Dünyasını dəyişənlərə necə yardım edə bilərik? - Məad - Əqidə - İslamda nələr var? - gunahkar-bende
Çərşənbə axşamı, 2016-12-06, 1:13 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

Dünyasını dəyişənlərə necə yardım edə bilərik?
2013-09-20, 7:42 AM
Dünyasını dəyişənlərə necə yardım edə bilərik?

Qəbir əhlinin istiğfara və rəhmətə ehtiyacları vardır. Bu haqda İmam Sadiq (ə) buyurur: "Ölümdən sonra insana üç şeylə savab yetişər: 1. Sədəqə. 2. İnsanın həyatda olan zaman əməl etdiyi düzgün adət-ənənədir ki, başqaları üçün örnək olmuşdur. 3. Layiqli övladlardır ki, ondan sonra məğfirət istəyər və valideynlərinin bağışlanmasına səbəb olarlar”.
 
Həzrət (ə) başqa yerdə buyurur: "Nə zaman ki, yaşayanlar hədiyyə ilə sevinər, qəbir və bərzəx əhli də onlara edilən istiğfar ilə sevinərlər”.
 
Məsumlar (ə) bizə ölülərimiz üçün Quran oxumağın faydalı olacağını tövsiyə etmişdilər. O cümlədən: "Yasin”, "Saffat”, "Əhzab”, "Ayətül-kürsü”, "Əraf” surəsinin 54-cü ayəsi, "Bəqərə” surəsinin son üç ayəsi tövsiyə edilir.
 
Həmçinin qəbir evinin ilk gecəsində vəhşət namazı qılmaq çox müstəhəbdir.
 
İmam Sadiq (ə) buyurur: "”Təbarük”lə başlayan surələri meyitin qəbirinin başında oxumaq qəbir əzabının aradan qalxmasına səbəb olar”.
 
Mərhum Nuri "Misbahil zaid” kitabında yazır: "Meyyiti ziyarət etməyin yolu belədir ki, qibləyə çevril və əlini qəbirə qoyaraq de:
 
"Allahım! Qürbətdə ona yardım et və onun tənhalığını öz cəmlik məqamınla rabitələndir. Onun qorxusunu təhlükəsizliyə çevir. Öz rəhmətindən ona rəhmət göndər. Onu sevdiyinə qovuşdur (Məsum İmamlara (ə)). Sonra isə "Qədr” surəsini 7 dəfə oxu”.
 
Bundan başqa hər gün Quran oxuyub, savabını ölülərimizə hədiyyə edə bilərik.
 
 
 
(İslami saytlara istinadən/ Deyerler.org)
Category: Məad | Added by: Ənfal
Views: 368 | Downloads: 0 | Rating: 2.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]