Şənbə günü, 2024-04-20, 0:41 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 6:52 AM
Əhli-Bəyt (ə) və yer üzərinə səcdə


Əhli-Bəyt (ə) o kəslərdir ki, Quran onların evində nazil olmuş və Onlar İslamı, İslam hökümlərini digərlərindəndaha yaxşı, daha ydın, daha çox və daha kamil bilirlər.
Peyğəmbərin (s.ə.s) pak Əhli-Bəytinin həyatına nəzər salsaq görərik ki, onlar da namaz qılarkən yer üzərinə səcdə etmişlər. Onlar müsəlmanları xalça üzərinə səcdə etməkdən çəkindirmişdilər. (Təəssuflər olsun bəzi müsəlmanlar namazlarında xalça üzərinə səcdə etməyi hələ də dərk etməmişlər)
Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Sadiq (ə) buyurmuşdur:
" Yalnız yer üzərinə pambıq və kətandan başqa, yer üzərində yetişən birkilər üzərinə səcdə edin" (Şeyx Küleyni, "Üsuli-kafi" c, 3, səh. 330)
Digər bir yerdə İmam Sadiq (ə) buyurmuşdur:
" Yalnız yer üzərinə və yer üzərində yetişən bitkilər üzərinə səcdə edin. Ancaq bu bitkilər yeyinti, pambıq, kətan növündən olan bitkilərdən olmasın" (Vəsailüş-şiə". c. 3, səh. 590)
"Bir nəfər İmam Sadiq (ə) -dan soruşur ki, alın yerə dəymədən alının üstünə çəkilmiş əmamə üzərinə səcdə etmək olarmi? İmam (ə) cavabında belə buyurur:- Alın yerə dəyməsə, etdiyin səcdə kifayət deyil" ("Şeyx Hürr Amili", "Vəsailüş-şiə", c. 3)
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur:
" Yer üzərinə səcdə vacibdir" (Vəsailuş-şiə", c. 3, səh. 609)
İmam Sadiqin səhabəsi və tələbələrindən olan Hişam ibn Həkəm səcdənin nəyin üzərində düzgün və nəyin üzərində səhv olması barədə İmam Sadiqdən (ə) soruşduqda, o həzrət belə demişdi:
"Yer üzərində və yer üstündə bitən bitkilər üzərinə səcdəyə icazə verilir. Bir şərtlə ki, bu bitkilər yeyinti və geyinmək üçün yararlı olmasın". ("Vəsailuş-şiə"Ç c.3, səh. 591)
Burada belə bir sual meydana çıxa bilər: Görəsən, alından başqa digər altı səcdə üzvü də yer üzərinə qoymaq vacibdirmi?
Bu sualla bağlı İmam Sadiqin (ə) hədislərində belə bir açıqlama vardır:
" Yeri mülk və yundan döşənmiş məsciddə namaz qılmağın maneəsi yoxdur. Əgər namaz qılan şəxsin alnı yer üzərinə dəyərsə".
Hədisdən aşkar şəkildə başa düşülür ki, səcdə halında yalnız alının "yer" üzərinə qoyulması vacibdir. Digər səcdə üzvlərini yer üzərinə qoymamaq da olar.
Hörmətli din qardaşlarım! Qeyd etdiklərimiz Əhli-Bəytdən (ə) nəql olunan hədislərin çox kiçik bir hissısi idi. Lakin bununla belə, bu hadislərdən açıq aşkar şəkildə başa düşülür ki, səcdə yalnız yer üzərinə və yer üstündə yetişən, yeyinti və geyim üçün yararlı olmayan bitkilərdən başqa, digər bitkilər üzərinə edildikdə düzgün olur. Səcdə üçün lazım olan yer və əşyalar ola-ola başqa bir şey üzərinə edilən səcdə, əlbəttə ki, batildir və bu da, ümumilikdə, namazın batil olmasına gətirib çıxarır.
Bu deyilənlər Əhli-Bəytin (ə) şəxsi rəyləri deyildir. Bu, Allah və Peyğəmbər (s.ə.s) buyuruqlarıdır. Çünki, Əhli-Bəyt elmi silsiləvarı olaraq Peyğəmbərdən (s.ə.s) irs almış və onun dediklərini nəql etmişlər. Ona görə də, Əhli-Bəytin (ə) dediklərinin düzgünlüyünə heç bir şəkk-şübhə yoxdur.
Qurani-Kərimin dediyi kimi:
" Onlar məsum və pak edilmişlərdir. (Siz ey (Peyğəmbərin Əhli-Bəyti) Allah sizdən çirkinliyi yox etmək və sizi tər-təmiz (pak) etmək istəyir). ("Əhzab" surəsi, ayə 33)
Bu şəxslər Peyğəmbərin (s.ə.s) elm şəhərinin qapıları və ümmət üçün nicat gəmisi, hidayət çırağıdırlar.

Peyğəmbər (s.ə.s) məscidi

İslamın ilk dövrlərində Peyğəmbər məscidinin (s.ə.s) nə daşı, nə də döşəməsi var idi. Ona görədə yağış yağarkən məscidin yeri palçıq olardı. Buna baxmayaraq müsəlmanlar namaz qılarkən həmin palçıq üzərinə secdə edir, paltar və ya əmmamə üzərinə heç vaxt secdə etməzdilər. Çünki bu cür secdəyə şərait icazə verilmir.

Ardı var...
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 315 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]