Cümə axşamı, 2024-04-25, 0:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

“Leylətul-rəğayib”
2013-05-17, 9:51 AM

"Leylətul-rəğayib”

Rəcəb ayının ilk cümə axşamından ilk cüməsinə keçən gecə "leylətul-rəğayib" adlanır. "Leylətul-rəğayib”, arzu-istəklər gecəsi mənasını bildirir. Bu gecənin ibadət və duaları var.
Şam və xüftən namazları arasında 12 rəkət namaz qılınır. Hər iki rəkət bir salamla başa çatır. Hər rəkətdə Həmddən sonra 3 dəfə Qədr , 12 dəfə İxlas surələri oxunur. Namazı bitirəndən sonra 70 dəfə oxunur: "Əlahummə səlli əla muhəmmədininnəbiyyil-umiyyi və əla alihi” (اَللّهُمَّ صَلِّ عَلي مُحَمَّدٍ النَّبِيِّ الاُْمِّيِّ وَعَلي آلِهِ). Sonra səcdəyə gedib 70 dəfə deyirsən: "Rəbbiğfirli vərhəm və təcavəz əmma tələmu innəkə əntəl-əliyyul-əzim” (رَبِّ اغْفِرْ وَارْحَمْ وَتَجاوَزْ عَمّا تَعْلَمُ اِنَّکَ اَنْتَ الْعَلِيُّ الاَعْظَمُ). Növbəti səcdədə deyilir: "Subbuhu quddus rəbbul-məlaikəti vərruh” (سُبُّوحٌ قُدّوُسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ). Sonda istəklər dilə gətirilir və İnşaAllah qəbul olur. Bu namazın savabı ilk qəbir gecəsi insana çatar.


Arzular gecəsi


Rəcəb... İlk cümə axşamı...
Dində arzular gecəsi.
Bu gecə istəklə dolu
Bir karvan gəlib keçəsi.

Dayanıb gözləyən deyil,
Tələs, naməni yaz gətir.
O şah bu şaha bənzəməz –
Oxuyacaq sətir-sətir.

Dərdlərinə dərman üçün
İşarəsi bəs edəsi.
Demə ağrın dağdan ağır –
Bir baxışla toz edəsi.

Ya subbuhun, ya quddusun,
Ya ərhəmər-rahiminə.
Bu qulu çıxararmısan
O qurtuluş sahilinə?

Bu Leylətul-rəğayibin
Hörmətinə gücüm harda?
Eşq yolundan uzaq düşüb
Əməllər də, arzular da.

Qaya üstə tikan kimi
Şəlaləndən pay istirəm.
Kainatı tutan nurdan
Həsrətə son ay istirəm.

Çox kiçiyəm, izdihamda
Yolum bircə göyə açıq.
Gördüklərim yuxu çıxır -
Dodaqlarım uçuq-uçuq.

Ümid bircə daş arası
Toxumları cücərdənə.
Bu Mən yola gələn deyil,
Ümid Sənə, ümid Sənə!

HaqqYolu
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 985 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]