbər (s.ə.v.v)-in dövründə də inkarolunmaz və gün kimi aydın olan məsələlərdən biri idi. Hətta əgər müsəlmanlardan biri əmmaməsinin bir ucunu alnı ilə yerin arasına qoyaraq alnını yerə yapışdırmırdısa Peyğəmbər (s.ə.v.v) bu işi qadağan edirdi.
6-”Səqəleyn” hədisinə əsasən Qurandan heç vaxt ayrılmayan, digər tərəfdən də Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in Əhli-beyti sayılan şiələrin məsum rəhbərləri də öz kəlamlarında bu həqiqətə işarə etmişlər. İmam Sadiq (ə) buyurur:
اَلسُّحُودُ عَلَي الآَرْضِ فَرِيضَةٌ وَ عَلَي الْخُمْرَةِ سُنَّةٌ
"Yerə səcdə etmək Allahın hökmü, həsirə səcdə etmək Peyğəmbər (s.ə.v.v)-in sünnəsidir.” ( 
"Vəsailuş-şiə”, 3-ci cild, səh.593 Kitabus-səlat ma yəscudu ələyhim babı 7-ci hədis  
)
Başqa bir hədisdə buyurur:
اَلسُّحُودُ لَايَجُوزُ اِلاَّ عَلَي الآَرْضِ اَوْ عَلَي مَا اَنْبَتَتِ الآَرْضُ اِلاَّ مَا اُكِلَ وَ لُبِسَ
"Səcdə yalnız yerdən göyərən, amma yeməli və geyilməli olmayan şeylərə caizdir.”  ( 
"Vəsailuş-şiə”, 3-cü cild, səh.593, ma yuscədu ələyh, babı 7-ci hədis  
)
NƏTİCƏ:
Qeyd olunan dəlillərdən aydın olur ki, təkcə Əhli-beytin rəvayətləri deyil, eləcə də Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in sünnəsi, o həzrətin səhabələri və tabeinlərinin rəftar və əməlləri səcdənin yer və ondan cücərən şeylərin (yeyilməli və geyilməlilərdən başqa) üzərinə səcdə etməyin zərurətinə şəhadət verir.
Bundan əlavə, qeyd olunan şeylərin üzərinə səcdə etmək caizdir, halbuki sair şeylərə səcdə etməyin caiz olması şübhəli və ixtilaflıdır, deməli nicat və qurtuluş yolu olan ehtiyatın tələbinə görə yaxşı olar ki, səcdə zamanı həmin qeyd olunan şeylərlə kifayətlənsin.
Bunu da qeyd etmək lazımdır ki, bu, fiqhi bir məsələdir və bu kimi fəri məsələlərdə islam fəqihləri arasındakı fikir ayrılığı çox gözə dəyir, lakin belə bir fiqhi ixtilaf nigaranlığa səbəb olmamalıdır. Çünki bu kimi ixtilaflar dörd sünnü məzhəbləri arasında da mövcuddur. Belə ki, malikilərin nəzərinə görə burunu səcdəgaha qoymaq müstəhəbdir, halbuki hənbəlilər onu vacib bilir, onun tərk olunmasının da səcdənin batil olunmasına səbəb hesab edirlər. ( "Əl-fiqhu ələl-məzahibil-ərbəə”, 1-ci cild, səh.161, Misir çapı, Kitabus-səlat, məbhəsus-sücud)

Müəllif: Seyyid Rza Hüseyninəsəb
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 306 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]