Cümə günü, 2024-04-26, 2:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

Ölənin yaxınları cənazəni torpağa basdırıb qayıdanda, mələk bir ovuc torpağı onların ardınca atar...
2013-11-19, 11:02 PM
Ölənin yaxınları cənazəni torpağa basdırıb qayıdanda, mələk bir ovuc torpağı onların ardınca atar...

  Dünyanı bir körpüyə bənzədirlər. İmam Baqir (ə) buyurur: "Dünyanı çayın üzərində olan körpü qərar verin ki, onun üzərindən keçirsiniz. Ruzigarın sonuna qədər ona tərəf qayıtmayacaqsınız”. (Tebyan)
Bəli, dünya elə bir körpüdür ki, bəziləri ölərək onu başa vururlar, bəziləri də Allah yolunda şəhadətlə. Ancaq hər bir halda bu körpüdən keçmək lazımdır. Dünya qalıcı bir yer deyildir. Körpü olduğu üçün ondan keçib getmək lazımdır. Qalmalı olduğumuz yer - körpünün o biri başıdır.
Quran buyurur: «Ey mənim qövmüm! Bu dünya həyatı yalnız (məhdud və müvəqqəti) bəhrələnməkdir və həqiqətən sabitlik və əbədilik evi (təkcə) axirətdir (axirət həyatıdır)”. ("Ğafir” 39). "Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi - əbədi həyatdır”. ("Ənkəbut” 64).
İnsan bu fani dünyada yaxınını itirən zaman qəm və qüssəyə düçar olur və qəlbi od tutub yanır. Bütün işlərini buraxıb, ona matəm saxlayar. İmam Sadiq (ə) buyurur: "O zaman ki, bir şəxs dünyadan gedər, Allah Təala ölənin ən çox qəm çəkən insanının yanına mələk göndərər. O mələk əlini həmin şəxsin qəlbinə çəkər və bu qəmin yangısını onun yadından çıxardar. Əgər belə olmasaydı, dünya heç bir zaman abad olmazdı”.
Başqa bir hədisdə oxuyuruq: "Həqiqətən Allah tərəfindən qəbiristana mələk hakim edilmişdir, o zaman ki, ölənin ailəsi və yaxınları cənazəni torpağa basdırıb qayıdarlar, həmin mələk bir ovuc torpaq götürər və onların ardınca atar. Deyər: "Gördüyünüzü unudun”. Əgər belə olmasaydı, heç kim həyatdan faydalana bilməzdi”.
Ancaq elə bir qəm vardır ki, bəşər onu unuda bilmir. Bu da İmam Hüseynin (ə) şəhadətidir. Bu qəmin hərarəti heç bir zaman soyumur. İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) qarşısında olan İmam Hüseynə (ə) nəzər saldı və onu qucağında əyləşdirir. Buyurur: "Həqiqətən, Hüseynin (ə) qətlə yetirilməsi nəticəsində möminlərin qəlblərində elə bir hərarət yaranacaqdır ki, heç bir zaman sönməyəcəkdir”.
Bu, ona görədir ki, İmam Hüseyn (ə) və yoldaşları Allah yolunda, izzət yolunda, azadlıq yolunda, şərəf və fəzilət yolunda canlarını qurban vermişdilər. Ona görə də bu şəhadət unudulası deyildir.
 
/Deyerler.org/



Category: Məad | Added by: Ənfal
Views: 2470 | Downloads: 0 | Comments: 8 | Rating: 5.0/3
Total comments: 6
0  
6 Bextiyar21   (2015-01-20 0:24 AM) [Daxil et]
Allah razi olsun

0  
5 turkay22   (2014-04-23 5:19 PM) [Daxil et]
heqiqetende maraqlidi...onagore deyirlerki olenin qohumlarina torpag unutduracaq torpaq soyuyanda onlarinda acisi soyuyacaq..amma KERBELA da olanlar unudulmur

0  
4 imanli   (2014-03-25 11:34 AM) [Daxil et]
ALLAH(c.c)coox merhemetlidir eger biz oluleri unutmasaydiq bizler ucun yasam coooox cetin olardi UCA REBBIMIZ HER BIR SEYI NECE DE GOZEL NIZAMLAYIR SONSUZ SUKURLER OLSUN ALEMLERIN HOKUMDARINA ALLAH SIZLERDEN DE RAZI OLSUN INSALAH CUNKI SIZLER INSANLARA BELE MARAQLI DINI MELUMATLA R VERIESINIZ biggrin

0  
3 imanli   (2014-02-24 12:38 PM) [Daxil et]
COOOOOOOOX GOZEL MOVZUDU  cry REBBIM HER BIR MUSELMANA XEYIRLI OLUM IHSAN ETSIN

0  
2 Hüseynçi72   (2014-02-24 9:33 AM) [Daxil et]
Allah razi olsun.ellerive sagliq

0  
1 GADİR   (2014-02-22 7:09 AM) [Daxil et]
ALLAH RAZI OLSUN !

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]