QƏFLƏTƏ SƏBƏB OLAN AMİLLƏRİN ƏQLİ CƏHƏTDƏN ARAŞDIRILMASI - Tövhid - Əqidə - İslamda nələr var? - gunahkar-bende
Cümə günü, 2016-12-09, 1:05 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

QƏFLƏTƏ SƏBƏB OLAN AMİLLƏRİN ƏQLİ CƏHƏTDƏN ARAŞDIRILMASI
2013-11-08, 10:47 PM
QƏFLƏTƏ SƏBƏB OLAN AMİLLƏRİN ƏQLİ CƏHƏTDƏN ARAŞDIRILMASI

Qeyd olundu ki, insanı uçuruma yuvarladan səbəb qəflətdir. Allahdan, məaddan və bəndəlik vəzifələrindən xəbərsizlik insanı heyvanlıq dərəcəsinə, bəzən ondan da aşağı alçaldır. Dinin əsaslarından xəbərdar olmayan insanın təkamül yolunda hərəkət etməsi qeyri-mümkündür. İndi aydınlaşdırmalıyıq ki, insanda qəfləti doğuran və yaxud insanı qəflətdən çıxaran səbəblər hansılardır. Bu suallara cavab tapmaq üçün ayə və rəvayətlərdən istifadə edərək əqli araşdırma aparmağımız lazım gəlir. Əvvəla heç bir mənbəyə istinad etməmiş anlayırıq ki, müəyyən bir məsələyə diqqət yetirmək diqqətin başqa bir məsələyə yönəlməsindən irəli gəlir. Çox vaxt insan bir işə başı qarışdığından digər bir işi unudur. Ola bilər ki, işə tələsən insan yolda çoxdan arzuladığı dostu ilə rastlaşıb işə gecikdiyini yaddan çıxarsın. Başqa bir misal; fikri bayırda qalan şagird müəllimin dediklərini başa düşmür. Ümumiyyətlə, insan eyni zamanda iki məsələyə diqqət yönəldə bilmir.
İnsanı Allah, qiyamət və dini vəzifələrindən qəflətdə saxlayan onun diqqətinin başqa məsələlərə yönəlməsidir. Xüsusilə, nəfs istək-ləri insanı əsas məsələdən uzaqlaşdırır. Bəzən insan ömrün elə bir çağında oyanır ki, artıq ölüm qapını kəsmişdir.
Ətrafımızdakı mənzərələr təbii olaraq insanın diqqətini cəlb edir. Bəzən insan bu cazibədarlığın təsirindən həyat əhəmiyyətli məsələləri unudur. İnsanın bu sayaq məstliyi, uyması haramdır. Allah spirtli içkiləri ona görə haram buyurmuşdur ki, bu içkilər insanın ağlını əlindən alır, onun diqqətini əsil hədəflərdən yayındırır. "Ğina” adlanan bir qrup musiqi də bu təsirə malikdir. İnsana öz şəxsiyyətini unutduran musiqilər haramdır. Bu qəbildən haram işlərə adətkar olan insan ilahi həqiqətləri dərk edib anlamaq qabiliyyətindən uzaq düşür. "Loğman” surəsinin 6-cı ayəsində oxuyuruq: "Elə insanlar var ki, boş sözləri satın almaqla xalqı nadanlığa salıb Allah yolundan azdırırlar.”
Amma heç də hər şey insana Allahı unutdurmur. Allahı unutdurmayan şeylər isə haram deyil. Bəzən insanın başı televiziya verilişlərinə, dostlarla söhbətə qatışdığından namazını unudur. Uyğun təzahürü iki cür izah etmək olar. İslamda bəzən yemək müstəhəb oruc tutmaqdan daha fəzilətli hesab olunur. Məsələn, müstəhəb oruc tutmuş şəxs bir möminə qonaq olarsa, möminin təklif etdiyini yeyib onu sevindirmək müstəhəb orucdan fəzilətlidir. Demək, adətən insanı ilahi düşüncədən ayıran yemək də ibadət hesab oluna bilər. Aydın olur ki, namazın vaxtını ötürən insanın həmin vaxt hansı işlə məşğul olması şərtdir. Dostlarla dünyəvi söhbətə məşğul olub namazı unutmaq əsl qəflətdirsə, avtomobil qəzasına uğramış şəxsi xəstəxanaya çatdırıb namazı azca yubatmaq xeyirxahlıqdır. Bu misallardan məlum olur ki, ağına-bozuna baxmadan bütün dünyəvi işləri zərərli bilmək olmaz. Bir qismini qəflətə düçar edən iş digər bir qismi üçün faydalı ola bilər. İşin nəticəsini insanın niyyəti müəyyən edir.


Category: Tövhid | Added by: Ənfal
Views: 242 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]