Cümə axşamı, 2024-04-25, 12:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 8:27 PM


Nə üçün həzrət Müslim imkanı olduğu halda ibn Ziyadı öldürmədi?
Cavab: Qurani-kərim və Əhli-beyt buyuruqlarında düşmənə zülm və hiylə yolu ilə qalib gəlmək pislənilir. Həzrət Əlinin (ə) hakimiyyəti dövründəki müharibələrdən birində İslam düşmənləri meşədə gizləndilər. Bir şəxs Həzrətə (ə) meşəni yandırmağı təklif etdi. İmam buyurdu: "Zülmlə qələbə qazanmaq olmaz.”
Həzrət Müslim də Əhli-beyt məktəbinin yetirməsi idi. Xəstə Hanini yoluxmağa gələn ibn Ziyadın qətlə yetirilməsi Müslimə təklif olunanda ev sahibi Hani bu təklifə etiraz etdi. Müslim ibn Ziyadı öldürməməsini belə əsaslandırır: "Mən onu iki şeyə görə öldürmədim: evinə qan tökülməsini istəməyən Haninin etirazı və həzrət Peyğəmbərin (s) bir buyuruğuna görə. Həzrət buyurmuşdur: "Qəfil hücum əqidəsinə yol bağlıdır...”("Vəqətüt-təf" səh. 114)
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 388 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]