Cümə axşamı, 2024-04-25, 6:51 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Ayətullah Müctəba Tehrani
2013-10-22, 5:51 AM
Ayətullah Müctəba Tehrani

Ayətullah Müctəba Tehrani 1937-ci ildə Tehran şəhərində elm, mərifət və şəhadət əhli olan bir ailədə dünyaya göz açıb. Atası böyük arif və mücahid Ayətullah Mirzə Əbdüləli Tehrani Mərhum Hacı Şeyx Əbdül-Kərim Hairi Yəzdinin tələbəsi olub. Atası Birinci Pəhləvinin hökmranlığı zamanı çətin günlərdə Ayətullah Şahabadi ilə birlikdə Tehran bazarının Came məscidində pişnamazlıq etməklə yanaşı, kütlənin hidayət olunması üçün böyük çalışqanlıq göstərib. Ayətullah Müctəba Tehrani adəti üzrə bütün elm və mərifət ailələrində olduğu kimi öz dini təhsilini uşaq yaşlarından almağa başlayıb. O, təhsil aldığı müddətdə fövqəladə ciddiyyət göstərirdi.


Ayətullah Müctəba Tehrani atasının məsləhəti ilə dörd il müddətinə müqəddəs Məşhəd şəhərinə mühacirət edib, İmam Rzanın (ə) lütfü sayəsində səthi dərslərini oxuyur. O, Bu müddət ərzində böyük ustadlardan olan Ədib Nişaburidən bəhrələndi. Sonra yenicə təsis olunaraq dünya şiələrinin elm əhlinin diqqətini özünə cəlb etmiş Qum hövzəsində yüksək dərs almaq üçün bu şəhərə hicrət etdi.


Bu böyük alim çox ciddiyyət və çalışqanlığı nəticəsində elə cavan yaşlarından böyük şəxsiyyət olan Əllamə Təbatəbai, Ayətullah-üzma Gülpayiqani, mərhum Ayətullah-üzma Brucerdi və İmam Xomeyninin (r) elmindən istifadə etməyə başladı. Onun elm öyrənməkdə göstərdiyi ciddiyyət barəsində bu sözü demək kifayətdir ki, öz dediyinə əsasən, səthi dərslər oxuyarkən xaric dərslərində (yüksək elmi dərslər) iştirak etməyə hazırlaşmaq üçün "Vəsailuş-şiə” kitabının bütün cildlərini iki dəfə mütaliə etmişdi.



Ayətullah Müctəba Tehraninin göstərdiyi canfəşanlıq və dahiliyi onun cavan yaşlarında ictihad dərəcəsinə çatmasına və İmamın (r) yaxınlarından və xüsusi nümayəndələrindən birinə çevrilməsinə şərait yaratdı. Onun elmi məqamı ustadı İmam Xomeyninin (r) yanında o qədər yüksək idi ki, İmam (r) ona bəzi dərsləri toplayaraq bir əsər şəklinə salmasına icazə vermişdi. Ayətullah Müctəba Tehrani bu müddət ərzində İmam Xomeyninin (r) "Məkasib” (yüksək elmi kitab) və həmçinin iki cildlik "Rəsail” (yüksək elmi kitab) kitablarını tərtib edərək çap etdi.


Bu fazil və cavan tələbə kifayət qədər Ayətullah Brucerdinin elmindən istifadə etməmiş o böyük şəxsiyyət dünyasını dəyişdi. Ayətullah Brucerdi dünyasını dəyişməklə ümmətin hidayət yükünü özünün saleh xələfi olan İmam Xomeyninin (r) çiyninə qoydu. Ümmət təqlid məsələlərində İmam Xomeyniyə (r) müraciət etməyə başladığından O, fazil tələbəsi olan Ayətullah Müctəba Tehraniyə özünün fətvalarını toplayaraq ilk risaləsini və Həcc əməllərini hazırlamasını göstəriş verdi. Muctəba Tehrani İmam Xomeyninin (r) fətvalarını toplayaraq çap etdirib müqəllidlərin ixtiyarına verdi.



O, bu mühüm vəzifəni yerinə yetirərkən ustadı İmam Xomeyni (r) ilə elmi bəhslər apararaq dəqiq və elmi bir risalə ərsəyə gətirdi. Belə ki, sonralar onun hazırladığı bu risalə İmama (r) mənsub olan ən dəqiq kitab kimi mətrəh olmağa başlandı. Ayətullah Müctəba Tehrani bu risaləni hazırlayarkən 25 yaşında idi. Müctəba Tehrani özünün misilsiz ustadından Fiqh və Usul elmlərini öyrənməklə yanaşı, Əxlaq və İrfanı da mənimsəyib. O, İmam Xomeyninin (r) ictimai və siyasi baxışları ilə çox yaxşı tanış idi. İmam Xomeyni (r) İrandan sürgün edilənə qədər bu əlaqə davam etdi. Bu acı hadisədən üç il sonra Müctəba Tehrani də Nəcəful-Əşrəfə yollandı. O, Əmirəl-Möminin Əli (ə) və digər məsumların mənəvi fəzasından bəhrələnmək və özünü kamilləşdirmək üçün bu səfərə çıxmışdı.



Lakin bu, çox çəkmədi və o, İmam Xomeyninin (r) əmri ilə 1970-ci ildə Tehrana geri dönərək yerdə qalmış mühüm işləri ilə məşğul olmağa başladı. Müctəba Tehrani Tehrana geri döndükdən İslam inqilabı qələbə çalana kimi Bazarın Came məscidində pişnamazlıq edərək, Tehran elmi mədrəsəsində özünün yüksək elmi dərslərinin tədrisi ilə məşğul oldu. Bununla yanaşı İnqilabın cavanlarının tərbiyəsi və hidayət olunmasında çalışdı. Bəzi inqilabi fəallarla gizli toplantılardan tutmuş ümumi əxlaqi yığıncaqlara kimi bütün mərasimlər onun əziyyəti sayəsində həyata keçirdi. Bəzi vaxtlar hökumət qüvvələri bu məclislərə maneçilik törədirdi. Həmçinin Tehran bazarında və küçələrində camaatın hidayəti və rəhbərliyi inqilabdan qabaq onun mühüm fəaliyyətlərindəndir.



Ayətullah Müctəba Tehraninin Tehranda sadəcə varlığı və gizli fəaliyyət göstərərək inqilab mücahidlərinə yol göstərib rəhbərlik etməsi o qədər faydalı və təsirli olub ki, hal-hazırda həmin bərəkətlər Tehran əhalisi arasında qalmaqdadır. Zaman keçdikdən sonra İmam Xomeyninin (r) təkidləri nəticəsində o vaxt Tehrana geri dönməsinin səbəblərini açıqladı. İmam Xomeyninin (r) Müctəba Tehraniyə göstərdiyi xüsusi inayət onun şiə aləmində həmişə xatirələrdə yaşamasına səbəb oldu. Müctəbanın əbədi yaşaması bu dünyanın əhalisi üçün əvəzsiz bir nemətdir.



İslam İnqilabı qələbə çaldıqdan sonra gözəl keçmişə sahib və İmamın (r) xüsusi diqqətində olan Müctəba Tehranidən mühüm vəzifələrdən birini çiyninə götürəcəyi gözlənilirdi. Amma özünün də dediyinə əsasən Allah-təalaya etdiyi dualarla, Məsumlara etdiyi təvəssüllə aşkar məsuliyyətdən kənara çəkildi. O, İnqilab üçün qüvvələr hazırlamaqla yanaşı gizli şəkildə inqilabın cavan kadrlarına yol göstərərək yetişdirib. Onun xaric dərsləri yüksək elmi dərslər oxuyan tələbələrlə dolu olardı. Onlar vəzifələrinə əməl etmək üçün Tehrana gələrək Qumun elmi fəzasından uzaqlaşırdılar.


Bu toplantılar o qədər faydalı və az tapılan idi ki, bir çox fazil şəxsləri özünə cəlb etmişdi. 1977-ci ildən münəzzəm şəkildə davam edən ümumi əxlaq və İslam maarifi toplantısı Həzrət Ruhullahın (r) könüllülərinin faydalandıqları misilsiz mənbə idi. Bundan əlavə şahın zülmündən yenicə nicat tapmış kütlə İlahi hikmətə ağanın bu toplantıları nəticəsində üz gətirirdi.


Ayətullah Muctəba Tehrani 2012-ci ildə 77 yaşında dünyasını dəyişib Rəbbinə qovuşdu. Onun cənazə namazını İslamın Əziz Rəhbəri Həzrət Ayətullahul-üzma Seyyid Əli Xameneinin imamətliyi ilə qılındı.

Category: Dini | Added by: Ənfal
Views: 1035 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]