Cümə günü, 2024-04-19, 11:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Ölüyə ağlamaq
2013-07-15, 4:00 AM


Ölüyə ağlamaq


Şiə əqidəsinə  olunan  iradlardan  biri də  ölüyə  ağlamaqdır.  Bəziləri ölüyə ağlamağı haram bilir və bu iddianı aşağıdakı hədislə isbat edirlər.

«قال رسول الله (ص): ان المیت لیعذب ببکاء اهله علیه»

Peyğəmbər (s) buyurub: Meyyit qəbirdə ailəsinin onun üçün ağladı üçün əzab olunar. (Səhihi Müslim, c.2, s.641; Səhihi Buxari, c.5, s.158)

Hədis haqda araşdırma

Bu hədis əhli-sünnənin mötəbər kitablarından olan Səhih-Müslim və Buxaridə  nəql olunmuşdur. Hədis Ömər ibn Xəttab və oğlu Abdullahdan nəql olunur. Bu iki şəxs əhli-sünnənin "rical" kitablarında mötəbər şəxslərdən sayılırlar. Bu cəhətdən hədisin problemi yoxdur. Amma Hədisin səhihliyini təstiq etmək üçün təkcə sənədin səhihliyi kifayət deyil. Problem hədisin mətnində də ola bilər.

Bu problemi (mətndə düzgün nəql olunmaması) əhli-sünnənin özləri etiraf edirlər. Onlar hədisin düzgün nəql olunmadığını qeyd edirlər. Bu yalnışlığın nəticəsində hədis düzgün anlaşılmamışdır. Hədisin yalnışlığını sübut edən bir neçə hədisi qeyd edirik:

1-İbn Abbas deyir: Mən bir gün bu hədisi Aişənin yanında oxudum və dedim ki, Peyğəmbər (s) buyurur: Meyyit ailəsinin onun üçün ağladığı üçün əzab olunur. Sonra hədisin ravisinin Ömər ibn Xəttab olduğunu bildirdim. Aişə dedi ki, Allah-Taala Ömərə rəhmət etsin. Allaha and olsun ki, Peyğəmbər (s) hədisi belə buyurmayıb. Peyğəmbər (s) buyurub ki, Allah-Taala kafirin qohumlarının ona ağladığı üçün kafiri əzab edər. (Musnədi-Əhməd, c.1, s.41)

2- İbn Abbas deyir: Mən bir gün bu hədisi Aişənin yanında oxudum və dedim ki, Peyğəmbər (s) buyurur: Meyyit ailəsinin onun üçün ağladığı üçün əzab olunur. Sonra hədisin ravisinin Abdullah ibn Ömər olduğunu bildirdim. Aişə dedi ki, Ömərin oğlu yaddan çıxarıb. Peyğəmbər (s)  belə buyurub: Meyyit  qəbirdə öz günahlarına görə əzab olunar.  (Musnədi-Əhməd, c.10, s.255)

İradın batil olduğuna dəlalət edən başqa sübut:

Biz Peyğəmbərin (s) həyatına nəzər salsaq, görərik ki, Həzrət qohumlarının və yaxınlarının matəmində ağlamışdır. Bu haqda nəql olunan hədisləri oxuculara təqdim edirik.

1-Peyğəmbərin (s) Həmzə üçün ağlaması

Hədislərdə qeyd olunur ki, Uhud müharibəsindən qayıdanda Peyğəmbər (s) mədinəlilərin öz ölüləri üçün ağladığının şahidi oldu və Həzrət ağlayaraq  buyurdu: Əmim Həmzə üçün ağlayan yoxdur. ( Sireyi-Hələbi, c 2, s 260, Müsnədi–Əhməd, c 2 , s 40)

2- Peyğəmbərin (s) Cəfər ibn Əbitalib üçün ağlaması

Cəfər ibn Əbitalibin həyat yoldaşı Əsma deyir ki, Cəfər şəhid olan gün mən Peyğəmbərin (s) yanında idim. Peyğəmbər (s) mənə dedi ki, Əsma Cəfərin övladları hardadı. Onları mənim yanına gətir. Mən Cəfərin övladlarını Peyğəmbərin (s) hüzuruna gətirəndə, Həzrət onları qucaqladı, nəvaziş etdi və ağladı. Mən Peyğəmbərdən (s) soruşdum: Ya Rəsulallah (s) Cəfərə nə olub? Həzrət (s) buyurdu: Bu gün Cəfər şəhid olubdur. (Təbəqat, İbn Səd, c 8, s 282)

Qeyd olunan dəlil və sübutlardan aydın olur ki, ölüyə ağlamaq haqda olunan irad tamamilə səhvdir  və  bu işin haram olduğunu istab etmək üçün istinad olunan hədisin  sənədi zəifdir. Çünki hədisin raviləri olan Ömər və onun oğlu Abdullah hədisin bir hissəsini unudub. Əhli-sünnə ricalında da unutqan insanın hədisi zəif sayılır. Hədisin mətini də yalnış nəql olunduğu üçün qəbul olunmur. Bundan əlavə Allah tərəfindən quranda müsəlmanlara  nümunə qərar verilən Peyğəmbər (s) də öz qohumları üçün ağlamışdır.


Hazırladı: ƏXƏVİ

islammektebi.org

Category: Əqidə | Added by: Ənfal
Views: 1093 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]