Cümə axşamı, 2024-03-28, 7:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

Qurani-Kərim bizi təfriqədən, küfrdən və pis aqibətdən sığortalayır
2013-05-07, 10:03 AM
Qurani-Kərim bizi təfriqədən, küfrdən və pis aqibətdən sığortalayır


Quran bizlərə kimin yaxşı və kimin pis aqibətli olacağını qabaqcadan xəbər verir. Bizə qeyb aləmindən xəbərlər gətirir. Quran kamil kitab olduğu üçün ona çox sayda suallar verilmişdir. Onlardan üçünə nəzər salaq.

1. Quran təfriqəni necə təsvir edir?

a) Quran təfriqəni atəşin uçurumu kimi təsvir edir. Quran müsəlmanları vəhdətə dəvət edir və təfriqədən uzaq olmağa çağırır.

b) Quran təfriqəni şirkin bir növü hesab edir. "(Allahın dininə üz tutun!) Tövbə edərək Ona tərəf qayıdın, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın. O kəslərdən ki, öz dinlərini parçaladılar, bölük-bölük oldular və hər bir dəstə özündə olana sevinər”. ("Rum” 31-32).

c) Quran təfriqəni inəyə pərəstiş etmək kimi bir əməllə yanaşı xatırladır. Belə ki, Həzrət Musa (ə) Tur dağından qayıdandan sonra görür ki, bir qrup inəyə pərəstiş edir. Qardaşı Harunu danlayır və qardaşı isə ona deyir:"Harun dedi: «Anam oğlu! Saqqal və başımdan tutma. Həqiqətən mən (onlara təzyiq göstərəcəyim təqdirdə) sənin «İsrail övladlarının arasına təfriqə saldın və mənim tapşırığıma əməl etmədin» deyəcəyindən qorxdum»”. ("Taha” 94).

d) Quran təfriqəni yer və göyün əzabı kimi bilir. "De: «O sizə başınızın üstündən (daş, ildırım və Cəhənnəm çınqılı), ya ayaqlarınızın altından (zəlzələ və yerə batırmaq kimi) əzab göndərməyə (yaxud yuxarı zalım təbəqədə olanları aşağıdakılara hakim etməyə və ya aşağı təbəqəni yuxarı təbəqənin əleyhinə qaldırmağa) yaxud sizi dəstə-dəstə (edib) bir-birinizin canına salmağa və bəzinizin əzabınızı bəzinizə daddırmağa qadirdir». Gör Biz (Öz tovhid və əzəmətimizin) müxtəlif ayə və nişanələri(ni) necə gətiririk (ki), bəlkə başa düşdülər”. ("Ənam” 65).

e) Quran təfriqəni Fironun işi kimi tanıdır. "Həqiqətən, Firon (Misrin padşahı) o torpaqda baş qaldırdı və hakimiyyət tapdı və oranın camaatını müxtəlif dəstələrə parçaladı (hər dəstəyə öz dövlətinin işlərinin bir hissəsini tapşırdı və hər bir dəstəni o birisi ilə düşmən etdi)”. ("Qəsəs” 4).

ə) Quran təfriqəni münafiqin işi kimi tanıdır. "Və (həmçinin münafiqlərdən müsəlmanlara) zərər, küfr(ü gücləndirmək), möminlərin arasında təfriqə salmaq və qabaqcadan Allah və Onun Peyğəmbəri ilə müharibəyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün bir məscid seçən kəslər vardır”. ("Tövbə” 107).



İmam Əli (ə) bütün çətinliklərə vəhdətə xatir səbir etdi və buyurdu: "O halda səbir etdim ki, xar gözümdə və sümük boğazımda idi”.



2. Quranın nəzərinə görə ən böyük təhlükə nədir?

Qurani-Kərimdə 16 dəfə imandan sonra küfr, iki dəfə İslamdan sonra küfr, 3 dəfə Allaha pərəstişdən sonra inəyə pərəstiş, 27 dəfə elmdən sonra inkar ən böyük təhlükələr kimi tanıdılmışdır.

Həzrət Yusif (ə) quyuya düşən zaman və zindanda olan zaman başşa dua edir, qüdrətə çatan zaman isə başqa. Buyurur: «Ey Rəbbim, Sən mənə səltənət və hökümətdən pay verdin və yuxuların yozumunu və hədislərin (səma kitablarının və peyğəmbərlərin kəlamlarının) təfsirini öyrətdin! Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı (Sənin əmrinə) təslim olduğum halda al və məni salehlərə qovuşdur». ("Yusif” 101). Bu duadan aydın olur ki, vəzifə və sərvət insana böyük təhlükə yarada bilər.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) şəhid olacağını xəbər verən zaman Həzrət (ə) qatil və ya ölüm vaxtı haqqında sual vermək yerinə, buyurur: "Dinimdə sağlam və möhkəm qalacağammı?” Bu sual neçə dəfə təkrar edilir və bu da onu göstərir ki, pis aqibətli olmaq ən böyük təhlükədir.

Bir çox peyğəmbərlərin övladlarına elədiyi vəsiyyət bu idi: "İbrahim və Yəqub oğlanlarına öz dinlərini tövsiyə etdilər (və hər biri öz vəsiyyətində dedi) ki: «Ey mənim oğlanlarım, şübhəsiz, Allah bu dini sizin üçün seçib. Buna görə də (çalışın) dünyadan mütləq yalnız müsəlman olaraq gedin!»” ("Bəqərə” 132).



3. Quranın nəzərinə görə pis aqibətli olmağın amilləri hansılardır?

- İmamndan küfrə qayıtmaq. "Ey iman gətirənlər, əgər (səmavi) kitab verilmiş kəslərdən bir dəstəyə itaət etsəniz, (onlar) sizi imanınızdan sonra küfrə qaytararlar”. ("Ali-İmran” 100).

- Ardıcıl edilən günahlar. "Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu”. ("Rum” 10).

- Haram tikə. "Vay halına əskik satanların! O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar, Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər. Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər, Böyük bir gündə?! O gün bütün insanlar (haqq-hesab və mühakimə olunmaq üçün) aləmlərin Rəbbinin hüzurunda duracaqlar! Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab – kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri "Siccindədir”. ("Mutəffifin” 1-7).

- Təkəbbür. İblisin küfrü təkəbbürünə görə idi.

- Əqidənin zəif olması. "Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz”. ("Bəqərə” 51).



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Tövhid | Added by: Ənfal
Views: 647 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]