“Bismillah”ın bərəkəti ilə nicata çatmaq - Tövhid - Əqidə - İslamda nələr var? - gunahkar-bende
Cümə axşamı, 2016-12-08, 7:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

“Bismillah”ın bərəkəti ilə nicata çatmaq
2013-11-19, 10:58 PM
 "Bismillah”ın bərəkəti ilə nicata çatmaq

Allah Təala insanlara hər bir işini "Bismillah” ilə başlamalarını öyrətmək üçün həm Quranı və həm də surələri "Bismilləhir Rahmənir Rahim!” cümləsi ilə başlamışdır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir iş əgər Allahın adı ilə başlamazsa, həmin iş sona çatmaz”. (Tebyan)
Müqəddəs Quran kitabı İlahi sözlər toplumudur ki, 23 il ərzində vəhy mələyi Cəbrayil (ə) tərəfindən Peyğəmbərimizin (s) qəlbinə nazil olmuşdur. Peyğəmbərin (s) mübarək həyatı zamanı və Məsum İmamların (ə) zamanında Quran ayələrinin bəziləri bu dahi insanlar tərəfindən təfsir edilmişdir. Ancaq Quranın əksər ayələri İslami hədislərə əsasən alimlər tərəfindən təfsir edilmişdir. Bu müqəddəs "Bismillah” kəlməsini təfsirçilər ”Bağışlayan və Mehriban Allahın adı ilə” təfsir edirlər.
"Bismilləhir-Rahmənir-Rahim!” kəlməsi Peyğəmbərə (s) 114 dəfə nazil olmuşdur. 113 surədə başlanğıc kimi işlənmişdir və "Tövbə” surəsində "Bismilləhir Rahmənir Rahim” başlanğıcda gəlməsə də, "Nəml” surəsində başlanğıcda gəlməklə yanaşı, ayələrin birində də bu mübarək cümlə işlənmişdir və Quran üzrə ümumi 114 edir. "Bismilləhir-Rahmənir-Rahim” "Həmd” surəsinin bir hissəsi hesab edilir. Əgər kimsə namaz vaxtı və ya namazdan qeyri halda "Həmd” surəsini demək istəsə və "Bismilləhir-Rahmənir-Rahim!” ayəsini deməsə, surəni naqis demiş olar. Çünki bu ayə "Fatihə” surəsinin bir hissəsini təşkil edir.
"Bismilləhir-Rahmənir-Rahim!” cümləsi ilk dəfə olaraq Peyğəmbərə (s) "Ələq” surəsi nazil olan zaman nazil olmuşdur. Kuleyni İmam Sadiqdən (ə) nəql edir ki, bütün səma kitablarının başlanğıcı "Bismilləhir-Rahmənir-Rahim!” olmuşdur. "Bismilləh” müsəlmanlar üçün İslam dininin nişanəsi və şüarıdır. Onu yüksək səslə demək imanın nişanəsi hesab edilir. Peyğəmbəri-Əkrəm (s) Quranı tilavət edən zaman "Bismilləh” kəlməsini yüksək səslə deyərdi. Təfsirçilər bu fikirdədirlər ki, "Bismilləhir-Rahmənir-Rahim!” hər dəfə nazil olan zaman yeni bir məna gətirirdi. Surələrin məzmunu fərqləndiyi kimi "Bismilləhir-Rahmənir-Rahim!”in mənası da fərqlənir.
Sübhan Allah "Fatihə” surəsini "Bismilləhir-Rahmənir-Rahim!” ilə başlayaraq, bizə bunu öyrətdi ki, Allaha ibadət və həmd də Allahın adı ilə başlamalıdır ki, məqsədinə çata bilsin. Məlum olur ki, əgər ibadəti də Allahın adı ilə başlamasaq, məhv olar və məqsədinə çata bilməz. Yəni, o şey ki. Allahın adı ilə başlanmazsa, davamlı olmaz. İmam Sadiq (ə) buyurur: "Günah qapılarını Allahın adını çəkməklə bağlayın və itaət qapılarını "Bismilləh” deyərək açın”.
Həzrət (ə) başqa yerdə buyurur: "Sizlərdən kimsə əgər dəstəmaz alan zaman "Bismilləhir-Rahmənir-Rahim!” deməzsə, şeytan ona şərik olar. Əgər yemək yeyərsə, su içər və paltar geyinərsə və Allahın adının çəkilməsi lazım olan işlərdə Allahın adını çəkməzsə, şeytan onda şərik olar”.
"Bismilləhir-Rahmənir-Rahim!” o qədər müqəddəs bir sözdür ki, insanlar ona hörmət etməli və onu təsbih etməlidirlər. Bu adı yaddan çıxartmaq olmaz və lazım olan yerlərdə ondan qafil olmaq da olmaz.
Allah Təala bu adı həm bərəkət mənbəyi etmiş, həm təsbih mənbəyi etmişdir.
Müsəlman heyvan kəsən zaman "Bismilləhir-Rahmənir-Rahim!” deməlidir. Bu zaman həmin heyvanın əti halal olar, ancaq əgər deməzsə, həmin heyvanın əti halal olmaz.
Müsəlman hər bir işində Allahı xatırlamalıdır. Yemək yeyəndə, yazı yazanda, yatağa gedən zaman və yataqdan qalxan zaman "Bismilləhir-Rahmənir-Rahim!” demək lazımdır.
Bəli, beləliklə görmək olur ki, "Bismilləhir-Rahmənir-Rahim!” həm mübarək İslam dininin nişanəsi və həm şüarı, həm Allahı təsbih etmək, həm hər bir işin məqsədinə çatmasına zəmanətdir. Bu müqəddəs cümləni yaddan çıxartmayaq və onun bərəkətindən faydalanaq.
 
/Deyerler.org/
Category: Tövhid | Added by: Ənfal
Views: 276 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]