Cümə günü, 2024-03-29, 12:27 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 6:34 AM
Həsir üzərinə səcdə


Bir sıra rəvayətlərdə nəql olunur ki, bəzi hallarda Peyğəmbər (s.ə.s) xurma ağacının qabığından hazırlanmış həsir üzərinədə səcdə etmişdir. Bu qəbildən olan hədislər ona dəlalət edir ki, Peyğəmbər (s.ə.s) bitlilər üzərinə edilən səcdəyə icazə vermişdir. Bir şərtlə ki, bu bitkilər yeyinti və geyinmək üçün yayarlı bitkilər olmasın. Peyğəmbər (s.ə.s) öz əməli ilə bildirmişdir ki, yeyilməyən və geyim əşyaları üçün yayarlı olmayan bitkilər üzərinə səcdə, yer üzərinə edilən səcdə kimidir. Qeyd etmək lazımdır ki, yer üzərinə edilən səcdə ilə heç bir ziddiyyət təşkil etməyən bu növ səcdə müsəlmanların işini asanlaşdırmaq üçündür. Lakin yeyinti və geyim əşyaları hazırlamaq üçün yararlı, toxunma işlərində istifadə edilən pambıq və digər bitlkilər üzərinə səcdəyə müqəddəs İslam şəriəti icazə vermir.
Ağac yarpaqları və yeyilməyən bitkilər üzərinə səcdəyə icazə verilsə də, rəvayətlərdə qeyd edildiyi kimi, ən kamil və ən yaxşı səcdə torpaq üzərinə edilən səcdədir.

Ardı var....
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 354 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2013-12-26 8:28 PM) [Daxil et]
ALLAH RAZİ OLSUN !

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]