Şənbə günü, 2024-04-20, 3:49 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 6:32 AM
Peyğəmbər (s.ə.s) və yer üzərinə səcdə


Peygəmbərin (s.ə.s) yer üzərinə diqqət yetirsək görörik ki, o həzrət ibadətlərində yer üzərinə səcdə etmiş və hamıya məhz bu cür səcdəni əmr etmişdir.

" Səhihi Buxari" də qeyd edilmiş bir hadisədə Əbu Səid əl Xudri belə deyir: "(Namazdan sonra) gözlərim Peyğəmbərə (s.ə.s) sataşdı, onun burnunda su ilə torpaq izləri görünürdü".

Bəli, bu Allah Rəsulunun səcdəsidir. Bizlərə "Çənim yerinə yetirdiyim namazı nə çür görmüsünüzsə, siz də namazını məhz o cür yerinə yetirin"-kəlmələrini xitab edən Peygəmbərin (s.ə.s) səcdəsi! Qurani-Kərimdə bizlər üçün belə bir əmr və tövsiyyə vardır: "Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır." ("Əhzab" surəsi, ayə 21)

Digər bir ayədə isə buyrulur: "Bizim Rəsulumuz sizə nə verirsə (hökmlər, maarif və malları) götürün və sizə nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun ki, Allah şiddətli cəza verəndir." ("Həşr" surəsi, ayə 7)

Aişədən nəql olunan rəvayətdə belə deyilir:" Səcdə halında Peyğəmbərin bir vasitə ilə üzünü qoruduğunu görməmişəm". (Müsnədi Əhməd", c. 6. səh. 58)

Bu hədis ona dəlalət edir ki, Peyğəmbərin (s.ə.s) bütün səcdələri "yer" üzərinə olmuş və həzrət heç vaxt üzünü səcdə halında bir vasitə ilə örtməmişdir.

Vailin nəql etdiyi rəvayətdə deyilir: " Peyğəmbər (s.ə.s) səcdə edərkən alnını və burnunu yer üzərinə qoydugunu gördüm" ("Əhkamul-Quran, c. 3, səh. 36)

Peyğəmbər (s.ə.s) də, öz növbəsində "yer" hesab edilməyən əşyalar üzərinə səcdəni qadağan etmişdir. Bir hədisdə belə nəql edilir:" Peyğəmbər (s) görür ki, bir nəfər (qumun istiliyi alnını yandırmasın deyə, əmaməsini alnının üstünə çəkərək) əmmaməsinin üzərinə səcdə edir. Peyğəmbər (s.ə.s) əli ilə həmin şəxsə əmmaməsini qaldırmağı işarə edir və əmr edir ki, alnını yer üzərinə qoysun". ("Sünəni Beyhəqi", c.2, səh.105)

Ardı var...
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 378 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2013-12-26 8:15 PM) [Daxil et]
ALLAH RAZİ OLSUN !
HALAL EDİN

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]