Şənbə günü, 2024-04-20, 3:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

Çətinliyə düşən zaman kömək edən ayələr
2013-07-23, 5:14 AM

Çətinliyə düşən zaman kömək edən ayələr

 

 Biz hamımız gün ərzində çox sayda çətinliklərlə üzələşirik. Çətinliklərimizin həll olması üçün müxtəlif yollara əl atırıq. İmamlara (ə) təvəssül edirik, bəzən də Qurandan ayələr oxuyuruq.

Bizə çətinliklərimizdə yardım edə biləcək ayələrdən biri bu ayədir: "(O şəriklərmi yaxşıdır), yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!” ("Nəml” 62).

Allah bu ayədə bəndələrinə buyurur ki, əlini dua üçün aç və bu zaman gözünü dünya malına yum. Bütün qəlb və ruhunu Allahın ixtiyarına qoy. Hər şeyi Ondan bil. Hər bir çətinliyin yalnız Allahın həll edə biləcəyinə inan. Bu halda dua etməyə başla.

 

Tövbə və istiğfar.

Bizə həyat çətinliklərimizdə yardım edə biləcək başqa bir ayə isə budur: «Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin». ("Hud” 52).

Bu ayə bəyan edir ki, insan günahına və Allahdan üz çevirdiyinə görə çətinliklərə düşür. Ancaq tövbə və istiğfar edərək günahları silib İlahi rəhməti cəlb edə bilər. Ona görə də tövbə etməyi çətinliklərdən qurtulma vasitəsi kimi tanıdır.

 

Allaha təvəkkül et

Etmək istədiyin hər bir işdə Allaha təvəkkül et. Sanki bu dünyada Allahdan başqa kimsən yoxdur. Nə dost, nə tanış, nə ailə və nə də qohumlar. Axı onların hamısı Allahın bəndəsidir. Allah bəndələrinin hamısı Ona möhtacdırlar. Ona görə də Allahın rəhmətinə ümid bəslə və hər bir işində ona təvəkkül et.

 

Allaha necə təvəkkül edək?

Allah buyurur ki, Mənə təvəkkül etməkdən qorxmayın. Batil qüvvələrdən qorxmayın, Mənə təvəkkül edin. Allah Nuhdan (ə) sonra gələn peyğəmbərləri misal çəkir və insanların əziyyətinə görə Allaha təvəkkül etdiklərinə işarə edir: «Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda, biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbir edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər». ("İbrahim” 12).

"Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir.” ("Ali-İmran” 159).

Allah buyurur ki, çətinlikləriniz olan zaman heç nə etmədən oturub gözləməyin. Allaha təvəkkül edin və bir iş görün. Həqiqətən Allaha təvəkkül etməyə çalışın və bu zaman görəcəksiniz ki, Allah necə əlinizdən yapışır.

 

Ayətül-kürsü bütün çətinliklərin dərmanıdır.

İmam Əli (ə) buyurur: "Əgər bilsəniz ki, Ayətül-kürsü nə qədər əhəmiyyətli və dəyərlidir, heç bir halda onu tərk etməzdiniz. Çətinliklərinizi aradan qaldırmaq üçün Ayətül-kürsüyə pənah aparın. Əgər çətinliyiniz varsa, ya da girftarsınızsa. Əgər xəstəsinizsə, əgər bu aləmin bütün qapıları üzünüzə bağlanmışdırsa, niyə Ayətül-kürsüdən qafilsiniz?”.

Bu ayəni iman və etimadla oxuyun və bu zaman nəticə alacaqsınız.

 

Bu ayələri də unutmayaq.

Bizə çətinliklərdə ümid verəcək başqa ayələr bunlardır: "De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!” ("Zumər” 53).

 

"Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki, o, sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz”. ("Bəqərə” 216).

 

(Tebyan deyerler)

 

Category: Tövhid | Added by: Ənfal
Views: 870 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]