Cümə axşamı, 2024-04-25, 4:38 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Uşaqlara təkrar-təkrar deməkdən yorulmayaq - ARAŞDIRMA
2014-01-27, 3:31 PM
Uşaqlara təkrar-təkrar deməkdən yorulmayaq - ARAŞDIRMA

  Hər bir valideyn arzu edir ki, övladı tərbiyəli və əxlaqlı olsun, ancaq bunun üçün heç bir səy etmir. Halbuki, övladımızın tərbiyəli olmasını istəyiriksə gərək bir iş görək və ona düzgün tərbiyə verək. Bəzən də elə bilirik ki, övladımıza tərbiyəli olmağı öyrətmişik. Ancaq müşahidə edən zaman görürük ki, bu, heç də belə deyildir. Ona görə də məcbur oluruq ki, ona dediklərimizi bir daha təkrar edək.
Buna diqqət etmək lazımdır ki, bir uşağa tərbiyə vermək təkrar vasitəsilə mümkündür. Əgər övladımızı tərbiyə etməyi istəyiriksə, təkrar və təzəkkür etməkdən yorulmamalıyıq. Tərbiyəli rəftar dedikdə, övladımızın valideynlərinə, müəllimlərinə, dostlarına və qohumlara hörmət etməsi nəzərdə tutulur. Tərbiyəli rəftar "təşəkkür edirəm” sözündən tutmuş, qonaqlar üçün hazırlanmış süfrəyə əl vurmamaqla yanaşı, bəzi fəaliyyətlər üçün icazə almağadək bir çox məsələlərə şamil edilir.
Uşaqlarımıza tərbiyəni öyrətməyin beş yolunu tövsiyə edirlər:
1. Müşahidə etdiyiniz rəftar haqqında tövsiyələr vermək.
2. Məlumat vermək.
3. Xatırlatmaq üçün bir sözdən istifadə etmək.
4. Hiss etdikləri haqqında söhbət etmək.
5. Gələcəkdə unutduqları şeyləri yaddaş etmək.
 
Məsələn qonaqlar üçün süfrə açmısınız və uşağınız süfrədə olanlara əl vurur və siz ona deyirsiniz: "Sənə neçə dəfə demək olar ki, şirniyyata əl vurma?!”. Yuxarıdakı qaydaya görə isə siz ilk olaraq ona deməlisiniz: "İlk əl vurduğun şirniyyatı götür”. Sonra isə ona məlumat veririk ki, ola bilər ki, əlin çirkli olsun. Əlini bu şirniyyata vuraraq, həmin çirki yaya bilər və bir çox xəstəliklərə şərait yarada bilərsən. Sonra bir kəlməni yada salmaq üçün istifadə edin, məsələn şirniyyat sözündən. Sonra hiss etdikləriniz haqqında onunla söhbət edin. Deyin ki: "Mən xoşlamıram ki, sən bütün şirniyyata əl vurasan”. Bu qayda yaşca böyük uşaqlara daha çox təsir qoyur.
Uşaq 2 və 3 yaşına çatan zaman "təşəkkür edirəm”, "çox sağ ol” kəlmələrini öyrənir. Elə bu yaşda övladlarımızın zahiri tərbiyəsi ilə sıx məşğul olmalıyıq.
Uşaqlar 3 və 4 yaşlarında bir çox tərbiyə üsulları ilə tanış olurlar. O cümlədən hər yeməyə əl vurmamaq, bir şeyi götürmək istəyən zaman icazə almaq kimi. Onlar dərk edirlər ki, əgər yaxşı rəftar nümayiş etdirsələr, bizi sevindirirlər. Əgər nalayiq rəftar etsələr tənbeh olacaqlar. Onlar öz əməllərinin nəticəsini dərk edirlər.
Başqalarının sözünü kəsməmək mədəniyyəti də çox əhəmiyyətlidir. Bəyənilən rəftarları uşaqlara təlqin etmək xüsusi proqram tələb edir. Bunu gözləməyin ki, övladınız sizin köməyiniz olmadan tərbiyəli böyüyəcəklər.
Uşaqlar bizim başqaları ilə rəftarlarımıza diqqət edib bizi təlqin edərlər. O zaman ki, bizə bir şey təklif edirlər, ona təşəkkür edərik. Bu da onların zehninə təsir qoyar.
Əgər övladınız sizin sözünüzü dinləmirsə, onun üçün cəza təyin edin. Əgər övladınızın yaşı 3 yaşdan çoxdursa, ilk ona cəza verin və sevdiyi işlərdən məhrum edin.
Övladınız bilməlidir ki, ailə üzvlərinə mütləq hörmət etməlidir. O zaman ki, telefonla danışır və ya bir-biri ilə söhbət edirlər, sözlərini kəsmək olmaz.
Beləliklə övladınıza 2 yaşından başlayaraq tərbiyə verməyə başlayın ki, məktəb yaşına çatan zaman ədəbli və tərbiyəli bir övlad olsun. (Tebyan saytına istinadən)
 
/Deyerler.org/

Category: Uşaq | Added by: Ənfal
Views: 1029 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]