Çərşənbə günü, 2024-04-24, 1:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

Məada inamın insanın həyat yoluna verdiyi səmərələr
2013-11-07, 6:59 AM
Məada inamın insanın həyat yoluna verdiyi səmərələr

  Məada inam hissi insanın ruh və əməlində dəyişikliklər yaradır. İnsan ancaq təbii deyil, həm də mənəvi aləm haqqında düşünməyə başlayır. Məad etiqadından yaranan bu dəyişliklər insanı kamala çatdırar və inkişaf etdirər. İnsanın səy və çalışmasına mənəvi çalar qatar. İnsanı, öz axirəti üçün çalışmağa vadar edər. (Tebyan)
Məada inamı olan insan, həyatda hədəfi olan insandır. İnsanın bütün əməl və rəftarı məadını təmin etmək üçün olar. Halbuki, məada inamı olmayan insanın dəqiq hədəfi olmaz. O, rəftar edən zaman heç bir çərçivəyə riayət etmir. Hər nəyi iradə edir və istəyirsə, onu da edir. "(Onun inkar etməyi yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyildir) əslində insan istəyir ki, (ömrü) irəlilədikcə günah etsin”. ("Qiyamət” 5).
Məada imanı olan insan həyatı fani hesab edir. Ona görə də səy və çalışması axirəti üçün olur. Halbuki, məadı inkar edənlər dünyaya bağlı olur və bütün səyləri dünyada bacardığı qədər qalmaq və faydalanmaq olar. Ona görə də bu cür insanlarda ruhi xəstəliklər baş qaldırar: ümidsizlik, depressiya, hədəfə çatmamaq kimi. Ona görə də qumara, içkiyə və başqa haram məşğuliyyətlərə üz tutar və günah yükünü daha da ağırlaşdırar.
Məada inamı olan insan bu dünyanı axirətin başlanğıcı hesab edər. Bu dünyada toxumlar əkər ki, axirətdə onları biçib faydalana bilsin. Bu dünyada olanları axirəti üçün vasitə kimi görər. Ona görə də həyatı şad və ümid içində olar.
Məada inamı olan insanın düşüncəsi maddi çevrədən azad olar və daha geniş düşünməyə başlayar. Materialistlər maddi həyatdan xaricə çıxa bilmədikləri üçün özlərini bu dünya çərçivəsində həbs ediblər. Ona görə də səy və çalışmaları məhduddur. Bu insanların hədəfləri də puç hədəflərdir.
Məada inamı olan insan məsuliyyətlidir, fədakardır, din yolunda, vətən yolunda şəhid olmaq onu üçün iftixardır, çünki məada inanır. Axirətin olduğuna inanır və özünü Allah qarşısında məsuliyyətli hesab edir.
Allah Təala bu ayədə möminlərlə kafirləri müqayisə edərək buyurur: "Və kafir olanlar dedilər: «Əsla bizə Qiyamət günü gəlməyəcəkdir». De: «Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, mütləq (Qiyamət) sizə gələcəkdir»; O Allah ki, qeybi biləndir. Göylərdə və yerdə zərrə ağırlığında heç bir şey Onun elmindən gizlin deyildir. Bundan daha kiçik və daha böyük (bir şey) yoxdur ki, açıq-aşkar kitabda (Lövhi-Məhfuzda) olmasın. (Bütün bunlar ona görədir ki,) iman gətirən və yaxşı işlər görənlərə mükafat versin. Məhz onlar üçün bağışlanmaq və çox dəyərli bir ruzi vardır”. ("Səba” 3-4).
Bəli, Allahın buyurduğu kimi Qiyamət vardır və o günü kafirlər həsrət çəkəcək, möminlər sevinəcəklər.
 
/Deyerler.org/

Category: Məad | Added by: Ənfal
Views: 837 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]