Şənbə günü, 2024-04-20, 0:36 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Digər

Nodar Şaşıqoğlu
2013-08-01, 10:06 AM

Nodar Şaşıqoğlu

Nodar Şaşıq oğlu İzzətoviç (Nodar Şaşıqoğlu)13 mart 1927-ci ildə Batumi şəhərində anadan olub.

Milliyyətcə acardır.
 
1950-ci ildə Moskva Teatr Məktəbini bitirib. Leninqrad Akademik Dram Teatrında işləyib. "Nikbin faciə" tamaşasında Aleksey (V.Vişnevski), "Sevilya ulduzu"nda Sanço Ortis (Lope de Veqa), "Mariya Tüdor"da Cilberti (V.Hüqo) oynayıb. Hazırda Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.
   
N.Şaşıqoğlunun kino yaradıcılığı daha çox Azərbaycanın adı ilə bağlıdır.
 
"Uzaq sahillərdə" filmində Mehdi Hüseynzadə (1958, rej.T.Tağızadə), "Əsl dost"da Fərman (1959, rej. T.Tağızadə), "Səhər"də Əzizbəyov (1960, rej. A.Quliyev), "Matoe Falkone" qısametrajlı kinodramında Mateo Falkone (1961, rej. T.Tağızadə. Film Prosper Merimenin eyniadlı əsəri əsasında çəkilib), "Leyli və Məcnun"da Məcnun (1961, rej. L. Səfərov), "Bizim küçə"də yenə Mixaylo (1961, rej. Ə. Atakişiyev), "Telefonçu qız"da Zakir (1962, rej. H.Seyidbəyli) obrazlarını canlandırıb.
 
1983-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
 
Nodar Şaşıqoğlu 12 aprel 2013-cü ildə uzunsürən xəstəlikdən sonra dünyasını dəyişdi

adam.az

Category: Digər | Added by: Ənfal
Views: 805 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]